Əgər bir gün Peyğəmbər
Əfəndimiz (səlləllahu aleyhi vəsəlləm) ziyarətinizə
gəlsə yalnız bir neçə
günlüyünə, birdən döysə qapınızı nələr edəcəyiniz mənim üçün maraqlıdır,...?
Bilirəm belə şərəfli bir qonağa açacağınız ən
gözəl otağınızı ONA açacaqsınız,
bütün yeməklərin ən yaxşısını ona verəcəksiniz ....
Və inandırmağa çalışacaqsınız ki, O, evinizdə
görüb xoşbəxtlik duyacağınız ən sevimli qonağınızdır. Həqiqətən də evinizdə ONA
xidmət etməkdən ləzzət və həzz alacaqsınız…
Lakin söyləyin mənə Əfəndimizi (səlləllahu aleyhi vəsəlləm) evinizə
doğru gələrkən
gördükdə, ONU (səlləllahu aleyhi
vəsəlləm) qapınızdamı qarşılayacaqsınız? Yoxsa
onu içəri almazdan əvvəl , tələsik bəzi jurnalları, qəzetləri
tez gizlədib, yerinə
Quarn-ı Kərimimi
qoyacaqsınız?
Yaxşı yenədəmi hələ televiziyada Amerka filmlərini seyr edəcəksiniz, yoxsa O
sizə qızmadan əvvəl tələsik
bağlamağamı
qaçacaqsınız televizorunuzu ?
Kim bilir bəlkə də xatırlaya bildiyiniz ən
son çirkin sözün ağızınızdan heç çıxmamış olmasını diləyərdiniz.
.... Yaxud da; Dünyalıq musiqinizi, kasetlərinizi də
gizləyəcəksinizmi? Və bunun yerinə ortalığa kitabxananızın rəflərində
tozlanmış hədis
kitablarımı
çıxaracaqsınız? Yoxsa təlaşla "nə edim"
deyərək, sağa solamı qaçacaqsınız
?
Mənim üçün çox maraqlıdır əgər Peyğəmbər
Əfəndimiz (səlləllahu
aleyhi vəsəlləm) bir
neçə günlüyünə sizinlə birlikdə yaşasa siz yenə davam edəcəksinizmi hər vaxt
etdiyiniz şeyləri yerinə yetirməyə? Ailənizdəki
söhbətlər köhnə halını qoruyacaqmı? Hər
yeməkdən sonra süfrə duası etməyi yenə
çətinmi tapacaqsınız? Heç
üzünüzü turşutmadan, ufuldayıb püfülləmədən hər
vaxt namazınızı öz vaxtında
qılacaqsınızmı? Yaxud səhər namazı üçün, isti yataqdan erkəndən
qalxacaqsınızmı?
Yaxşı bəs yenə mırıldayacaksınızmı
hər vaxt söylədiyiniz mahnıları? Və
oxuyacaqsınızmı hər
vaxt oxuduğunuz kitabları? Yaxşı
icazə verəcək sinizmi? Ağılınızın və ruhunuzun bəslədiyi şeylərə? Yoxsa
heç bilməməsinimi istəyərdiniz? Belə deyək ya da, gedəcəyiniz hər yerə apara
biləcəksinizmi Peyğəmbərimizi də? Yoxsa
bir neçə günlüyünə dəyişəcəkmi planlarınız?
Ən yaxın yoldaşlarınızı onunla tanış etməkdən
qürur duyacaqsınızmı? Yoxsa heç Peyğəmbərin ziyarəti
bitənədək bir-birlərinizlə müqayisə etməməsinimi ümid edərdiniz? İndi söyləyin
açıq ürəkliliklə
Onun sizinlə
qalmasını istəyərsinizmi
sonsuza qədər, birlikdə? Yoxsa ziyarəti bitib gedəndə rahat
bir nəfəsmi alacaqsınız,? Həqiqətən
bilmək maraqlı ola bilər
deyilmi?
Əgər bir gün Peyğəmbər
Əfəndimiz ziyarətimizə gəlsə edəcəyimiz şeyləri bilmək və
düşünmək lazımdır...?
(Alıntıdır...)
Bizə göndərən:
Gulcin Ehmedova (ehmedovag@yahoo.com)
Hazırlayan:
Əkrəm Həsənov
salam aleykum.heqiqeten dusundurucu bir meqakedir, ALLAH yazandan da hazirlayandan da razi olsun.
YanıtlaSilsalam aleykum.heqiqeten dusundurucu bir meqakedir, ALLAH yazandan da hazirlayandan da razi olsun.
YanıtlaSil