Uca Rəbbimiz artıq bizə xəbər vermişdir ki, “İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların asi olduqlarına və Allahın qoyduğu hədləri aşdıqlarına görə idi.”
Peyğəmbərimiz (sallAllahu aleyhi və səlləm) buyurur:
- Sizdən bir kimsə munkər iş görərsə, onu əli ilə dəff etsin, onu bacarmazsa dili ilə, onu da bacarmazsa qəlbi ilə dəff etsin ki, bu da imanın ən zəifidir. [1]
Məlumdur ki, dövrümüzün ən təhlükəli və ən fəsadlı fitnə - Rafizilərin fitnəsidir. Çünki onlar insanları durmadan öz əqidələrinə dəvət edir, öz batil dinlərini İslam dini kimi qələmə verir və onlar ilə Əhli-Sünnə arasında heç bir fərqin olmadığını iddia edirlər. Onlar söyləyirlər ki, Əhli-Sünnə ilə heç bir əqidə məsələsində fərqimiz yoxdur, fərq sadəcə bir neçə fiqhi məsələdədir.
Fəqət, həqiqətdə isə Əhli-Sünnə ilə Şiələr arasında olan ixtilaf- əqidə məsələlərindədir. Hansı ki, insan bu məsələlərə düzgün yanaşmadıqda İslam dinindən xaric olur. Və məlumdur ki, əksər siravi əhli-sünnə bu xilafdan qafildir, həmçinin əksər siravi şiələr də öz fəsadlı əqidələrini bilmirlər, çünki onların imamları öz batil əqidələrinin əsaslarını camaat içində yaymır.
Şiələrin fəsadlı əqidələri:
1- Allaha şərik qoşmaq əqidəsi
Muhəmməd ibn Yaqub Kuleyni, “Usulu Kəfi” kitabında belə zikr edir: “Bab: Yerlər bütövlüklə imamlara məxsusdur”
Əbu Abdullahdan rəvayət olunur ki, O belə demişdir:
- “Dünya və Axirət İmama məxsusdur-Onu istədiyi kimi qoyur və İstədiyinə dəff edir-Allahdan ona bu caizdir.”[2]
İnsaflı bir müsəlman bu sözdən nə anlaya bilər?! Çünki hər bir müsəlman bilir ki, Allah təala öz mübarək kitabında belə demişdir:
- “Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından istədiyini onun varisləri təyin edir. (Əraf, 128)
- “Göylərdə və yerdə səltənət Allahındır.” (Şura, 49)
- “Axirət də, dünya da Allahındır.” (Nəcm, 25)
- “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir.” (Mülk, 1)
Şiələr isə belə öz kitablarında yazırlar: Əli demişdir:
- “Mən əvvələm, Mən axıram, Mən zahirəm, Mən batinəm və Mən yerin varisiyəm.” [3]
Şübhəsiz ki, bu batil olan bir əqidədir və Əli ibn Əbu Talib də (radıyAllahu anhu) bu kimi küfr dolu sözlərdən uzaqdır. Bu şiələrin Əli (radıyAllahu anhu) haqqında uydurduğu bir yalan, Əliyə atılan bir iftiradır. Axı Əli ibn Əbu Talib (radıyAllahu anhu) bu sözləri necə söyləyə bilərdi ki, Uca Allah öz mübərak kitabında buyurmuşdur:
- “Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir.” (Hədid, 3)
Şiə mufəssirlərindən olan Məqbul Əhməd, Zumər surəsində keçən bu ayəni “Yer öz Rəbbinin nuru ilə işıqlanacaq”[4] belə təfsir etmişdir:
- Cəfər Sadiq belə deyir: “Yerin Rəbbi İmamdır. İmam çıxdığı zaman onun nuru kifayət edəcəkdir, hətta artıq insanların Aya və Günəşə ehtiyacları qalmayacaqdır.”[5]
Baxın, onlar imamı Rəbb edərək, “Rəbbinin nuru ilə” ayəsinin mənasını belə demişdirlər: “Rəbb İmamdır və yerin sahibidir”.
Həmçinin bu təfsirçi, Zumər surəsinin bu ayəsinin -Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan” təfsirində Cəfər əs-Sadiqdən , əl-Kəfi kitabında belə rəvayət etmişdir:
- “Bu sözün mənası- Əgər şərik qoşsan-yəni Əlinin vilayətinə kim şərik qoşsa bu nəticə ilə nəticələnər. Yəni, əməlləri puça çıxar.”[6]
Həmçinin Zariyat surəsinin bu ayəsinin “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.” təfsirində demişdir:
- Cəfər əs-Sadiq Huseyndən rəvayət edərək demişdir: “Allah təala cinləri və insanları xəlq etmişdir ki, onu tanısınlar, çünki onu tanısalar, Allaha ibadət etmiş olarlar. Bir nəfər soruşdu? Onları tanımaq necə olur? O belə cavab verdi: İnsanların zamanının imamını tanıması ilə.[7]
Kuleyni Usulu Kəfidə belə zikr edir:
- Muhəmməd Baqir demişdir: “Biz Allahın yaratdıqlarında, onun (Allahın) üzüyük, onun (Allahın) gözüyük. Həmçinin demişdir ki: Biz Allahın yaratdıqlarında, onun (Allahın) diliyik, biz onun (Allahın) üzüyük, onun (Allahın) gözüyük.” [8]
Həmçinin, şiə təfsirçisi Məqbul Əhməd bu ayənin “Onun Üzündən başqa hər şey məhv olacaqdır” təfsirində belə demişdir:
- Cəfər Sadiq belə demişdir: Allahın üzü bizik.
SubhənAllah! Baxın, şiələr məhv olmayan Allahın üzünü necə də başqasına nisbət etmişdirlər, halbuki, Allahu təalə onları bu sözlərindən Ucadır.
Kuıeyni Usuli Kəfidə zikr edir ki, “İmamlar qeybi bilirlər və onlardan heç bir şey gizli qalmaz.“
- Əbu Abdullahdan rəvayət edirlər ki, O belə demişdir: “Mən yerlərdə və göylərdə olanları bilirəm, həmçinin Cənnətdə və Cəhənnəmdə olanları bilirəm, həmçinin olan və olacaq şeyləri də bilirəm.”[9]
- Onlar istədikləri şeyləri hallalaşdırır və istədikləri şeyləri də haramlaşdırırlar.[10]
- İmamlar- öz istədikləri vaxr öləcəklər və onlar özləri istəmədikcə ölməzlər.[11]
Halbuki, Allah təala öz mübarək kitabında buyurur:
- “De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər.” (Nəml, 65)
- “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın”. (Ənam, 59)
Həmçinin Kuleyni zikr etmişdir ki, imamlar Mələklərə, Rəsullara verilən bütün elmi bilirlər.
- Abdullah belə demişdir: “Allahın iki elmi vardır. Birinci O elmdir ki, onu mələklərə Rəullara izhar etmişdir, onlara izhar etdiklərini imamlara öyrətmişdir. İkinci elmi isə özündə saxlamışdır.”
Ümumiyyətlə bilmək lazımdır ki, şiə kitablarında belə şirk məsələləri olduqca çoxdur. Məgər hər hansı bir müsəlman bunları bildikdən sonra, onun qəlbində bu etiqadın batil olması şübhəsi qalarmı?!
Axı Uca Allah belə buyurur:
- “Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır.” (Zumər, 62)
- “Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!” (Kəhf, 26)
- “Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.” (Zumər, 65)
- “Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır". (Maidə, 72)
- “Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.” (Ali İmran, 5)
Bu və buna bənzər ayələr açıq-aydın dəlildir ki, Allah təala tək olaraq, hər bir şeyin Xaliqidir. Yerləri və göyləri idarə edən Odur. Hər şeyə qadir olan və hər şeyi bilən də Odur.
Şiələr isə Allahın bu sifətlərini imamlarda isbat edirlər, məgər bu şirk deyilmi?!
2- Yeni fikir əqidəsi
Şiələr etiqad edirlər ki, "Allaha yeni fikir gələ bilər", yəni Allah bir şeyi unutduğundan, yaxud əvvəlcədən bilmədiyindən dolayı etməz və bunu sonradan ağlına gələrkən edər.
Allah (subhənəhu və təalə) isə onların bu dediklərindən çox-çox yüksəkdədir. Necə ki, bu ayədə qeyd olunur. Allah təala buyurur:
- “Lakin Allahdan onlara güman etmədikləri bir əzab düçar olacaqdır.”
- “Bu qədər dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.” (Yusuf, 35)
Yeni fikir məsələsi və ya bir vaxt cahil olub sonradan bilmək - Allahın haqqında mümkün olmayan bir şeydir, çünki Allahın elmi əzəli və əbədidir.
Allah təala belə buyurur:
- “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (Ənam, 59)
Şiələr isə Allahın yeni fikrə düşdüyünə etiqad etmişdirlər, necə ki, buna onların öz kitablarında da rast gəlmək mümkündür.
Şiə mühəddisi Kuleyni özünün "əl-Kafi" əsərində "Yeni fikir" adlı müstəqil bir fəsil vermiş və orada, özünün dediyi kimi, "məsum" imamlar haqqında bir neçə rəvayət söyləmişdir. Onlardan b'zilərini nəzərdən keçirək:
- Rəyyan ibn Səltdən belə rəvayət olunur: "Mən Rzanın (onların səkkizinci imamı Əli ibn Musanın) belə dediyini eşitmişəm: — Şərabı haram etmək lazım gəlməsəydi, Allah yeni qərar vermək fikrinə düşsəydi belə, heç bir peyğəmbər göndərməzdi". [12]
Bəs, bu "yeni fikir" nədir?
Kuleyninin Əbu Haşim Cəfəridən nəql etdiyi başqa bir rəvayətdə bu belə təfsir olunur:
- "Bir dəfə mən Əbülhəsən əleyhissəlamın oğlu Əbu Cəfər öləndən sonra onun yanında idim. Öz-özümə fikirləşirdim ki, ona deyim ki, elə bil onlar hər ikisi, — mən Əbu Cəfəri və Əbu Məhəmmədi nəzərdə tuturam, — Əbülhəsən Musa və İsmayıl ibn Cəfər ibn Məhəmməd kimidirlər. Onların həyatları da bir-birinə bənzəyir. Belə ki, Əbu Məhəmməd Əbu Cəfərdən sonra mərcə' (mərcəi-təqlid: bütün müsəlmanlar üçün nümunə — tərc.) idi. Əbülhəsən əleyhissəlam məni qabaqlayıb ağzımı açmağa qoymadı və dedi: — Düzdür, ey Əbu Haşim, Əbu Cəfər öləndən sonra Allaha Əbu Məhəmməd haqqında Əbu Cəfər haqqında bilmədikləri aydın oldu, eləcə də İsmayıl öləndən sonra Allaha Musa haqqında onun indiki vəziyyəti haqqında öyrəndikləri aydın olmuşdur. Bu, yalançılar tərəfindən ikrahla qarşılansa da, sənin danışdığın kimidir. Əbu Məhəmməd mənim özümdən sonra xələfim olacaq oğlumdur. O, lazım olan hər şeyi bilir: onun əlində imamlıq aləti var". [13]
Növbəxti belə yazır:
- "Cəfər ibn Məhəmməd Baqir öz oğlu İsmayılın imam olduğunu söyləmiş və buna o sağ ikən işarə vurmuşdur. Sonra İsmayıl ölmüş və o özü sağ ikən demişdir: — Allaha mənim oğlum İsmayıl haqqında aydın olan şey o zaman mənim haqqımda aydın olmamışdır". [14]
Artıq, bu rəvayətlər "yeni fikir" ifadəsinin mənasını aydınlaşdırır. Məlum olur ki, bu, Allahın əvvəllər bilmədiyi bir məlumatdır. Allah hər şeydən xəbərdar olduğu haqqında Musa əleyhissəlamın dili ilə "Mənim Rəbbim nə yolunu azır, nə də bir şeyi unudur"(Ta Ha, 52) dediyi halda, şiələrin Allah haqqında düşündükləri məhz budur.
Allahu təalə Özünü belə vəsf etmişdi:
- "O Allahdır ki, Ondan başqa ilahi yoxdur; O qeybi və aşkarı Biləndir". (Həşr, 22)
- "O Öz biliyi ilə hər şeyi əhatə etmişdir" (Talaq, 12)
Şiələr isə bunun əksini düşünmüş, hətta özlərinin bu batil etiqadın iman edənləri də, tərif etmişdirlər. Necə ki, Kuleyni Cəfərin belə dediyini rəvayət edir:
- "Bu ümmətdən tək Əbdülmüttəlib diriləcək. O dirilərkən hökmdarların cəlalına və peyğəmbərlərin simasına malik olacaq, çünki o, Allahın yeni fikrə düşməsini deyən birinci adamdır". [15]
İstifadə edilən mənbələr:
[1]- Muslim
[2]- Usuli Kəfi, səh. 259, Hind çapı
[3]- Ricəlul-Kəşşi, səh. 138, Hind çapı
[4]- Zumər, 69
[5]- Tərcumətul-Məqbul Əhməd, səh. 339. İbarənin əsli Urdu lüğətindədir
[6]- Tərcumətul-Məqbul Əhməd, səh. 932
[7]- Tərcumətul-Məqbul Əhməd, səh 1043
[8]- Usul Əl-Kəfi, səh. 83
[9]- Usul Əl-Kəfi, səh. 83
[10]- Usul Əl-Kəfi, səh. 83
[11]- Usul Əl-Kəfi, səh. 83
[12]- "əl-Kafi fi əl-üsul", "Tövhid kitabı", "Yeni fikir" fəsli, 1-ci cild, səh.147, İran çapı.
[13]- əl-Kafi fi əl-üsul", "Kitab əl-hüccə", 1-ci cild, səh.327.
[14]- Növbəxti, "Firəq əş-şiə", səh.84, Nəcəf çapı.
[15]- əl-Kafi fi əl-üsul", "Kitab əl-hüccə", 1-ci cild, səh.283, Hindistan çapı
Müəllif: Rəşad Hümbətov
ALLAH sizden razi olsun.Men selefi oldugum halda şiə məhzəbi ilə öz əqidemin fərqinin halniz pirə və s. yerlərə gedərək ALLAHA şərik qoşmaq oldugunu sanirdim.Bilmirdim ki,onlar ALLAHI bu cur tehqir edir ve alcatmaga çalışaraq,ONA mənsub sifətləri hansısa imamlara qoşaraq onları ucaltmaga,ALLAHI isə ikinci plana salmaga çalışırlar. ALLAH bir daha sizdən razı olsun.Sizi ve bizi daim dogru yolda olanlardan etsin.Elminizi və elimimizi artırsın.AMİN.
YanıtlaSil