12 Haziran 2012

Mükəmməl Kişi və Mükəmməl Qadın


Bəzi insanlar qeyd edirlər ki, kamil insan ancaq və ancaq Məhəmməd dir (ona və ailəsinə salam olsun). Bu doğrudurmu?



Bu deyim doğru deyil, əksinə kamil insan çoxdur ancaq Məhəmməd peyğəmbər (ona və ailəsinə salam olsun) onların ən kamili və fəzilətlisiydi. Bunu sübut etmək üçün peyğəmbərimiz demişdir: «Kişilərdən bir çoxu kamlləşmişdir, qadınlardan isə ancaq İmranın qızı Məryəm, Məzahimin qızı Asiya (yəni fironun arvadı) və Aişənin digər qadınlardan üstünlüyü səridin (cahiliyyə dövründə məşhur yemək adı) digər yeməklərdən üstünlüyü kimidir.
Sübut olunmuşdur ki, Peyğəmbərimizin (ona və ailəsinə salam olsun) uşaqlarının anası Xüveyldin qızı Xədicə, qızı Fatimə cənnət əhlindən olan qadınlardır. Bu beş qadın ən kamil qadınlardır. Allah onların hamısından razı qalsın. Mükəmməl kişilərə gəlincə isə onlar çoxdur. Kamil insan yəni dürüstlük, comərdlik, elm, şücat kimi Allahın mədh etdiyi insani xüsusiyyətlərə bundan başqa Allahın əhlinə və peğəmbərlərinə mədh etdiyi əsas xüsusiyyətlərə də malik olmaq deməkdir. Lakin bütün bunlarda malik tam kamil insan peyğəmbərlərdir. Onların da ən fəzilətlisi, ən kamili, sonuncusu və başçıları olan Məhəmməd peyğəmbərdir (ona və ailəsinə salam olsun). Necə ki, o demişdir:»Mən öyünmək üçün demirəm ancaq qiyamət günü Adəm övladlarının başçısıyam". Kitab və sünnədə də buna dəlalət edən dəlillər mövcuddur. Bütün xüsusiyyətləri özündə cəm edən mütləq kamilliyə gəlincə isə o şəriki, bənzəri olmayan tək Allaha məxsusdur. Allah Təala buyurmuşdur: "(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur![1]



«Göyləri və yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla özləri üçün) ciftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!»[2]



"(Allah qoşduğunuz şərikləri, Onun yaratdıqlarını) Allaha bənzətməyin. Allah (heç bir şəriki olmadığını, heç bir məxluqun Ona bənzəmədiyini) bilir, siz isə (bu həqiqəti) bilmirsiniz!"[3]



«Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu (iş) Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən yüksək sifət (Allahdan başqa heç bir tanrı olmaması, vəhdaniyyət sifəti) yalnız Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Allahın sifətləri nə göydəkilərin, nə də yerdəkilərin sifətlərinə bənzəyər. Allah onların hamısından ucadır)».[4]



Yüksək sifət görmə, eşitmə, həyat, qüdrət, elm və digər mükəmməl xüsusiyyətlərlə, xəlq etdiklərindən heç kimin ona şərik qoşmadığı uca vəsfdir. Yaratdıqlarından münəzzəh, müqəddəs və ucadır. Ondan başqa ilah yoxdur. O yenilməz qüvvət, hikmət sahibidir.



[1] İxlas sürəsi bütöv



[2] Şura sürəsi ayə 11



[3] Nəhl surəsi ayə 74



[4] Rum surəsi ayə 27

Hazırlayan: Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)..

Hiç yorum yok:

Yorum Gönder