29 Mayıs 2011

Peyğəmbər Əfəndimiz, Hz. Məhəmməd (səlləllahu aleyhi vəsəlləm) ziyarətinizə gəlsə bir gün...


Əgər bir gün Peyğəmbər Əfəndimiz  (səlləllahu aleyhi vəsəlləm) ziyarətinizə gəlsə yalnız bir neçə günlüyünə, birdən döysə qapınızı nələr edəcəyiniz mənim üçün maraqlıdır,...?

Bilirəm belə şərəfli bir qonağa açacağınız ən gözəl otağınızı ONA açacaqsınız, bütün yeməklərin ən yaxşısını ona verəcəksiniz ....

Və inandırmağa çalışacaqsınız ki, O, evinizdə görüb xoşbəxtlik duyacağınız ən sevimli qonağınızdır. Həqiqətən də evinizdə ONA xidmət etməkdən ləzzət və həzz alacaqsınız…

Lakin söyləyin mənə Əfəndimizi (səlləllahu aleyhi vəsəlləm) evinizə doğru gələrkən gördükdə, ONU (səlləllahu aleyhi vəsəlləm)  qapınızdamı qarşılayacaqsınız? Yoxsa onu içəri almazdan əvvəl , tələsik bəzi jurnalları, qəzetləri tez gizlədib, yerinə Quarn-ı Kərimimi qoyacaqsınız? Yaxşı yenədəmi hələ televiziyada Amerka filmlərini seyr edəcəksiniz, yoxsa O sizə qızmadan əvvəl tələsik bağlamağamı qaçacaqsınız televizorunuzu  ?

Kim bilir bəlkə də xatırlaya bildiyiniz ən son çirkin sözün ağızınızdan heç çıxmamış olmasını diləyərdiniz. .... Yaxud da; Dünyalıq musiqinizi, kasetlərinizi də gizləyəcəksinizmi?  Və bunun yerinə ortalığa kitabxananızın rəflərində tozlanmış hədis kitablarımı çıxaracaqsınız? Yoxsa təlaşla "nə edim" deyərək, sağa solamı qaçacaqsınız ?

Mənim üçün çox maraqlıdır əgər Peyğəmbər Əfəndimiz (səlləllahu aleyhi vəsəlləm) bir neçə günlüyünə sizinlə birlikdə yaşasa siz yenə davam edəcəksinizmi hər vaxt etdiyiniz şeyləri yerinə yetirməyə? Ailənizdəki söhbətlər köhnə halını qoruyacaqmı? Hər yeməkdən sonra süfrə duası etməyi yenə çətinmi tapacaqsınız? Heç üzünüzü turşutmadan, ufuldayıb püfülləmədən hər vaxt namazınızı öz vaxtında qılacaqsınızmı? Yaxud səhər namazı üçün, isti yataqdan erkəndən qalxacaqsınızmı?

Yaxşı bəs yenə mırıldayacaksınızmı hər vaxt söylədiyiniz mahnıları? Və oxuyacaqsınızmı hər vaxt oxuduğunuz kitabları? Yaxşı icazə verəcək sinizmi? Ağılınızın və ruhunuzun bəslədiyi şeylərə? Yoxsa heç bilməməsinimi istəyərdiniz? Belə deyək ya da, gedəcəyiniz hər yerə apara biləcəksinizmi Peyğəmbərimizi də? Yoxsa bir neçə günlüyünə dəyişəcəkmi planlarınız?

Ən yaxın yoldaşlarınızı onunla tanış etməkdən qürur duyacaqsınızmı? Yoxsa heç Peyğəmbərin ziyarəti bitənədək bir-birlərinizlə müqayisə etməməsinimi ümid edərdiniz? İndi söyləyin açıq ürəkliliklə Onun sizinlə qalmasını istəyərsinizmi sonsuza qədər, birlikdə? Yoxsa ziyarəti bitib gedəndə rahat bir nəfəsmi alacaqsınız,? Həqiqətən bilmək maraqlı ola bilər deyilmi?

Əgər bir gün Peyğəmbər Əfəndimiz ziyarətimizə gəlsə edəcəyimiz şeyləri bilmək və düşünmək lazımdır...?

(Alıntıdır...)

Bizə göndərən: Gulcin Ehmedova (ehmedovag@yahoo.com)
Hazırlayan: Əkrəm Həsənov

Hiç yorum yok:

Yorum Gönder