12 Haziran 2012

Haqsız tənqidə necə cavab verməlisən?


Ağılı az olan bəzi axmaq və səfehlər, bütün varlıqların ruzisini verən uca yaradıcını belə haqsız yerə tənqid edib pislədilər; özündən başqa heç bir ilah olmayan Tək və Bir olan Allaha iftira atdılar. Səhv etmək ehtimalı yüksək olan mənim və sənin kimi insanlar, belə davranan insanlardan nə gözləyə bilər? Əlbəttə bu yaşadığımız həyatda, amansız və çətin bir müharibə ilə qarşılaşacaq, haqsız tənqidlərə, məqsədli və üzə çıxarılmış yıxıcı fəaliyyətlərə və qəsdli xəyanətlərə məruz qalacağıq. İnsanlara kömək etdikcə, onlara istiqamət verib rəhbərlik etdikcə, onları təsir altına alıb yollarını aydınlatdıqca, onların inkişafını və böyüməsini təmin etdikcə bu cür tənqidlərlə qarşılaşmağın qaçınılmazdır. Səni haqsız olaraq resenziya edən, tənqid edən və sənə iftira atanlar yerdə bir tunel və göydə bir yol taparaq onlardan qaçıb qurtarana qədər sözlərinə məhdudiyyət qoymaz və susmazlar. Aralarında olduğun müddətcə, sənə ancaq pislik edər, səni ağladar, rahatlığını və yuxunu qaçırarlar.
Unutma ki, yerdə oturan yıxılmaz. İnsanlar ölü iti təpikləməzlər. Onların sənə hirslənmələrinin səbəbi, onlara yaxşılığı xatırlatman, elm, əxlaq və ya mal cəhətdən onlardan üstün olmağındır. Onlara görə sən günahkarsan. Qabiliyyətini tərk etmədikcə, Allahın sənə verdiyi nemətlərdən uzaq durmadıqca, sahib olduğun üstün xüsusiyyətlərindən uzaqlaşmadıqca, onların gözündə bu günahkarlıqdan qurtara bilməzsən. Bütün üstün davranışlardan təcrid olmadıqca, onlar kimi tənbəl və səfeh davranmadıqca, yalnızlıq, bezginlik və çarəsizlik içərisində yaşamadıqca səndən razı qalmazlar. Bəli, onlar tamamilə səndən bu cür davranmağını istəyirlər.
Belə olduğu halda bu insanların sözlərinə, haqsız tənqidlərinə, səni pisləmələrinə və aşağılamalarına heç fikir vermə. Onlara qarşı müqavimət göstər, yıxılmadığını və ayaq üstə qaldığını onlara sübut et. Var olduğunu və var olma gücünü onlara isbat etmək üçün, dolu dənələrinin dəydiyi zaman parçalandığı sərt bir qaya kimi ol. Əgər onların sözlərini dinləsən və müsbət reaksiya versən, onların sənin həyatını bulandırmaq və nizamlı həyatını pozmaq istiqamətindəki əməllərini gerçəkləşdirmiş olarsan. Bu səbəblə bu cür insanların sözlərini dinləmə və onlardan üz çevir. Sənə qarşı qurduqları hiylələrə görə sıxıntı çəkmə, onlardan gözəlliklə uzaqlaş. Bil ki, sənə yönələn haqsız tənqidlər həqiqətən də sənin hörmətinin bir nümunəsidir. Haqsız və doğru olmayan tənqidlər, insanın hörmətinə və izzətinə görə ağır və yüngül olur.
Sonra sən bu insanların ağzını tuta blməz və dillərini bağlaya bilməzsən. Ancaq onların sənə yönəltdikləri tənqidləri ört-basdır edə bilər, onlardan üz çevirib bu tənqidləri heçə saya bilər və əhəmiyyət verməyə bilərsən. Beləliklə onların sözlərini və kinlərini ağızlarında saxlamış olarsan. Uca Allah belə buyurur: “De: “Acığınızdan ölün!” (Ali İmran surəsi, 119).
Hətta əxlaqi üstünlüklərini artıraraq, səhvlərini düzəldərək və yeni gözəl xüsusiyyətlər əldə edərək onların ağzına toxum qoya bilər və daha çox acı çəkmələrini təmin edə bilərsən.
Əgər hamı tərəfindən qəbul olunub xoş qarşılanmaq, sevilmək və qüsursuz olmaq istəyirsənsə, bil ki, mümkün olmayan bir şey istəyirsən və sən gerçəkləşməsi heç vaxt mümkün olmayan boş bir əməlin arxasındasan.

(Tərcümə və tədqiq edən: Əkrəm Həsənov, İlahiyyatçı)...

Ayiz Karni, Ümitsizlikden Korunmak kitabından alıntı

Hiç yorum yok:

Yorum Gönder