01 Mart 2013

İslama görə iqtisadi böhran və onun həlli yolları

 İqtisadi böhran və onun nə olduğunu bilməyimiz hamımız üçün vacibdir. Çünki nə qədər hər hansısa bir sahəni daha geniş bilsək, həm həmin sahəyə aid elmimiz artar, həm də Allaha imanımız çoxalar. Bu dünyada nə qədər çox elmin olsa, o qədər də Allah təalanın yaratdıqları haqqında geniş məlumat əldə edərsən, bunun sayəsində də imanın artar. Ona görə də ekonomika, yəni iqtisadiyyat çox vacib sahədir, bunu bilməklə də imanımız arta bilər. Ekonomiyanın (iqtisadiyyatın) çöküşünün həlli yenə də bizim islam dinimizdədir.
Bildiyimiz kimi iqtisadi böhran 2008-ci ildə başladı. Əvvəllər var idi, ancaq 2008-ci ildə artıq pik nöqtəsinə çatdı. Hal-hazırda qərblilər, qərb dövlətləri bu iqtisadi böhranın üzərini örtməyə, gizləməyə çalışırlar, bunu gizlətməyə meyl edirlər. Çünki, yaxşılığa doğru getdiyini iddia edirlər. Bu sanki bir oda bənzəyir ki, aşağısı yanır, üzərinə isə çoxlu odun qalıqları yerləşdiriblər və odunların altında yanan hissəsi görsənmir. Hər bir anda od yuxarı qalxıb bütün taxtaları yandıra biləcək qədər təhlükədədir.
İqtisadi böhran ilk dəfə qərbdə başlandı. Qərbin sürücüsü, aparıcı qüvvəsi isə qatarın getməsinə güc verən motora bənzəyən, qərbin belə vəziyyətdə getməsinə güc verən Amerikadır. İlk dəfə də böhran Amerikada başlandı. Bunun da sirri onda oldu ki, banklar insanları fantastik səviyyədə, xəzinə içərisində yaşamağa təşviq etdilər. Banklar insanları daha gözəl yaşamağa, daha zəngin yaşamağa, daha fantastik gücdə olmağa təşviq etdilər. Belə ki, banklar küllü miqdarda insanlara kredit verərək avtomobil, ev, daha böyük vəsaitlər almağa təşviq etdilər. Bununla da insanlar özləri də hiss etmədən borclandılar və böyük bir böhranla üz-üzə gəldilər. Əsas problem də buradan başlandı. Banklar küllü miqdarda pul verərək öz vətəndaşlarına ev aldırır, sonra onu axrayın edir ki, sənin çox böyük bir mülkün, sərvətin var. Bu sənin üçün çox böyük, dəyərli bir şeydir. Sən hələ pulunu da ödəmədiyin üçün, gəl bu evi bizə daha baha qiymətə borcla sat,  deyərək onu alır və daha başqa bir bahalı əmlakı ona satırlar. Beləliklə də insanları təşviq edərək hələ borclarını ödəməmiş başqa bir bahalı əraziləri onlara sataraq onları daha da borc altında saxlayırlar. Bundan sonra onları dəvət edir ki, xüsusi sığorta şirkətləri çıxıb, bu şirkətlərdə sənin malını sığorta edək. Sığorta şirkətləri də bununla küllü miqdarda vəsait əldə edir, çoxlu pul qazanırlar. Nəticədə bir qrup küllü miqdarda pul qazandığı halda, digər bir qrup həddən artıq yoxsul vəziyyətə düşürlər. Böhran (kriz) buradan başlayır. Artıq evlərin qiymətləri qalxır, avtomobillər, insan üçün lazım olan gündəlik tələbatların hamısının qiyməti yüksəlməyə başlayır. Hər şey sığortalıdır, hər cür nemətlər qarantiyadadır deyərək insanları yenidən borclandırırlar. Banklar yenə də insanları özlərindən pul almağa dəvət edirlər. İnsanlar çarəsiz olduqları üçün məcbur qalıb yenidən bankdan pul götürməyə yönəlirlər. Bankların, müxtəlif şirkətlərin sayı çoxalmağa başlayır. Əgər əvvəl bir evin qiyməti 100 min dollar idisə indi artıq 500 min dollar, 800 min dollar evlərin və digər mülklərin qiymətləri çox yüksək səviyyədə qalxmağa başlayır.  Bununla da böyük bir kriz (böhran) başlanmış olur. Bütün bunlar Amerikaya aid olan məsələlərdir ki, tədricən bütün müsəlman ölkələri də bu sistemə axın etməyə başlayırlar.
Bu sanki bir şar kimidir. Şarı bir insan üfürüb həddən artır şişirdiyi kimi, burada da hər şey bir şəxsin üzərinə yüklənir. O da vətəndaşdır. Vətəndaş aciz qalıb pulu ödəyə bilmədikdə artıq deyir ki, mən borcumu ödəyə bilmirəm. Bu evi sizə geri satıram. Çünki başqa çarəm yoxdur. Ev isə ucuz qiymətə satılır. Banklar özləri də ziyana düşür, müqavilə bağladığı sığorta və s. kimi şirkətlərə pul ödəyə bilmirlər. Bununla da bütün şirkətlər iflasa uğradıqlarını elan etməyə başlayırlar. İqtisadi böhran belə başlayır. Türkiyədə və bir çox ölkələrdə banklar bu səbəbə görə iflasa uğradılar. İflas olduqdan sonra birdən-birə qiymətlər düşməyə başlayır, artıq əvvəlki kimi alma gücü də heç kimdə olmur. Beləliklə birdən-birə şar kimi üfürülüb şişirilən zənginlik, maddiyyat, tezliklə yenə də şar kimi boşalıb sıradan çıxır.
Buna görə də Amerika dövlətində bir çox banklar iflas olduqlarını elan etdilər. Bir ölkədə bankın iflas olması, həmin ölkədə ekonomiyanın (iqtisadiyyatın) iflas olması deməkdir. Bu bankların xilas olması üçün Amerika höküməti 70 milyard pulu, dolları bu banklara dəstək üçün verdi. Halbuki 2000-ci ildə Amerika Birləşmiş Ştatları dünyada yoxsulluq qalmasın deyə 72 milyard olsa yoxsulluğu yox edə bilərik deyirdi. Amma baxın, hökümət öz banklarını iflasdan qurtarmaq üçün 70 milayrd dollar onlara ayırdı.
Bir çox islam ölkələrində və xüsusən Səudiyyə Ərəbistanında da eyni işi gördülər. Banklar insanlara çoxlu pul təklif etdi, çoxlu firma və təşkilatlar quruldu, sonunda yenə də iflas və böhran baş verdi. Vətəndaşın əlində mövcud olan malı-mülkü də özündə qalmadı.
Bəzi insanlar elə zənn edirlər ki, iqtisadi böhran intrenetlə başlandı. Qlobollaşma, dünyaya çıxış, beynəlxalq aləmə açılış nəticəsində böhran də özünü göstərdi. Yəni hər şey asanlaşdı. Bir çox əməliyyatlar artıq internet vasitəsi ilə həyata keçirildi. Buna görə də böhran oldu. Bu fikir düzgün deyil və əsas səbəb isə bu deyil. Əsas səbəb qərbin kapitalizm sistemindədir. Kapitalizm sistemində bu problem həmişə mövcud olubdur. Bütün müşküllərin əsası da kapitalizmdir. Çünki bu sistem yalnış qurulubdur. Ona görə ki, dünyada gəlir mənbələri çox azdır. Bu gəlir qaynaqlarının hamısı bütün insanlara verilsə və hamısı lüks həyatla yaşasa heç kəsə çatmaz. Kapitalizmdə isə güclü olanlar gəlir qaynaqlarını ələ keçirirlər. İstər Amerikanın etdiyi kimi zorla, zülmlə, istərsə də yalan və aldatma ilə bu gəlir yerlərini ələ keçirirlər. Ona görə də kapitalizmdə əsas olan insan pillə-pillə yetişir, bu yolla deyil, əsas məqsədi başqa istiqamətə çeviriblər. Belə ki, bir qrup insan həyatda lüks içində yaşamaq istəyirlər, bunlar da qərblilərdir. Qərbli fikrində olanlardır. Qərbin içərisində isə Amerika, Amerikada da bir qrup var ki, belə düşünürlər. Belə siyasət aparırlar və bütün Amerika xalqı da onlar üçün çalışır. Bank sistemlərinin bu cür insanları cəlb etməsi nəticəsində böyük şirkətlər qazanır, şirkətlərin sahibləri, zənginlər qazanır. Zəngin puluna pul qatır, yoxsul isə sürünməkdən sürünməyə doğru gedir. Əsas problem də bu cür sistemin mövcud olmasıdır. Buna görə də bizlər bunların sistemi yalan üzərinə qurulduğu üçün, insan fitrətinin əksinə qurulduğu üçün, biz bunlara heç nə deyə bilmərik. Deyə bilmərik ki, ey Amerika niyə gəlib bizim malımızı əlimizdən çəkib alırsan. Orada olan insan onsuzda bizimlə iş görməzdən əvvəl gəlib bizə deyir ki, mənim sistemim belədir. Belə dediyi üçün bizim də onlara əks getməyimiz xətadır. Onlara qarşı çıxmamaq, sadəcə onları tanımaq lazımdır. Əsas olan yenə də güclü zəifin malını alır, zəngin kasıbın malını alır, azad kölənin malını alır. Qlobollaşma sistemi də onlara dəstək olsun deyə qurulmuşdur.
2008-də alış-veriş ticarətlərinin qurulması bütün dünyada 48 trlyon dollardır. Kağız üzərində, internetdə isə satışlar 144 trlyon dollardır. Bütün islam dövlətlərində də artıq belə sistem həyata keçirilir. Baxırsan ki, əsasən zənginlər qazanır və kasıblar yenə də kasıblığa doğru addımlayırlar. Hər kasıb öz cibindən itirir. Hər varlı öz cibinə yığa bilir. Bu isə çox qorxulu bir mənzərədir.
Bəs yaxşı bunu bir xəstəlik olaraq qəbul ediriksə, bunun müalicəsi varmı? Müalicəsini öyrənməyə çalışırıqsa, onda, gəlin görək islam dini bu müalicəni necə aparır. İslam dini bütün xəstəliklərin, problemlərin müalicəsini həllini bildirdiyi kimi bunun da müalicəsini bizə bildirmişdir. Problem bundadır ki, biz özümüz müalicəni bildiyimiz halda bu xəstəliyə qurşanmışlarla mübarizə apara bilmirik, müalicəyə yönəlmirik, əlimizdən gələni etmirik, amma onlar bizə çox gözəl dərslər verirlər. İslam dini digər bütün şəriətlər kimi çox ədalətli həll yolunu bizə bildirmişdir. Bu həll yollarından bir çoxunu da Allah təala Quranda bizə xəbər vermişdir. Hər kəsin ruzisi yazılmışdır. Nə qədər insanlar vardır ki, faydasız və boş yerə mallarını, pullarını xərcləyirlər. Məsələn, siqareti misal götürək. Siqaret mala və bədənə zərər verdiyi halda kasıb müsəlmanlar siqareti əldə etmək üçün dəridən qabıqdan çıxırlar. Ölkələrinə idxal edirlər. Nə qədər ərazilər zəbt olunaraq tütünlər əkilir. İnsanlar orada çalışıb tütünü istehsal etmək üçün hazır məhsullar hazırlayırlar. Siqaret fabrikləri tikilir, siqaretlər istehsal olunur və insanlar bunu alaraq özlərini zəhərləyirlər. Həm maddi cəhətdən, həm də mənəvi cəhətdən uçuruma düşürlər. Nə qədər vaxt gedir, nə qədər zülm çəkilir. Halbuki bunu daha xeyirli məhsulların istehsalına yönəltsən iqtisadiyyat düzələr, gəlir çoxalar, insanlar daha zənginləşər. İçki fabrik-zavodlarını da bura aid etmək olar. Nə qədər boş-boş əyləncələrə vaxt itirilir, əylənmək üçün boş-boş, mənasız əşyalar istehsal olunur, nə qədər fahişəxanalar fəaliyyət göstərir. Bütün bu çirkinliklər ekonomoiyaya mənfi təsir göstərir. Bütün dünya müahribələri bu çirkinliklərin nəticəsində meydana gəlmişdir. Allah təala buyurur ki, şeytan sizə yoxsulluğu əmr edir, Allah təala isə sizə bağışlanma vəd edir. Bizim iki yolumuz var, biri Allahın dediyini yaşamaq, digəri də öz nəfsimizin və şeytanın dediklərini etmək. Biz Allahın dediklərini etdiyimiz zaman ekonmik vəziyyətimiz də düzələcək.
İslam bu mövzuda iki həll yolunu göstərmişdir. Birinci məsələ bu həddə, bu dərəcəyə, bu problemə düçar olmazdan əvvəl, ikincisi artıq bu bəlaya düşdükdən sonra olan yollardır.  İqtisadi böhran olmasın deyə,  əvvəlcədən bu bəlaya düşməmək üçün islam həll yolunu göstərmiş, ikincisi isə bu çuxura düşdükdən sonra çıxma fürsətini göstərmişdir. İslam hər bir məsələnin həllini bildirmişdir. İslam kəndçinin, fəhlənin, ustanın, müdirin, hər kəsin haqqını qorumuşdur. İslam yalan danışmağı, aldatmağı, bazarı tək əldə tutmağı, yəni manopoliyanı qadağan etmişdir. Manapoliya budur ki, başqalarının ticarət etməsinə qadağan qoyaraq öz ticarətini həyata keçirməyə başlayırsan. Allah Rəsulu manapoliyanı qadağan etmişdir. Yəni malı ancaq mən alaram və mən sataram kimi ticarəti qadağan etmişdir. İslam dininə görə hər kəs eyni maldan alıb, sata bilər. Bu o deməkdir ki, mən çox zənginəm, istədiyim malı hamıdan pulnan alıb, onu istədiyim baha qiymətə ancaq mən sata bilərəm. Heç kimə də bu maldan satmağa icazə vermərəm. Bu cür ticarəti Allah təalnın göndərdiyi peyğəmbər qadağan etmişdir. Allah Rəsulu buyurub ki, kim ticarətdə bizi aldatsa həmin şəxs bizdən deyildir. Beləliklə islam dini şeytanın bütün giriş yollarını bağlamışdır. Hatib bin Balta Mədinədə quru üzüm satırdı. Allah Rəsulunun səhabəsi idi. Bir kilo üzüm qurusunu iki dirhəmə satırdı. İbn Ömər baxdı ki, bazara yeni tacirlər gəlib. Həmin şəxsə dedi ki, malını alıb içəri yerləşdir. Çünki kənardan gələn tacirlər görsələr ki, sən xurmanı iki dirhəmə satırsan, onda müsəlmanların üzərinə satdığın mal bahalı olar. Çünki tacirlər xurmanın qiymətini hələ deməyiblər. Onlar gəlib qiyməti bildirdikdən sonra yenə də malını gətirib satarsan. Belə ki, tacirlər bazara daxil olarlar və malın qiyməti nədirsə o qiymətə satarlar. Amma mən quru üzümün son dövrü, bazarda qiymətini bilmirəm, istədiyim qiyməti qoyub satmışam. Həmdə baha verirəm. Yeni gələn mal isə bəlkə də ucuz gətirilib və ucuz satıla bilər. Məndə baha satmaqla insanları aldada bilərəm. Bu onu göstərir ki, islam dini ədalətli dindir. İslam dini şəxslərin deyil, ümmətin xeyirini əsas götürür. Qərblə islamın arasında fərq də bundadır ki, islam dini bütün insanların mənfəətini düşünür. İnsanların çoxu müsəlman olmasa belə islam dini bütün insanları qorumağı öz üzərinə almışdır. Çünki islam dini beş şərti yerinə yetirmək üçün gəlmişdir. Yəni islam beş şəri (dini) vacib olan məsələni qorumağı özünə əsas götürmüşdür. Birincisi dindir. Birinci islam dini qoruyur, ikincisi şəxsi qoruyur, yəni kimsə kimsəyə zülm etməsin, öldürməsin, üçüncüsü nəsli qoruyur, dördüncüsü də malı qoruyur. Dövlətin vəzifələrindən biri də budur ki, vətəndaşlarının malını-mülkünü qorusun. İslam dövləti Allah təalanı təmsil edir. Beləliklə dövlət vətəndaşın malını qoruyur demək, yəni Allah təala öz qullarının malını qoruyur deməkdir. İslam fiqhində də belə bir qayda vardır ki, nə zərər vermək var, nə də zərərə zərərlə cavab vermək vardır. Bu gün islam ölkələrində iqtisadiyyat islamın istədiyi kimidirmi? Xeyr, heç də belə deyildir. Bu gün islam iqtisadiyyatı qərb iqtisadiyyatından daha pisdir. Qərb iqtisadiyyatı bizdən ona görə üstündür ki, onların ən azından sədaqətləri var. Sözlərində doğrudurlar. Birincisi öz metdorlarına sahib çıxırlar, ikincisi isə onlarda şəffaflıq vardır. İnsanlar olduğu kimi iqtisadi yüksəlməyə səmimi olaraq çalışırlar, bunun yollarını axtarırlar. Bizim ölkələrdə isə bu yoxdur. Çünki islam ölkələrində qanunlar zənginlərə görə tətbiq olunur. İdarəçilərin öz şəxslərinə uyğun şəkildə həyata keçir. Bu gün bütün islam ölkələrində vəziyyət belədir.
İslam dini bütün mənfiliklərə qarşı mübarizə aparır. İslam dini zülmlə savaş edir. Nəyə görə islam dini sosializmə savaş açmışdır. Çünki onda zülm vardır, niyə kapitalizmlə mübarziə aparmışdır, onda da zülm var, islam dini zənginin haqqını zənginə, kasıbın haqqını da kasıba veriılməsini istəmişdir. Kimin nə haqqı varsa onu özünə vermişdir. Buna görə də islam dinində ədalət təmin olunmuşdur. Hətta islam dini ticarətdə qaydalar qoymuşdur. Məsələn, bu qaydalardan biri də budur ki, sən bir malın sahibi ola bilməsən həmin malı sata biılməzsən. Niyə? Çünki islam dini istəmir ki, ticarəti kağızlarda aparsan. İslam dini hər şeyin həqiqətini istəmişdir. Ona görə də həqiqəti tətbiq etdikdə ədalət təmin olunur. Biz islam tarixindən bilirik ki, tarixdə həmişə ədalət öz yerini tutmuş, islam tarixlərində elə dövrlər olmuşdur ki, kasıb axtarmışlar, tapa bilməmişlər. Hətta borcu belə islam dini qadağan etmişdir. Amma bu gün qərblilər bizə borc altına girməyi təşviq edirlər. Yuxarıda da qeyd etdiyimiz kimi səndə borcla ev alırsan, borcla maşın alırsan və iqtisadi böhran oradan başlayır. Yalnız zərurət olduqda borc ala bilərsən. İslam işləyib, çalışıb, zəhmət çəkib qazanmağı tövsiyyə etmişdir. Əsas olan insanın əlinin əməyidir. Hər kəs işləsə heç kim iqtisadi böhrana məruz qalmaz. Hamı da öz qismətinə razı olar. Qərb isə bizi kağızlar üzərində çalışmağa təşviq edir. Bu gün də belədir və şəhər yerində yaşayanlar bunu daha yaxşı bilirlər. Hamı rahat yolnan zəngin olmağın yollarını axtarır. Bu gün xüsusi ilə insanlar internet vasitəsi ilə zəngin olmağa cəhd edirlər. Bunu islam dini qadağan etmişdir. İslam dini bizə zəhmət çəkməyi bildirmişdir. Allah Rəsulu buyurub ki, əgər siz Allaha həqiqi, dügün təvəkkül etsəydiniz, quşlar kimi evdən ac çıxar, axşam evə qayıdanda tox qayıdardınız. Bu həqiqi təvəkküldür. Quş yuvasında qalmır, yuvasından ac olaraq çıxır, yuvasına tox olaraq qayıdır. Həqiqi təvəkkül işləməkdir. Allah Rəsulu buyurub ki, əgər əlində bir əkməyə ağac varsa və desələr Qiyamət qopur, sən əlindəki ağacı ək! Yəni durmadan çalışacaqsan. Biz müsəlmanlar yatırıq, kafir qərblilər isə bizdən oyaqdılar, həm də onlar bu məsələdə bizdən ciddidirlər. Çünki onlar öz imamları olan şeytana tabe olublar, biz isə öz imamımız olan Qurana və sünnəyə tabe olmamışıq. Allah bizi bağışlasın! Amin!
1968-ci ildə qadın olan İsrailin Baş naziri Kolda Mayerlə bir avropalı lider görüşüb öz vətəninə qayıdanda deyir ki, İsraildə bir qadını baş nazir təyin etdik, gecə-gündüz çalışır. Yüz kişiyə bərabərdir. Gecə-gündüz çalışdığı üçün İsrail balaca olmasına baxmayaraq dünyada böyüklük göstərə bilir. İslam dini müsəlmanlara çlışmağı təşviq etdiyi halda müsəlmanlar yatırlar. Allah Rəsulunun yanına bir səhabə gəlir. Allah Rəsulu əlini o səhabəyə uzadır ki, salamlaşıb görüşsün. Həmin səhabə əlini uzatmağa tərəddüd edir. Tərəddüddən sonra əlini uzadır. Allah Rəsulu ondan soruşur ki, niyə tərəddüd etdin? Deyir ki, Ya Rəsulullah, əlim çox işlədiyim üçün çox sərtdir. Sənin əlinə əziyyət verməkdən qorxdum. Peyğəmbər onun əlini tutur və deyir: "- Bu əli Allah və Rəsulu sevər".
Bu məsələnin həllindən də biri islamın zəkatı təşviq etməsidir. Zəkatı varlı müsəlman kasıb müsəlmana verməklə ədaləti bərpa etmişdir. İslamın göstərdiyi həll yollarından biri də insanların təbəqəçiliyini yox etməsi, hamının birlik-bərabərlik olması prinsipini ortaya qoymasıdır. İslam dini hər kəsin haqqını özünə vermək üçün gəlmişdir. İslamın buyurduğu həll yollarından biri də köməkləşməkdir. Allah təala buyurur ki, təqvada yarışın, günahda yarışmayın. Yəni bir-birinizə Allah qorxusunu, Allah sevgisini aşılayın. Bu gündə islamın bu cür yaxşılıqları əmr etməsinə baxmayaraq bu ayəyə müsəlmanlar əməl etmirlər.
Allah təala səni yaratmış və səni nə xoşbəxt edəcəyini sənə bildirmişdir. Şəriətin də əsli budur. Bir iqtisad jurnalının təsisçisi, müəlliflərindən biri XII Roma papasına belə dediyini yazır: Bizim iqtisadiyyatımızın həlli Qurani Kərimdədir. Qurani Kərimi oxusaq, onunla əməl etsək, bizim bütün iqtisadi problemlərimiz həll olunar. Başqa bir qərbli yazıçı isə deyir ki, biz islam şəriətini alsaq, yəni oxuyub, öyrənib, əməl etsək onu alıb iqtisadiyyatımızı düzəldərik. Bizdən bunumu istəyirisniz? Bunu dindən uzaq iqtisadi böhrandən əziyyət çəkən qərblilərə deyir. Nəticədə də hamılıqla bu qərara gəlirik ki, iqtisadiyyatımızın düzəlməsi özümüzlə Allah arasında olan yaxınlığımızın düzəlməsindən asılıdır. Bunun yollarını öyrənmək üçün addım atmalıyıq.

Əkrəm Həsənov (Çoxlarının qəbul etmək istəmədiyi ilahiyyatçı, əziyyətlə təhsil almışam, elm öyrənmişəm, çiyinlərimdə kitablar daşımışam, stresslər, əziyyətlər çəkmişəm, elm öyrənmək üçün evdən çıxmışam, günlərlə ac-susuz qalmışam. İnsanlar etiraz edir! Ya Rəbb məndən qəbul et! Allahdan xeyir istəyirəm).

Hiç yorum yok:

Yorum Gönder