27 Ocak 2013

Əsl demokratiya üçün çalış!


Biz indi demokratiyadayıqmı? Əgər sən özünə sadə bir sual versən ki, demokratiya nədir və demokratiyanın əhəmiyyətli xüsusiyyətləri nələrdir? Yaxud da demokratiyanın tərifi nədir? Özün də asan bir cavab verəcəksən: 
- O xalqın özü üçün bir qaydadır, qanundur. 

Yaxşı... Çox gözəl... 
Allah təalanın bu sözünü oxu: “(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitbları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istədiyi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!” (Əl-Maidə surəsi 48-ci ayə). 
Bu ayəyə diqqət et! Allah təala burada səni azadlığa dəvət edir. Əsl azadlığı sənə göstərir. 
Lakin sizin azadlığınızın vaxtı başqalarının azadlığının yanında bitər, sona çatar. Doğrudurmu? Sualın cavabını özünüz verin. Mən özüm bu suala “Bəli” cavabını verirəm. 
Gözəl.... Yaxşı...
Bəs nə üçün biz yaxşılığı əmr edib, pislikdən çəkindirmirik? İndi dayan! Sənin azadlığın başqalarının azadlığının yanında bitir. 
Nə üçün seçmirsən? 
Azadlıq yalançı təhrifdir (Özünü aldatmaq və zülmdür). Onun batini (daxili, içərisi) pisliklərlə və zülmlə doludur. 
Bəs Allaha ibadət və itaət necə?  Onun batini (daxili, içərisi) pisliklərdən uzaq qalıb Allaha qalxmaqdır, yüksəlməkdir, izzətli və hörmətli olmaqdır. İndi seçimi özün et. Sənə bu şans verilmişdir...

Hazırladı: Əkrəm Həsənov...

2 yorum:

  1. Bismillah!
    Əssalamu əleykum, Əkrəm qardaş!
    Mən bu gün sənin bu bloquna ilk dəfə olaraq baş çəmişəm və hələlik məqalələrinin yalnız başlıqları ilə tanış oluram. İnşallah, vaxt imkanı olduqca, oxumağa çalışacağam. Amma indicə bir bir məqalən ("Əsl demokratiya üçün çalış!") məni, türk qardaşlar demişkən, yamanca ilgiləndirdi. Əziz qardaş! Məqlənin əvvəllərində belə bir ifadə (görünür sənə məxsusdur) işlədirsən: "Demokratiya - xalqın özü üçün bir qaydadır". Bu, mən deyərdim ki, çox maraqlı bir tezisdir, ilk nəzərdən cəlbedici, xoşgəlimli bir düşüncə formasıdır. Amma "özü üçün qayda" məsələsinə gəldikdə, burada bir sıra çox mühüm özəlliklər nəzərə alınmalıdır. Çünki onlarsız - demokratiya faydasız bir özünü aldatmadır. Bəhs etmək istədiyimin mahiyyəti nədən ibarətdir? Bunu burada tam incəlikləri ilə şərh etmək, o qədər də asan deyil. Lakin mən bir-neçə cizgi ilə bunu etmək məcburiyyətindəyəm. Əkrəm, məqaləndə vacib məxəzlərə toxunursan. Bu, əlbəttə ki, bəyəniləndir. Lakin onlardan demokratiyanın mahiyyəti o qədər də aydınlaşmır mənim üçün. Çünki əsil demokratiyaya aparan pillələr, mərhələlər birmənalı deyil. Hərfi tərcümədə "demokratiya" - "xalq hakimiyyəti" deməkdir. Amma biz bu sözü bir balaca "qurdaladıqda" qədimdə uydurulmuş bu sözün ziddiyyətli oldub, məcazi məna daşıdığını və Allahın gerçək dini ilə uyuşmadığını görürük. Məcazilik nədədir? Xalq hakimiyyəti - xalqa məxsus olan hakimiyyətdir və ona görə təsis edilir ki, bu hakimiyyət ona xidmət etsin bütün mənalarda! Amma sən tarixə nəzər salsan, çox aydın şəkildə (əgər istəsən) görə bilərsən ki, həmin hakimiyyət, demək olar ki, heç vaxt xalqların mənafelərini onların nəzərdə tutduğu kimi ifa etməyib və bu mümkün də deyil. Tək-tək fədakar iman sahibləri, əlbəttə olublar və öz xalqı üçün çalışıblar. Bunlar istisnadır. Lakin bütövlükdə insanların müxtəlif "qabaqcıl" təbəqələrindən və zümrələrindən təşkil olunmuş "hakimiyyət" öz fərdi mövqelərini möhkəmlətmək və qorumaqdan başqa, xalqı üçün olduqca cüzi bir fəaliyyət göstəriblər, onu da məcburiyyət qarşısında ediblər. Demokratiya yaxşı bir qurum olsaydı, Müdrik və Hərşeyibilən Allah Öz Elçilərinə (onlara Allahın salamı olsun!) demokratik üsul-idarə qurmağı əmr edərdi. Bildiyimiz kimi, nə Qiranda, nə də Sünnədə belə hökmlər yoxdur. Hakimiyyət iki şəxsin əlində olmalıdır: xalqın - cəmiyyətin güzəranını və əxlqını, mənəviyyatını yönəldən iki liderin. Bu, ədalətin hökmran ola biləcəyi yeganə şərtdir. Hökmdar, padişah və ya Prezident (adlarda fərq yoxdur) və dini rəhbər. Məhz bunların ikisinin rəhbərliyi ilə xalq idarə oluna bilər. Xalqın özü üçün yaratdığı "qayda" heç mifologiya da deyil, nağıdır və ondan da bədtərdir. Niyə? Bax, burada hər şey indi aydınlaşacaq: Xalq özü özünü necə idarə edə bilər? Xalqın özünün özünü idarə etməsi mümkünsüz bir işdir! Xalq özünü idarə etmək üçün özünə əməlisaleh insanlarından özünə sadiq xidmətçilər təyin etməlidir ki, onlar da iman sahibi olmalı şəxslədən ibarət ola bilər. Əks halda xidmətçilər əllərində hakimiyyətin fərdiyyətə verdiyi (başqaları üzərində hökmranlıq kimi) hüquqları mütləq şəxsi mənafelərinə müvafiq olaraq tətbiq edəcəklər. Beləliklə, "demokratiya" mifi söz olaraq, özünüaldatma vasitəsi kimi havalanacaq və ya buxarlanacaq.
    Mən burada yalnız "D"-nin bir aspektini kobud cizgilərlə təsvir etməyə çalışdım. Çoxsaylı özəl məqamlara toxunmadım. Seçim - xidmət əhlinin işbaz, siyasətbaz və fırıldaqçı "dindarlar" zümrəsi arasından deyil, məhz Allahın Quranına və Onun Elçisinin Sünnəsinə sidq ilə iman gətirən, Vətənini sevən, xalqının rifahını Allah rizası üçün düşünən vətəndaşlardan olmalıdır. Lakin belə bir insanın, təkcə hökmdar və ya Prezident olması ilə də mümkündür. Etiqad məsələsi hər şeyin, hər növ fəaliyyətin başı və özəyidir.

    YanıtlaSil
  2. Aleykum Salam va rahmatullahi va barakatuhu. Men sevinirem ki, seninle eyni fikirdeyem. Butun dediklerinle raziyam ve bunlari ozum bilmekle yanasi, senin xatirlatmaginla da bir daha mene faydasi toxundugunu etiraf edirem. Men bu meqaleni ozumden, oz fikirlerimden yazmamisam. Esas burada deyilmek istenilen meseleni facebookda Its Sunne sehifesinden erebce bir yazidan hazirlayaraq ve oxuculara catdirmaq istediyim meqsedi demek istemisem ki, Allaha qul olaraq, Cennete daxil olaraq demokratik ol. Yeni men sizin demokratiyani izah etdiyiniz terzde qesd etmemisem. Onu bildirmek istemisem ki, ey insanlar siz qullara qul olmayin onda demokrat olmurusnuz. Allaha qul olun ki, demokrat olasiniz. Demokrat mefhumunu sizin izah etdiyiniz ve bir cox muselman qardashlarimizin basa dusduyu azadliq, ozbasinaliq kimi yox, Allahin qanunlarina tabe olaraq, Allahdan basqa diger batil guc-quvvelere, yeni batil ilahlara, pirlere perestis etmeden tek Allaha ibadet ederek azad olmalarini demek istemisem.Bu fikrimi de sonuncu iki cumlede bele ifade etmisem: "Azadlıq yalançı təhrifdir (Özünü aldatmaq və zülmdür). Onun batini (daxili, içərisi) pisliklərlə və zülmlə doludur.
    Bəs Allaha ibadət və itaət necə? Onun batini (daxili, içərisi) pisliklərdən uzaq qalıb Allaha qalxmaqdır, yüksəlməkdir, izzətli və hörmətli olmaqdır. İndi seçimi özün et. Sənə bu şans verilmişdir".Bu sozume eslinde gorunduyu kimi demokratiyani inkar etmisem. Bildirmisem ki, Allaha qul olsan bu sene kifayetdir. Sadece bezi qardashlarimiz tolerant sozunu oz menasinda goturdukleri ve basa dusduklerikimi demokratik sozunu de oz menasind agoturub basa dusurler. Qesd olunan ise tamamile islama uygun qesddir. Meqaleme rey bildirdiyin ucun tesekkur edirem. Deyerli qardashim size ve timsailinizda butun elm telebelerine, isam devetcilerine boyuk hormetim var. Eyni zamanda sizden elm oyrenmeye boyuk ehtiyacim var. Meqalelerinizi bize yazin faydalanaq ve ictimaiyyeti faydalandiraq. Allah sizlerden razi olsun! Amin! Salam Aleykum va rahmatullah!

    YanıtlaSil