07 Şubat 2013

Strategiya.az | Biz həmişə islam ölkəsi olmuşuq


Allahın izni ilə bəzən təsvir etdiyimiz əlyazma xəzinələrimiz haqqında sizlərə yazacağam. Bunu bilmək ona görə lazımdır ki, tarixən ölkəmizdə islam dininə xüsusi hörmətin olduğu bilinsin. Hörmətdən üstəlik tarix boyu bizlər islamı qəbul etdikdən sonra islam alimlərimiz, dünyanın müxtəlif ölkələrinə gedərək dinimizi öyrənmiş və gəlib bizə təbliğ etmişlər. Daha sonra isə ölkəmizdə islam elmlərini öyrənən xüsusi universitetlərdə ilahiyyat fakultələri təsis olunmuş və böyük dini təhsil olan İslam Universitetinin bünövrəsi qurulmuşdur. Bizlər bundan sonra bu istiqamətdə daha ciddi çalışmalıyıq.
Hal-hazırda əlimdə bizim xəzinələrdən biri olan, Azərbaycanın tarixən islam diyarı olduğunu sübut edən hicri 1121-ci ilə aid, yəni miladi tarixlə 1710-cu ilə aid katibi Əbu Hacı Muhamməd Əfəndi olan, 1837-ci ildə yazılıb bitirlən əlyazma var. Əlyazmanı təsvir edirəm. Əsər yenə də islam etiqadına aid yazılmış çox mühüm əsərdir. Əsər bəsmələ, həmdələ ilə başlayır. Əsərin müəllifi Muhamməd bin Səd Əs-Siddiqi əd-Dəvanidir. İslam dini əqidəsinin əsilləri haqqında yazılmış möhtəşəm əsərdir. əsərin kənarlarında şərhlər və haşiyələr yazılmışdır. Burada dünya və axirətdə xoşbəxt olmaq üçün insanların Allah Rəsulunun sünnəsinə tabe olunması tövsiyə olunur. Bunu ona görə yazıram ki, bəzi özünü tanımayanlar Azərbaycanın tarixən islam ölkəsi olmasını öyrənsinlər. Əhli-sünnə və camaat alimlərinin tarixən ölkəmizdə islami elmlərini yaymasının, yaşamasının, islamın xalqımız tərəfindən tarixən Allah Rəsulunun yolu üzərində yaşanmasının göstəricisi olsun. Əsər çox maraqlı əsərdir.
Azərbaycanda olan islam əlazaymalarının, əsərlərinin çoxusunun katibi Əbdül Qəni Əfəndidir. Həqiqətən də onun əli ilə bir çox islam dini qaynaqlarından, islam alimlərindən maraqlı islam mövzularında əsərlər yazılmış, köçürülmüşdür. Təəssüf edirik ki, bu əlyazmaların çoxusu yandırılmış, çaylara atılmış, basdırılmış və məhv edilmişdir. Əlyazmalar institunda qorunub saxlanan əlyazmalarımız da az deyil.
Bizim Əlyazmalar institunda Ramazan ibn Muhamməd Hənəfi adlı alimin "Şərhul Əqaid" adlı əsəri var. Əsər bəsmələ və həmdələ ilə başlayır. Əsər əqidə, tövhid məsələlərindəndir. Ərəb-dilindədir. Çox maraqlı əsərdir. Bu Azərbaycanın tarixən islam məkanı olması, islama böyük hörmət göstərilməsi, islami elmlərin yayılması üçün çalışmaların olmasının göstəricisidir. Təkcə bu deyil minlərlə belə əsərlər var və biz onları araşdırıb gündəmə çıxarmağa cəhd edirik.

Strategiya.az | Biz həmişə islam ölkəsi olmuşuq

Hiç yorum yok:

Yorum Gönder