17 Mayıs 2011

Düşmənimiz şeytandır, səsinə aldanmayaq.



Bu həyat bizə nə üçün verilib, niyə yaşayırıq, niyə yatır, niyə dururuq? Niyə istirahət edirik, niyə qidalanırıq? Bütün bunlar bizə nə üçün verilib? Sualı başa düşən hər kəsə ünvanlayıram. Müxtəlif cavablar eşidirəm. Biri deyir ki, həyata zövq almaq üçün gəlmişəm, digəri deyir ki, yeyib-içmək üçün gəlmişəm, başqa birisi deyir ki, Allahı tanımaq üçün gəlmişəm. Müxtəlif ağızlardan müxtəlif sözlər çıxır. Bəs həqiqət necədir?
Həqiqəti biz haradan dərk edə bilərik? Çoxları deyir ki, o yandan gələn olub? Bəli. Olub. Sən də etiraf et ki, həmişə Allah sözü sənin ağzındadır. Duranda, oturanda, əyiləndə, qalxanda istər-istəməz Ya Allah sözünü işlədirsən. Belə olduğu halda niyə həyatı dərk etmək istəmirsən? Uca Allah buyurur: 1 - Əlif, Lam, Mim, Sad. 
2 - Bu, (kafirləri cəhənnəm əzabı ilə) qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. (Ya Rəsulum!) Ondan (onun təbliğindən) ötrü ürəyində bir sıxıntı olmasın! 

3 - Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız! 

4 - Biz neçə-neçə məmləkətləri (onların əhalisini) məhv etdik. Əzabımız onlara (Lut peyğəmbərin qövmünə) gecə (yatarkən), yaxud (Şüeyb peyğəmbərin qövmünə) günün günorta çağı (istirahət edərkən) gəldi. 
5 - Əzabımıza düçar olduqları zaman onların: “Biz həqiqətən, zalım olmuşuq!” – deməkdən başqa heç bir sözləri olmamışdır. 
6 - (Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də (dinimizi onlara təbliğ edib-etməmələri haqqında) sorğu-sual edəcəyik. 
7 - Sonra da onlara (nə etdiklərini) bildiyimiz üçün (hamısını bir-bir) söyləyəcəyik. Axı Biz qaib deyildik (onların yanındaydıq). 
8 - O gün (qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır! 
9 - Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir. 
10 - Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz! 
11 - Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı. 
12 - (Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis: ) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi. 
13 - (Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!” 
14 - (İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!” 
15 - (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!” 
16 - (İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! 
17 - Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” 
18 - (Allah) buyurdu: “Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam! 
19 - Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya və ya üzüm tənəyinə) yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!” 
20 - Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!” 
21 - Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”,- deyə and içdi. 
22 - Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?” 
23 - (Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər. 
24 - (Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır”. 
25 - (Allah) buyurdu: “Orada yaşayacaq, orada öləcək və oradan (dirilib) çıxarılacaqsınız!” 
26 - Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız. 
27 - Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik. 
28 - (Şeytanla dost olanlar) ədəbsizlik (bütpərəstlik adəti üzrə Kəbəni çılpaq təvaf) etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir”,- deyirlər. (Ya Peyğəmbərim!) De: “Allah ədəbsizlik (yaramaz işlər) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?” 
29 - De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı) üzünüzü (bütlərə deyil, Ona tərəf və ya qibləyə) tutun. (Allah) dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız! 
30 - (Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər” (əl-Araf (Sədd) surəsi, 30-cu ayə). Həyatda bizim yalnız bir düşmənimiz var. O da şeytandır. Uca Allah buyurur: 25 - Həqiqətən, Rəbbin (qiyamət günü haqq-hesab çəkmək üçün) onları bir yerə yığacaq. O, hikmət sahibidir, (hər şeyi) biləndir! 
26 - Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq! 
27 - (Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik. 
28 - (Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam! 
29 - Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!” 
30 - Bundan sonra mələklərin hamısı ona (təzim məqsədilə) səcdə etdilər. 

31 - Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi. 

32 - (Allah buyudu: ) “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?” 
33 - (Şeytan) dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!) 
34 - (Allah) buyurdu: “Oradan (Cənnətdən və ya səmalardan) çıx. Sən məlunsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!) 
35 - Sən qiyamət gününə qədər lənətlənmişsən!” 
36 - (İblis) dedi: “Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə (qiyamətə) qədər mənə möhlət ver!” 
37 - (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən” 
38 - Ancaq məlum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər! 
39 - (İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! 
40 - Yalnız Sənin sadiq bəndələrindən başqa!” 
41 - (Allah) buyurdu: “Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq doğru yoldur!) 
42 - Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz! 
43 - Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş (onları gözləyən) yerdir! 
44 - (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər. 
45 - Allahdan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar. 
46 - Ora sağ-salamat (sağlıqla) və (hər şeydən) əmin olaraq daxil olun!” 
47 - Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər. 
48 - Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar). 
49 - (Ya Rəsulum!) Qullarıma xəbər ver ki, (tövbə edəcəkləri təqdirdə) Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm! 

50 - Eyni zamanda da əzabım da çox şiddətli əzabdır!” (əl-Hicr (Daşlı sahə) surəsi, 25-50-ci ayələr). Bu qədər kifayət edər ki, düşünən insan düşünə bilsin. Bu gün şeytan öz işini rahat görərək gördüyü işə sevinir və öz dostlarını da sevindirir. Uca Allah onu dost tutmağı bizə qadağan etdiyi halda biz çox asanlıqla onun tələsinə düşə bilirik. Bütün günahlarımıza görə Allahdan bağışlanma istəyirik. Uca Allahın və biz Allah bəndələrinin bu həyatda yalnız böyük bir düşməni var. O da şeytandır. Uca Allah buyurur: “168 - Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir. 169 - O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər” (əl-Bəqərə 168-169). Allah təala yenə buyurur: “208 - Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! 
209 - Əgər bu qədər aşkar dəlil (ayələr) gəldikdən sonra siz yenə də doğru yoldan azarsınızsa, o zaman bilin ki, Allah da qüvvət, hikmət sahibidir!” (əl-Bəqərə, 208-209). Onun bizə düşmən olması haqqında sayı çox olan ayələr var. Yorucu olmaması üçün bununla kifayətlənirəm. Mahnı, musiqi kimi oyun-oyuncaqlar da şeytanın işlərindəndir və bu cür yollarla o insanları Allaha ibadətdən uzaq salır, onları əcəl vaxtlarına qədər gecikdirir. Gəlin hamılıqla onun oyunundan və hiyləsindən özümüzü qoruyaq. Onun səsi olan musiqi və mahnı kimi əyləncələrin qapısını bağlayaq. Allaha ibadət və itaət qapılarını açaq. Həyatda Allaha bağlanmaqla zövq alaq. 

Hiç yorum yok:

Yorum Gönder