22 Kasım 2012

Elm öyrənmənin əhəmiyyəti


Kəsr b. Kaysdan belə dediyi rəvayət olunmuşdur: Mən Dəməşq məscidində Əbu Dərda ilə birlikdə oturmuşdum.
Onun yanına bir adam gəlib:
- Ey Əbu Dərdə, mən sənin yanına Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) şəhərindən bir hədis üçün gəldim. Eşitdiyimə görə bu hədisi Rəsulullahdan (səlləllahu aleyhi və səlləm) sən rəvayət etmisən. (Bura) başqa bir ehtiyacdan ötəri gəlmədim, dedi.

Əbu Dərda belə dedi:
- Həqiqətən mən Rəsulullahı (səlləllahu aleyhi və səlləm) belə deyərkən eşitdim:
“Hər kim elm təhsil almaq məqsədiylə bir yola yönələrsə (gedərsə) Al­lah təala onu cənnət yollarından bir yola yönəldər (daxil edər). Şübhəsiz ki, mələk­lər elm yolunda olan bir kimsədən məmnuniyyətlərindən ötəri (ona) qa­natlarını sərərlər və göylərdə və yerdə olan bütün yaradılmışlarla suda olan balıqlar alimin bağışlanmasını diləyərlər. Şübhəsiz ki, alimin abidə olan üstünlüyü ayın on dördüncü gecəsindəki bütöv ayın digər ulduzlara olan üstünlüyü kimidir. Alimlər, pey­ğəmbərlərin varisləridir. Peyğəmbərlər miras olaraq dinar və dirhəm saxlamazlar, elm saxlayarlar. Kim o elmi əldə etsə çox böyük bir xeyir əldə etmiş olar” (Əbu Davud, Sünən, 3641).

Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi).

Hiç yorum yok:

Yorum Gönder