Biz müsəlmanlar Allaha iman gətirmişik. Allaha iman gətirmək o deməkdir ki, Allah təalanın xəbər verdiyi hər bir sözə də biz əminliklə iman gətiririk. Bəzən zəif müsəlmanlarda Allahın xəbər verdiyi məsələlər barədə şübhələr meydana gələ bilər. Bu da təbii haldır. Bu özü ondan xəbər verir ki, artıq sən iman gətirdiyin üçün sənin qəlbinə düşmən tərəfdən müxtəlif şübhələr gəlir.
Belə halda sən həmin şübhələri dayandırmalı və əmin olmalısan ki, sən bu qədər nemətlər səndə olduğu halda yaşayır, hərəkət edir, nəfəs alır və qidalanırsansa demək Allah təala bütün bu nemətləri səndə saxlayır və səni əcəl vaxtına qədər qoruyur. Əcəl vaxtı hər bir kəsin ömrünün sona çatdığı bir vaxtdır. Bu barədə Qurani Kərimdə olan bir neçə ayəni xatırladıram. Uca Allah buyurur: “Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!” ( Əraf surəsi, 34). “(Ya Rəsulum!) De: “Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər” (Yunus, 49). “Biz heç bir məmləkəti (heç bir ölkənin əhalisini) əcəli (lövhi-məhfuzda onun üçün müəyyən edilmiş vaxt) gəlib çatmamış məhv etmədik. Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər” (Hicr 4-5). “- Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər” (Nəhl-61). “- Heç bir ümmət öz əcəlini (ölüm, yaxud cəza vaxtını) nə qabaqlayar, nə də yubada bilər!” (Muminun, 43). Bu barədə kifayət qədər hədislər də qeyd etmək olar. Ancaq ayələrlə kifayətlənməyimizin səbəbi ayələrin açıq-aşkar başa düşülməsidir. Bununla da hər bir insan əmin olur ki, əvvəlcədən ona təqdir olunan bir əcəl vaxtı vardır. Vaxt sona çatdıqda heç kim onun qarşısını ala bilməz. Bu həmçinin Allah təalanın xəbər verdiyi digər məsələlərə də əmin olaraq iman etməyimizi bizdən tələb edir. Bu da Cənnətə və Cəhənnəmə iman etməkdir. Uca yaradan artıq bizə Qiyamət günündən sonra ya Cənnətə və ya Cəhənnəmə gedəcəyimizi xəbər vermişdir. Belə olduqda çoxlarımız bilmək istəyirik ki, Cənnət və Cəhənnəm hal-hazırda vardırmı, yoxsa hələ Qyamət günündən sonra yaradılacaqdır. Bu mövzumuzda Cənnətin olması barədə danışacağıq. Bu barədə kifayət qədər elmi dəlillər vardır ki, Cənnət artıq yaradılmışdır. Belə demək mümkündürsə bu gün bizim yaşadığımız an Cənnət vardır və hər gün bəzədilir. Allah təalanın xəbər verməsi ilə Allahın Rəsulu, səhabələr, tabiunlar, bir sözlə bütün islam alimləri Cənnətin hal-hazırda mövcud olduğu inancına sahib olmuşlar. Cənnətin hal-hazırda var olduğunu Qurani Kərim və Allah Rəsulunun (ona və ailəsinə salam olsun) hədisləri, əvvəldən sona qədər bütün peyğəmbərlərə aid xəbərlərin hamısı təsdiq edir. Çünki peyğəmbərlərin hamısı öz ümmətini (camaatını) Cənnətə çağırmış və Cənnət barədə onları xəbərdar etmişdilər. Sonralar islam ümmətində Qədəriyyə və Mötəzilə kimi çürük məzhəblər çıxaraq müxtəlif şübhələr gətirmiş və Cənnətin hələ sonra yaranacağını yalan olaraq iddia etmişlər. Amma daima olduğu kimi bu gün də düzgün əqidəyə sahib insanlar bilirlər və bilmələri vacibdir ki, Cənnət hal-hazırda mövcuddur. Bununla bağlı kifayət qədər açıq sübüt və dilillər vardır. Qurani Kərimdə uca Allah buyurur: “And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü; (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında. (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Məva cənnəti onun yanındadır” (ən-Nəcm 13-15). Bu ayədən görürük ki, Cənnət məhz Sidrətül-müntəhanın yanındadır. Ora mələklərin ibadət etdiyi mübarək bir yerdir. Allahın Rəsulu Sidrətül-müntəhanı görmüş və onun yanında Cənnəti görmüşdür. Biz bunu təqdiq edir və inanırıq ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) Cənnəti görmüşdür. Gördüyü üçün də təsdiq edirik ki, Cənnət hal-hazırda mövcuddur. Buna heç bir şübhəmiz yoxdur. Buxari və Müslim Ənəs ibn Malikdən İsra gecəsi (Merac gecəsi) ilə bağlı rəvayətin sonunda Ənəs belə deyir: “Sonra Cəbrail (əs) mənimlə hərəkət etdi. Nəhayət Sidrətül-müntəhaya gəldi. Onu o qədər rənglər əhatə etmişdi ki, nə olduğunu biilmirəm… Sonra Cənnətə girdim. Cənnətdə incidən qübbələr və Cənnətin torpağını misk olaraq gördüm” (Buxari, V, 374-375, Ənbiya kitabının İdris babı; Müslim, 163, İman kitabının Rəsullahın göylərə meracı babı). Buxari və Müslim Abdullah ibn Əmrdən gələn hədisdə Rəsululah (ona və ailəsinə salam olsun) belə buyurmuşdur: “Sizdən hər birinizə öldüyünüz zaman oturacağınız yer səhər və axşam göstərilir. Adam Cənnət əhlindəndirsə Cənnət əhlindən, Cəhənnəm əhlindəndirsə Cəhənnəm əhlindən olub özünə “bu yer sənin oturacağın yerdir, səni Allah Qyamət günü dirildənə qədər belə qalacaqsan” deyilir (Buxari, Müslim). Cənnətin hal-hazırda mövcud olması haqqında dəlillər kifayət qədər çoxdur. Bu qədər dəlllərin yeri bura olmadığı üçün kifayətlənrəm. Hər kəs blməlidir ki, əgər Allah təala və Onun Rəsulu bir məsələ barəsində xəbər veribsə deməli bu məsələ həqiqətdir və öz yerini tapır. Ona görə də bəzi kəslərin “Oradan gələn varmı?” sözləri yersizdr. Çünki bu bir həqiqətdir ki, oradan bizə xəbər verən var və xəbər verilən hər bir şeydə həqiqətdir. Əlbəttə Cənnətin hal-hazırda var olması, mövcud olması haqqında bizim əlimizdə olan ən böyük dəlil hər şeydən əvvəl Adəmin lk dəfə yaradılıb, Cənnətə qoyulmasıdır. Əvvəlcədən Cənnət yaradılmış və Adəm ora daxil edilmişdi. Etdiyi xətaya görə Cənnətdən endirldi və imtahandan keçərək, tövbə edərək yenə də Cənnətə daxil olacaq. Biz uca Allahdan etdymiz xətalara görə bağışlanmamızı istəyir və bizi Cənnətə daxil etməsini yalvarırıq. Bu gün biz yaşadığımız an etdiyimiz əməllərə görə Cənnəttdə bizim üçün gözlərin görmədiyi, qulaqların eşitmədiyi ən gözəl nemətlər hazırlanır. Biz uca Allahdan Cənnəti istəyirik və bunu istəməliyik və buna can atmalıyıq.
Əkrəm Həsənov (ilahiyyatçı)
Hiç yorum yok:
Yorum Gönder