Biz siğə ilə bağlı yazımızı davam etdiririk. Əvvəlcə qeyd edək ki, türk-dilindən tərcümə zamanı bəzi söz və cümlə xətalarına yol veririk. Bunu üzrlü görməyinizi xahiş edirik. Keçən araşdırmamızda da qeyd etmişdik ki, siğə cahiliyyə dövrünün nigahıdır və bununla bağlı rəvayətləri qeyd etmişdik.
Həmin rəvayətləri davam etdirmək yerində olardı. Bizim qeyd etdiyimiz siğə ilə bağlı rəvayətlər İbn Abbasın ifadə olunan bu fikrə çatmazdan əvvəl siğə nigahı barədə sərt çıxan Abdullah ibn Zubeyrlə də mübahisə etdiyini, Abdullahın xütbədə, İbn Abbasa üstü örtülü etiraz etdiyini göstərməkdədir. İbn Abbas bu etirazı eşidib: “Anandan soruş, məgər mən yalan deyirəm?” deyir. Məsələ anası Əsma binti Əbu Bəkrə çatdıqda, peyğəmbərin (s.ə.s) vaxtında siğənin icazəli olduğunu təsdiq edir. Rəvayətin davamında İbn Abbas deyir: “Siğədən doğulan Qüreyşlilərin adını sizə saya bilərəm”. İbn Abbasın (r.a) bu məsələdəki yerini İbn Həcər belə yekunlaşdırır: “İmamlardan bir camaat, İbn Abbasın siğəni mübah hesab etməsi qənaətində tək qaldığını ifadə etmişlər. Bu məşhur bir məsələdir və nadir ixtilaflardan biridir.Fəxrəddin ər-Razinin də qənaəti üzrə, bu məsələdə İbnu Abbasdan üç ayrı görüş rəvayət edilmişdir:
1- Muta (siğə) mütləq olaraq mübahdır,
2- Zərurət halında mübahdır,
3- Mensux olduğu təsdiq olunmuşdur.
Bu halda məsələni qiymətləndirərkən, İbnu Abbasın nəsxi eşitməzdən əvvəlki fətvasını əsas götürərək onu siğə nigahının lehində göstərmək elmə və dinəxəyanət olar, uca səhabəni öz adımızla danışdırmaq olar.
Hz. Cabirdən (r.a) gələn digər bir rəvayət, özünə iki siğə barəsində İbnu Abbasla Abdullah İbnu Zübeyrin ixtilafa düşdükləri xəbəri çatınca Hz. Cabir belə söyləmişdir: “Biz Rəsulullahın (s.ə.s) sağlığında hər ikisini də etdik. Sonra Hz. Ömər (r.a) onları qadağan etdi, artıq bir daha onlara dönüb təkrar etmədik”.
Hz. Cabirdən gələn bir başqa rəvayətdə, o; “Rəsulullah və Hz. Əbu Bəkr zamanında bir ovuc xurma və ya un qarşılığında bir neçə günə siğə nigahı edərdik. Bu hal Hz. Ömərin, bunu Əmr İbn Hureys hadisəsindən sonra qadağan etməsinə qədər davam etdi”- demişdir. Əbu Səid əl-Xudrinin bəyanında “bir qədər qovrulmuş buğda" müqabilində siğə etmişlər. Tahavi Səhabələrdən Cabir kimi şəxslərin Hz. Ömərin qadağan etməsinə qədər siğəyə yer vermələrini, Rəsulullahdan varid olan qadağanı daha əvvəl eşitməmiş olmalarına aiddir. Görüldüyü kimi, sənəd ifadə edən rəvayətin sahibi, siğənin nəhayət qadağan edildiyini də açıq aşkar ortaya qoyur. İbnu Həcər deyir ki: "Hz. Cabirin "edərdik" sözü bütün səhabəyə şamildirsə "Bir daha dönüb təkrar etmədik" sözü də bütün səhabəyə şamildir. Başqa sözlə siğənin tərkində icma hasil olmuşdur.
Hz. Cabirin "Əbu Bəkr əs-Siddiq zamanında da siğə nigahı etməyə davam etdiklərinə dair bəyanı üzərinə, bura qeydini müvafiq gördüyümüz bir şərhi İbnu'l-Arabi etmişdir. Deyir ki: "Bu, xalqın, Siddiq zamanında çıxan irtidad fitnəsi üzündən şəriətin yayılmasına zaman ayıra bilməmələrindən irəli gəlmişdir. Çünki hər kəs bu fitnənin basdırılması ilə məşğul idi. Amma, haqq batilə qələbə çalıb, xəlifə və digər müsəlmanlar bu məşğuliyyətdən xilas tapınca, dinin üsula girən məsələlərinin həllindən sonra füru ehkamına yönəldilər və bu vaxt siğənigahının bərpası barəsində bildikləri məşhur hökmü də icraya qoydular. İlk dəfə Həzrəti Ömərin (r.a) diqqətini Həzrəti Müaviyə ilə Əmr İbn Hüreys çəkdi. (Rəsulullahın qadağanından xəbəri olmayan) bu iki şəxs qadınlarla siğə nigahı etmiş, onları bundan məhrum etmişdir.
Sələmə İbnu'l-Eqvadan (r.a) gələn rəvayətdə, Rəsulullah (s.ə.s): "Bir qadınla bir kişi aralarında razılaşma təmin etmişlərsə birlikləri üç gecədir. Uzatmaq və ya daha əvvəl ayrılmaq istəyərlərsə ayrılarlar" dediyini görməkdəyik. Sələmədavamla bunu söyləyir: "Bilmirəm, bu hədis, yalnız biz səhabələrəmi məxsus idi, yoxsa hər kəsə şamil idimi?" Rəvayətin davamında Buxari bunu əlavə etmişdir: "Hz. Əli bu xüsusu açıqlamışdır: Siğə mensuxtur”. Biz bu rəvayətləri keçən yazımızda qeyd etmişdik. Bir daha bunu xatırladıq ki, bilinsin ki, siğə nigahının haram olması ən etibar etdiyimiz Həzrəti Əlidən (r.a) rəvayət olunmuşdur. Kim Həzrəti Əlinin (ə.s) Allah elçisindən artıq haram etdiyi məsələni cürət edib halal edirsə artıq onun işi Allaha qalmışdır. Görüldüyü kimi Sələmə hədisi də mütləq bir sənəddən bəhs etməməkdədir. Ancaq, Sələmənin nəsxdən xəbərdar olmadığı aydın olmaqdadır. İmam Buxari, rəvayətin sonuna əlavə etdiyi şərhlərlə Sələmə rəvayətindəki tərəddüdü aradan qaldırmaqla qalmamış, şəxsi inancını da ifadə etmiş olmaqdadır. Buxari də ən doğru mövqeyini göstərərək siğənin artıq haram olduğunu bildirmişdir.
İcazə və nəsxi açıq şəkildə ifadə edən rəvayətlər xüsusi ilə Səbrə bin Məbəd əl-Cühəni (r.a) tərəfdən gəlmişdir. Müslim onun hədisini doqquz ayrı sənəddən qeyd edir. Hökm və məna etibarı ilə eyni qalsalar da hər bir rəvayətdə bəzi əlavələr və nöqsan məlumatlar mövcuddur. Bəzi məlumatlarda məhz siğə nigahı edildiyini bildirən Səbrə (r.a), bu rəvayətdə keçmiş icazənin nəsx edildiyini açıq bir şəkildə ifadə edir: “Allah rəsulu (s.ə.s) belə buyurdu: “Ey insanlar! Mən sizin qadınlarla siğə nigahı etmənizə icazə vermişdim. İndi Allah təala, onu qiyamət gününə qədər haram etmişdir. İndi kimin yanında belə siğə nigahlısı olan qadını varsa, artıq ona icazə versin. Onlara hədiyyə olaraq verdiklərinizdən heç nəyi geri qaytarmayın”. Hədisin bir başqa variantında Səbrə (r.a) deyir ki: “Bundan sonra Allah elçisi şiddətlə haram etdi və bu nigah haqqında ən ağır sözləri sərf etdi”. Bu rəvayət heç bir izaha yer qoymadan siğə ilə bağlı icazənin nəsx edildiyini açıq bir şəkildə ifadə edir. Biz yuxarıda da qeyd etmişdik ki, Həzrəti Əli (r.a) siğənin qadağası ilə bağlı rəvayətlər etmişdir. Müslimin qeyd etdiyi rəvayətdə: “Allahın elçisi (s.ə.s) Xeybərin fəthi vaxtı qadınlarla siğə etməkdən və ev eşşəklərinin ətini yeməkdən qadağan etdi” buyurur. Müslimin başqa bir rəvayətində bu məsələdə icazəsi barədə eşitdiyi İbn Abbasa: “Ağır ol, ey İbn Abbas! Çünki Alah rəsulu (s.ə.s) Xeybər günü həm siğəni, həm də ev eşşəyinin ətinin yeyilməsini qadağan etmişdir”. Beyhaqinin bir rəvayətinə görə Həzrəti Əli (r.a) əvvəlcə bəzi şərtlərlə siğənin icazəli olduğunu, ancaq nigah, talaq, iddət və qadınla kişi arasındakı miras ehkamı nazil olunca icazənin mütləq şəkildə nəsx edildiyini bildirir (Beyhaqi). Burada belə bir sual meydana gəlir. Siğənin Məkkə fəthi vaxtında da qadağan edildiyi səhih rəvayətlərlə sübut olunub məşhur olmasına baxmayaraq Həzrəti Əli (r.a) niyə bu barədə söhbət açmayıb, sadəcə Xeybər günü qoyulan qadağadan bəhs edir? Bu suala, Həzrəti Əlinin (r.a) üç gün kimi qısa bir müddəti içinə alan icazəni eşitməmiş olabiləcəyi deyilərək cavab verilmişdir. İbn Həzm, Həzrəti Əlidən (r.a) gələn rəvayətləri belə dəyərləndirir: “Bu məsələ barəsində Həzrəti Əlidən (r.a) bir çox yollarla səhih hədislər gəlmişdir. Bu rəvayətləri ondan Kufəlilər, inkar edilməyəcək qədər şöhrət tapmış və sonu olmayacaq qədər çoxalmış yollardan rəvayət etmişlər (İbn Həzm).
Mütə (Siğə) nigahı haqqında qadağanı Həzrəti Məhəmməd peyğəmbərin (s.ə.s) nə vaxt qoyması barəsində rəvayətlər ixtilaflıdır və altı yerin adı zikr edilir. Belə ki qadağaya:
- Səbrə bin Məbədin rəvayətlərində Məkkənin fəthi əsasında qoyulmuşdur,
- Həzrəti Əlidən (r.a) yazdığımız rəvayətlərdə Xeybərin fəthi vaxtında qoyulmuşdur,
- Sələmə bin Əqvanın rəvayətlərində Əvtas döyüşü əsasında qoyulmuşdur,
- Həsən əl-Bəsrənin mürsəl bir rəvayətinə görə siğə nigahı yalnız umrətul-qəza əsasında cərəyan etmişdir, bundan əvvəl qadağan olunduğu kimi, bundan sonra da qadağan olunmuşdur. Həsən əl-Bəsrədən gələn bu rəvayət iki səbəbdən rədd edilmişdir:
a) Onun mürsəl, yəni hansı səhabədən götürdüyünü ifadə etmədən gətirdiyi rəvayətlər zəifdir. Çünki o, araşdırma aparmadan təsadüfü kimsələrdən hədis almışdır,
b) Siğənin Xeybər səfəri əsasında haram edildiyini ifadə edən səhih rəvayətlərə müxalif çıxır, başqa sözlə bu zəif rəvayət Səhihlər tərəfindən rədd edilmişdir. İbn Həcər, bu rəvayətin sabit olduğunu fərz etsək belə aşağıdakı kimi izah verərik, deyir: “Həsən əl-Bəsri çox ehtimal ki, umrətu əl-qaza ifadəsiylə Xeybəri nəzərdə tutmuşdur. Çünki hər iki səfər də eyni il içərisində cərəyan etdi, eyni ilə Fəthlə Əvtas səfərinin eyni il içərisində cərəyan etdikləri kimi” (İbn Həcər, Fəthul Bari).
5) Əbu Hüreyrədən (r.a) gələn bir rəvayətə görə, siğə nigahı Tebük Səfəri əsnasında haram edilmişdir. (İbnu Hibban, a.g.e., 6, 178.(71) A.e., 11, 73-74.)
Bu rəvayət siğənin haram edilməsi hadisəsinin Məkkə fəthi və Xeybər əsnasında baş verdiyini bəyan edən səhih rəvayətlərə müxalif çıxmaqdan başqa, diqqətə alınmayacaq dərəcədə zəif bir şəkildə gəldiyi, hədis elmi baxımından bir dəyər ifadə etmədiyi ifadə olunmuşdur. (Ebu Davud, Nikah 13)
6) Səbrə İbn Məbəddən Əbu Davudun yazdığı bir rəvayətə görə siğə, Vida Həcci əsnasında haram edilmişdir. (Ebu Davud, Nikah 13.) Ancaq "daha əvvəl yenə Səbrədən yazılan rəvayətlərdə qadağanın fəth əsnasında olduğu ifadə edilmişdir. O rəvayətlər həm daha məşhur həm daha səhihdir. Şərh verənlər, "Rəvayətin sübutu halında, "Rəsulullah Fəth günü elan etdiyi qadağanı Vida Həcci əsnasında təkrar etmiş ola bilər. Çünki, Vida Həccinə çox sayda müsəlman qatılmışdı. Bunlar arasında bir qisim ehkamı eşitməmiş olanlar da vardı. Necə ki, Peyğəmbər (s.ə.s), bu fürsətdə xeyli çox mühüm məsələni təkrar etmiş, təbliğ etmişdir. Bu təbliğin məqsədi, dinin eşitdirilməsi və yayılması idi" deyə açıqlamışlar. (İbnu Hacer, Fethu'l-Bari 11, 74; Nevevi, Şerhu Müslim 9, 180.)
Siğə nigahının qadağan edilmə zamanıyla əlaqədar olaraq gələn bir çox fərqli rəvayətin varlığı alimləri fərqli şərhlərə yönəltmişdir. Mühümlərini qeyd edək:
Mavərdi deyir: "Mütənin (siğənin) haram edildiyi yerin təyini məsələsində iki versiya deyilə bilər:
1) Haram, daha açıq olması və daha yaxşı yayılması üçün təkrarlanmışdır. Belə ki, bu qadağanı bilməyən də eşidib öyrənmiş olur. Çünki, hər bir səfərdə, daha əvvəlkilərə qatılmayan yeniləri olmuşdur.
2) Siğə bir neçə dəfə mübah qılınmış ola bilər. Necə ki, bu səbəblə sonuncu dəfədə: “Qiyamətə qədər haramdır" buyurulmuşdur. Bu ifadə daha əvvəlki haramlığı, bu sonuncunun əleyhinə, halal olduğunu xəbər verib, bu sonuncu haramlığın əbədi olduğunu, artıq bundan sonra halallığın gəlməyəcəyini eşitdirmə məqsədi güdür”.
Nəvəviyə görə, siğə nigahı iki dəfə mübah edilmiş, iki dəfə də haram edilmişdir. Nəvəvi Müslimin hədisini şərh edərkən siğə başlığına belə yazmışdır: “Mütə (Siğə) nigahı babı və bu məsələnin əvvəl mübah qılınıb sonra nəsx edildiyi, sonra yenə təkrar olaraq mübah qılınıb, sonra yenə haram edildiyi və bu haramlığın qiyamətə qədər davam edəcəyinin açıq aşkar ortaya qoyulmasının bəyanı”. Nəvəvi öz şərhində bu başlıq altında əl-Qadinin uzun bir təhlilini qeyd etdikdən sonra öz fikrini qeyd edir. Məşhur və seçilən həqiqət budur: “Haram və halal etmə iki dəfə baş vermişdir. Xeybərdən əvvəl siğə nigahı halal idi. Məhz Xeybər günü haram elan edildi. Sonra isə Məkkənin fəthi günü mübah elan edildi. Bu eyni zamanda Evtas gününə də şamil olunur. Çünki, hər iki hadisə bir-birinə çox yaxındır. Elə həmin vaxt, üç gün keçdikdən sonra “qiyamət gününə qədər siğə haram” olundu. Bu haramlıq davam etdi. Belə olduqda: “Siğənin halal olması Xeybərdən əvvəl, haramlığı isə Xeybər gününə məxsusdur. Fəth günündə edilən haram da əvvəlki haramı möhkəmləndirməkdən ibarətdir. Fəth gününə təsadüf edən bir halallıq yoxdur”. Siğə nigahının qadağan olunması vaxtı ilə bağlı rəvayətlər arasındakı ixtilaf barədə Maziri belə şərh vermişdir: “İslamın başlanğıcında siğə nigahı caiz idi. Müslimdə qeyd edilən səhih hədislərlə nəsx edildiyi görünür. Alimlər, haramlıq barəsində yekdil fikirdədirlər. Bu yekdil fikirə alimlərin icması deyilir. Yəni bütün alimlərin icması ilə siğə haramdır. Bu alimlərin icmasına azğın məzhəblərdən bir qrupdan savayı heç bir müxalifət olmamışdır. Onlar, bu barədə gələn bəzi hədislərə bağlandılar. Halbuki həmin hədislər mənsuzdur. Hökmü nəsx edilmişdir. Həmin hədislərdə özləri üçün siğənin icazəsinə heç bir dəlil yoxdur. Siğənin halal olmasını iddia edən yalançılar bu ayədən yapışırlar: “...İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (Nisa, 24). Maziri bu ayənin İbn Məsuda nisbət edilən “İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin!” şəklində olan bir qiraəti irəli sürdüyünü qeyd etdikdən sonra “İbn Məsudun bu qiraəti şazdır.
Əkrəm Həsənov
Hiç yorum yok:
Yorum Gönder