22 Mayıs 2011

Qiyamətin Böyük və Kiçik Əlamətləri (Daha ətraflı)


Kiçik Əlamətlər - Bu əlamətlər çox uzun zaman davam edən və təkrarlanan əlamətlərdir. Məs: Elmin yox olması, çəhalətin çoxalması, içki içilməsi, binaların ucaldılması və s.

1) Peyğəmbərimizin (Sallallahu aleyhi və səlləm) göndərilməsi
2) Peyğəmbərimizin (Sallallahu aleyhi və səlləm) vəfat etməsi
3) Qüdsün (Yerusəlimin) fəth edilməsi
4) Əmvəsdə (Fələstində) taun xəstəliyi
5) Malın çoxalması, sədəqə və zəkatın veriləcək kimsənin olmaması
6) Fitnələrin çıxması, məs: Osmanın (r.a) şəhid edilməsi, Cəməl, Siffin döyüşləri, Xəvariclərin ortaya çıxması, əl-Harra döyüşü, Quranın yaradılması (yəni, məxluqata aid edilməsi, Cəhmiyyə) fikrinin ortaya çıxması.
7) Peyğəmbərliyə iddiaların meydana çıxması, məsələn, Müsəylimə və əl-Əsvad əl-Ənəsi
8) Hicazda böyük yanğının baş verməsi, hicri ilinin 654-cü ilində (miladi 1276) olmuşdur.
9) İnamın itirilməsi
10) (Alimlərin vəfatı ilə) elmin yox olması
11) Zinakarlığın nəticəsi olaraq əvvəllər eşidilməmiş bir xəstəliyin meydana (SPİD) çıxması
12) İçki, zina, musiqi alətlərinin halal edilməsi
13) İnsanların gözü qarşısında insanların zina etməsi
14) Faizin çoxalması
15) İçki içməyin çoxalması
16) Əminliyin artması
17) İnsanlar hündür binalar tikməklə bir-biriləri ilə yarışması
18) Uşaqların analarının üzərində əmr sahibi olması, ona əmr etməsi, ona itaətsizlik göstərməsi
19) Türklərlə döyüşün olması 
Peygemberin (Sallallahu aleyhi və səlləm) dından hədislərin uydurulması
21) Adam öldürmə hallarının çoxalması
22) Zəlzələlərin çoxalması
23) Rəhbərlərin öldürülməsi
24) İnsanların yalnız öz tanıdıqlarına salam verməsi
25) Elmsiz kimsələrin öz ağıllarına görə fətva verməsi
26) Yaşlıların gənclərə bənzəməyə çalışması
27) Alış-veriş yerlərinin bir-birinə yaxın olması
28) Məscidlər və Quranların bəzədilməsi
29) Təzə görsənən ayın göydə uzun müddət qalması
30) Qadınların geyinmələrinə baxmayaraq çılpaq kimi görsənməsi
31) Ani ölümlərin çoxalması
32) Qadınların sayının kişilərin sayından çox olması
33) Qadın müğənnilərin çoxalması
34) Əmanətə xəyanətin artması
35) Vaxtın sürətlə keçməsi
36) Müsəlmanların silahlarını bir birinə qarşı tutması
37) Dünyaya şərlilərin varis çıxması
38) Bir kimsə başqasının məzarının yanından keçərkən: «Kaş ki, onun yerində mən olardım!» deməsi (ölümü istəməsi)
39) İşlərin çətinləşməsi
40) İnsanların simicləşməsi
41) Ticarətin çoxalması
42) Yalançı şahidliyin çoxalması, haqq şahidliyin gizlədilməsi
43) Qohumluq əlaqələrinin kəsilməsinin çoxalması
44) Qonşuluq münasibətlərinin pisləşməsi
45) Ümmətdə şirkin təzahür etməsi
46) Mədinənin əhaləsinin azalması, Dəccalın zamanında Mədinədə bir nəfər də olsun kafirin, münafiqin qalmaması.
47) Rumlularla döyüşün baş verməsi (Böyük savaş)
48) Ərəb çöllərinin yenidən çəmənliyə və çaylara çevrilməsi
49) Rumluların sayının artması
50) Konstantinopolun (İstanbulun) fəthi (təsbih və təkbirlə)
51) Fərat çayında qiymətli qızıl xəzinəsinin aşkar edilməsi və orada döyüşün olması.
52) Vəhşi heyvanların və cansız əşyaların danışması
53) Yağışların çoxalması
54) Kahtandan insanları idarə etmək üçün bir adamın çıxması
55) Kəbənin yıxılması
56) Yer sürüşmələrinin baş verməsi, biri şərqdə, biri qərbdə, biri də Ərəbistanda
57) Qüdsün çiçəklənməsi
58) Mədinənin xarabalığa çevrilməsi

Böyük Əlamətlər – Bu əlamətlər Qiyamətin qopmasına yaxın görüləcək ilk dəfə olacaq böyük hadisələrdir. Məsələn, Mehdinin çıxması, Dəccalın peyda olması, İsanıın (ə.s) zühur etməsi, Yəcuc və Məcuc tayfaları və s .

59) Günəşin qərbdən doğması
60) Böyük bir dumanın gəlməsi
61) Mehdinin çıxması (doğulması, əmir təyin edilməsi)
62) Dəccalın peyda olması
63) İsanın zühur etməsi
64) Yəcuc və Məcuc tayfalarının peyda olması
65) İsanın (ə.s) Dəccalı öldürməsi
66) Yəcuc və Məcuc tayfalarının məhv edilməsi
67) İsanın (ə.s) və Mehdinin dövründə əmin amanlığın olması, ədalətin bərpa olunması
68) Dabbətul Ardın (heyvanın) çıxması
69) Allah möminlərin üzərinə sərin bir meh göndərəcək və onların ruhunu alacaq
70) Yer üzərində ən pis insanlardan başqa heç kim qalmayacaq və onların üzərinə Qiyamət qopacaq
71) Mələk İsrafil tərəfindən birinci sur çalınacaq və pis insanların hamısı huşunu itirəcək
72) Mələk İsrafil tərəfindən ikinci sur çalınacaq və hamı yenidən diriləcək, haqq-hesab vaxtına

İstifadə edilmiş ədəbiyyat:

Qurani Kərim, Səhih Buxari, Səhih Müslim, Sünən Əbu Davud, Sünən İbn Macə, Sünən Tirmizi, Sünən Nəsai, Muvatta (İmam Malik), Müsnəd (Əhməd), Şeyx Əlbaninin "Səhih əl-Cami", Sünən kitablarının səhih hədisləri kitabları və s.

Qeyd: Hadisələr ardıcıl verilməyib, yəni xronoloji deyil.

Hiç yorum yok:

Yorum Gönder