Şeyx Albani (rahimahullah) deyir:
“Nəşidlər – bidətdir”
Şeyx Useymin (rahimahullah) deyir:
“İslam Nəşidləri” bidətdir və onlar Sufilərin dinə daxil etdikləri Nəşidlərin mislindədir (oxşarıdır)”
(Nasixa əl-Muşfik əl-Mauvan Limən İbtulya Bil Anaşidul Əlhan)
Şeyx Useymin (rahimahullah) deyir:
“(Ey Nəşidlərə qulaq asan kimsə!) Mən sənə nəsihət edirəm ki, Allahın Kitabına, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnəsinə və Onun həyatına (Sıra) qayıdasan. Vallahi, bunlar sənin üçün Nəşidlərə qulaq asmaqdan daha xeyirlidir.
(Nasixa əl-Muşfik əl-Mauvan Limən İbtulya Bil Anaşidul Əlhan)
Şeyx Tuveycri (rahimahullah):
Həqiqətən bu “İslam Nəşidləri” öz ardıyca bir çox şərrin gəlməsinə səbəbdir. Həqiqətən bu İslama nisbət edilən bir bidətdir”
(İqamətul Dəlil əl-Məni Minəl anaşid əl-Mulyaxanat Tamsil” 8-11)
Şeyx Saleh əl-Fovzan – Hafizahullah- deyir:
“Nəşidləri “İslami Nəşidləri” adlandırmaq xətadır. Bu sonradan uydurulmuş bir addır. Sələf kitablarında belə bir şey yoxudur. Alimlərə məlumdur ki, ilk olaraq Nəşidləri din olaraq Sufilər götürüblər. Günümüzdə isə partiya və cəmaatların sayı çoxaldığı üçün hər biri bu Nəşidlərdən istifadə etməyə, faydalanmağa başladılar və onları “İslam Nəşidləri” adlandırdılar. Bu adla adlandırmaq da qadağandır, Nəşidlərin özləri də qadağandır və onları insanların arasında yaymaq da qadağandır”
(Fətava əl-Fovzan” № 3621,9880)
Şeyx Saleh əl-Fovzan – Hafizahullah- deyir:
Nəşidləri “İslam Nəşidləri” adlandırmaq xətadır. Çünki İslam, Nəşidləri bizim üçün şəriət etməyib, lakin şəriət edib Quran oxumağı, Allahı zikr etməyi və elm almağı. Nəşidlərə gəldikdə isə onlar bidət əhlinin dinidir – Sufilərin, hansıki öz dinlərini oyun-oyuncaq ediblər. Həmçinin Nəşidləri Dinə nisbət etmək Xristianlara bənzəməkdir. Çünki onlar qrup halında oxumağı dindən hesab ediblər. (Hər bir müsəlmana) Vacibdir ki, Nəşidlərin satışının və yayılmasının qarşısını alsın və (insanları) ondan çəkindirsin. Bundan da çox Nəşidləri dinləmək müsəlmanlar arasında qarmaqarışıqlıq, nifaq, kin-kudurət salır.
(Fətava əl-Fovzan” № 3621,9880)
Şeyx Saleh əl-Fovzan – Hafizahullah- deyir:
Tələbələr bu Nəşidləri yayır və onları İslami və dini adlandırırlar ki, bu da dində olan bidətdir. Bu azmış Sufilərin adətindədəndir. Onlar Nəşidləri din ediblər. Vacibdir ki, müsəlmanları bundan uzaqlaşdırmaq və onların (kassetlərin) satışını isə qadağan etmək lazımdır. Bu cür sualların açıqlanması mühümdür. Çünki şər kiçik olaraq başlayar və doğduğu zaman onun qarşısı alınmazsa böyüyər və yayılar”
(Fətava əl-Fovzan” № 3621,9880)
Şeyx Fovzan – Hafizahullah - dan soruşurlar ki:
“Nəşidlərin qadağan olunmasına səbəb Sufilərə bənzəmək olduğu üçün qadağandır, yoxsa digər səbəblər də var? Axı Peyğəmbər – sallallahu aleyhi və səlləm – və Səhabələr Xəndək günü şer söyləmişlər?”.
Şeyx: “Sufilərə oxşamaq yeganə səbəb deyildir. Bu səbəblərdən yalnız biridir. Qadağan olunmasına səbəb – Nəşidlərin səsi uzadaraq (melodik) oxunmasıdır ki, bu da Ğinədir – haramdır. O, ki qaldı səhabələrdən Abdullah b. Ravaha - radıyallahu anhu – onlar fərd olaraq bir səslə bunu oxuyar, xor (qrup) halında oxumazdılar. Buda İnşad adlanır, Anaşid yox”
(Fətava əl-Fovzan” № 3621,9880)
Şeyx Saleh əl-Fovzan – Hafizahullah- deyir:
“Mənim müsəlmanlara olan nəsihətim Nəşidlərdən uzaqlaşmaq, Allahı zikr etmək və Quran oxumaq ilə məşğul olmaqdır.
(Şərh Kitab əl-İbanə)
Şeyx Bakr Abu Zeyd – Hafizahullah - deyir:
“Şer və Mahnıları - Allahı zikr etmək, dua və s. ibadət vasitəsi kimi istifadə edilərsə bu bidətdir”
(Tasxixud Dua” 97)
Şeyx Əhməd ən-Nəcmi – Hafizahullah - deyir:
“Nəşidlər vasitəsilə onlar çalışırlar ki, xeyiri və axirəti xatırlatsınlar, bu da ibadətdir və o, ibadət ki, Allah Rəsulu şəriət etməyib yenilikdir. Buna görə də biz deyir ki: Bu Nəşidlər – Bidətdir”
(Şərh Kitab əl-İbanə)
Şeyx AbduAziz Əli Şeyx – Hafizahullah - dan soruşrlar ki:
“İslam Nəşidləri” ilə bağlı olan kassetləri qulaq asmağın hökmü nədir?”.
Şeyx:
“İslam Nəşidləri” adlanan bu Nəşidlərdən bəzilərinə mən qulaq asmışam. Çox təəssüf ki, mən onları musiqiyə bənzər gördüm. (İnsanların) Qəlblərinə təsir edən incə, gözəl və cəlb edici səslər seçilir. Bütün bunlar da Ğinədir. Bəzi səslər isə (insana) musiqini xatırladır. Bütün bunlara da İslam donu geydirirlər, halbuki İslam bütün bunlardan uzaqdır. İslam güclü və əzəmətli bir dindir. Nəşidlərlə maraqlananlara gəldikdə isə onlar Quran oxumaqdan uzaqlaşırlar. Çox təəssüf ki, bu Nəşidlər təbil, dəf və s. alətlərlə müşayət olunur və bunu da İslam adlandırırlar. Heç şübhə yox ki, bu xətadır və mən ümüd edirəm ki, qardaşlarımız bundan uzaqlaşarlar.”
(Şərh Kitab əl-İbanə)
Şeyx AbdulAziz ər-Racihi – Hafizahullah - deyir:
“Günümüzdə cavanlar Nəşidlərə qulaq asır və deyirlər ki: “İslam Nəşidləri”, “İslam Nəşidləri”. Haradan götürülüb bu ad – “İslam Nəşidləri”. İslam dinində Nəşid yoxdur! Biri var ki, insan şer söyləsin, digərləri isə ona qulaq assınlar. Lakin qrup halında, xor şəkilində bu edilərsə bunda heç bir xeyir yoxdur. Günümüzdə olan Nəşidlər çox dəyişilmiş və onları musiqi kimi oxumağa başlamışlar. Bu gün sən musiqi ilə Nəşidi bir-birindən ayrıd edə bilməzsən. Mən cavanlara nəsihət edirəm ki, bu Nəşidlərə qulaq asmasınlar. “İslam Nəşidləri” deyilən bir anlam yoxdur, bunlar Sufi Nəşidləridir. Səhabələr belə edərdilər: biri Quran oxuyar, digərləri isə qulaq asar, niri hədis söyləyər, digərləri isə qulaq asar, biri şer söyləyər (faydalı) digərləri isə qulaq asardılar. Cavanlara vacibdir ki, bu Nəşidlərdən uzaqlaşsınlar. Sadə bir səslə, melodik, xor olmadan biri şer söyləyərsə bunda problem yoxdur. Nəşidlərə gəldikdə isə onu Sufilər edərlər”
(Şərh Kitab əl-İbanə)
Şeyx Racihi – Hafizahullah - dan soruşurlar ki:
“Cavanların qulaq asdıqları “İslam Nəşidləri” barəsində olan suallar çoxalmışdır. Sizin buna olan fikriniz nədir?”.
Şeyx:
“Mən belə hesab edirəm ki, İslam Nəşidləri qadağandır. Günümüzdə yayılan Nəşidlərə gəldikdə onları elə bir melodik tərzdə oxuyular ki, (musiqidən) fərqləndirmək mümkün deyildir. Mənə çatan məlumatlara görə Nəşidlərdə musiqi alətlərindən istifadə olunur və hətta onlara ad günü mərasimlərində qulaq da asırlar. Bütün bunlar günahdır. Xor şəkilində Nəşidləri oxumağa gəldikdə, orada musiqi alətləri olmasa da belə bunda Sufilərə bənzəmək vardır. Çünki onlar Nəşidlər vasitəsilə ibadət edirlər. Bu Nəşidlərdə ehtiras oyadan səslər də vardır. Nəşidlərin sözlərində hikmət, fayda olsa da belə görürsən ki, bir kimsə sözləri (anlamadığı) halda və ya onlara əhəmiyət vermədən yalnız səsdən həzz alır”
(Ulama Fi Hukmu Tamsilul Anaşid)
Şeyx Cibrin – rahmətullahi aleyhi – dən soruşurlar ki:
“Bir çox buraxılan kassetlərdə melodik və xor şəkilində oxunan Nəşidlər vardır. Onlara qulaq asmaq olarmı?”.
Şeyx: “Əgər onlar melodik şəkildə oxunursa – Qadağandır”.
Ondan: “Bəs xor şəkildə onunuşa nə deyirsiniz”.
Şeyx: “Bu da – Qadağandır”.
Ondan: “Cavanlar Nəşidləri dəvət vasitəsi kimi istifadə edirlər. Bu icazəlidirmi?”. Şeyx: “Qadağandır”.
Şeyx AbdurRahman əl-Barrak – Hafizahullah - deyir: “Nəşidlər – Sufi bidətləridir”
(Adillə əş-Şəriyyə Fi Hukmi Anaşid əl-İsləmiyyə” 33)
Şeyx Saleh Əli Şeyx – Hafizahullah - deyir:
“Alimlərin sözlərindən və fətvalarından bildiyim qədər Nəşidlər qadağandır. Bu ümmətə Nəşidlər İxvan əl-Muslimin partiyası tərəfdən gəlmişdir. Çünki bu onlarda tərbiyyə üslubudur. Həmçinin bu Nəşidlər Sufilərin də dəvət üslubudur. Sonra onlar bu ölkəyə (Səudiyyə Ərəbitanına) daxil olaraq Nəşidləri kasset formasında buraxmağa başladılar. Onlar yayıldıqları zaman alimlər Nəşidləri qadağan olunması barədə fətvalar verdilər”
(Bəyan əl-Mufid” 12)
Daha ətraflı məlumat almaq istəyənlər üçün:
İbrahim b. Abdullah əl-Mutlaq -
Əqvalul Uləma Fil Anaşid Vət Təmsil
əl-Anaşid əl-İsləmiyyə Bəynə əl-İbəhə Vət Təhrim
Usamə AbdulMunim -
əl-Qovlu Mufid Fi hukmu Anaşid
AbdulAziz ər-Reys b. Reys
Hukmu Mə Yusəmmə Bil Anaşid əl-İsləmiyyə
əl-Ədillə əş-Şəriyyə Fi Hukmu Anaşid əl-İsləmiyyə
Hiç yorum yok:
Yorum Gönder