Müasir Nağıllar Kitabından:
Felyeton.
İntiligentin
Geyimi.
Salam verdim salamın sülh olduğunu bilən
kəslərə. Amanın günüdür qardaşlar, deməyin ki, aleykumsuz salam verdin.
ƏsSalamu aleykum və rahmətullahi və bərakətuhu. Çox danışmaq belədir ki, çox
danışanın səhvi çox olur. Səhvin də növlərinin fərqliliyinə görə, gərək böyük
məsələlərdən böyüklər danışsın, kiçik məsələlərdən də kiçiklər.
Əgər,
şəxsiyyətlər də bəzən düz addım və hərəkətlərinə görə tənqiddən qoruna
bilmirlərsə, onda gərək şəxs olanlar da kiçik məsələlərdə ehtiyatlı
danışsınlar. Hələ bəndələri nəzərə
almasaq, ən azı hər bir sözə görə Allah qarşısında cavab verəcəyimizi bilirik.
Bəndələrə gəlincə, (vallah) bəndələrin bir yox, min bir qavramağı var. Bir
sözünü biri qanar, biri əyri, biri düz. Mətləbi uzatmadan bir mövzu deyim. Mən
hələ bu intiligent sözüylə centilmen sözünün fərqini başa düşə bilmirəm. Desən
ki, “möminlə müsəlman sözünün məna fərqi kimi, bunlar da qərbin baxışında
elədir”, deyərəm yox. Bunların mənasını bir az axtardım, nəhayət, lüğətdə
qarşıma çıxdı. “Centilmen” - yaxşı
tərbiyəli şəxs, ağa, cənab, kişi, adam və s. mənalar verir. Loru dilində desək
“kişi adam”. “İntiligent” isə, - ağıllı, fərasətli, zəkalı, dərrakəli adamlara
deyilir. Yəni, kim nə işin əhlidirsə, ona da o ad verilir. Bu aydındır. Dərd
odur ki, işin əhli olmayana da o ad verilsin! Məsələn; Hamı dindən danışır,
bilən də, bilməyən də, ümumən onun əhli deyillər və bu çoxluq içində nisbətən
çox bilənə üstünlük verilir, hətta, əməl etməyənlər silsiləsindən olsa belə. Bu
soruşulanlar da işin əhlindən qaçırlar. Bir-iki misal yenə deyim; adicə moykada
işləyən bir adam diş çıxara bilməz və yaxud da hər həkim cərrahiyyə əməliyyatı
apara bilməz. Canımız ağrıyanda ən yaxşı həkimi axtarırıq ki, bu dünyəvi
məsələdir, Allahın dininə gəldikdə isə ən yaxşı biləni axtarmadan ara
adamlarıyla kifayətlənirik. Bu qısa misalların ardınca da deyim ki, hər dindən
danışan dindar və ya qazı görsənə bilməz. Əgər bu şərtlər dünyəvi işlərdə
varsa, gör indi dində necə labüddür. Quranı üzdən oxuya bilməyənlərin İslamda
ən çətin anlaşılan mövzulara toxunmaları, mübahisələri, həmçinin, onlardan heç
soruşulmayacaq məsələlərə belə qarışmaları və nəhayət, əsil soruşulacaq
məsələləri unutmaları o şəxslərin cahilliyindən xəbər verir.
Mətləbimiz yayınmadan əsas mövzuya keçim... Bu mövzuya toxunmağıma bir
hadisə səbəb oldu. Bir gün müayinə üçün xəstəxanaya getmişdim. Xəstəxananın
kolidorundakı oturacaqda qohumum ilə oturmuşdum. Biz söhbət edərkən, önümüzdən
bir nəfər alicənab şəxs keçdi. Sonra onu həkimin otağından qayıdarkən yenə
gördük. Biz o məqamda da hələ oturacaqda əyləşib həkimi gözləyirdik. O
gördüyümüz alicənab şəxsin şalvarının balaqları topuqdan nisbətən yuxarı və üzü
təraş olunmuş, intiligent görkəmli, ali savadlı və sanki, elit təbəqədən olan
birisi idi. Ehtimalımız da düz çıxdı, bu doğurdan da belə idi. O heç dindar da
deyildi, lakin, mən çoxdan eşitmişdim ki,
bir çox qərb ölkələrində intiligentlər belə geyinirlər, İngiltərə, İsveç
və s. ölkələri demək olar. Rusiyada da intiligent və yüksək ali təhsilli
polislərin belə geyindikləri haqda məlumatım var. Müsəlman intiligenti
görkəmində olan qardaşım da bunları çox görüb, mən də belə intiligentləri çox
görmüşəm. Məni onda fikir götürdü ki, burda intiligentlərə bir az birtəhər
baxırlar. Mən də düşündüm ki, bu məsələnin qeyd olunması təqdirəlayiq olar.
Sonra da çox satirik bir adamın sözü yadıma düşdü; “Var kütlənin dili, var
kütlərin dili...Kütlərin dilində yazılan yazının kütlə də, kütlər də başa
düşəcək. Amma, kütlənin dilində yazılanı kütlər başa düşməyəcək.” Arabir
fikirləşirəm, görəsən, felyeton kimin dilidir? Birdən bunu kütlərin dili
sayarsan ha, bu böyük bir xətadır. Axı bu dildə gözəl ədiblərimiz yazıblar? !
Mətbuatımızın əsasını qoyan yazılardan biri olan “Molla Nəsrəddin” satirik
jurnalı əgər dükanlarda satılsaydı, onda məncə yeni felyetonlara ehtiyac
olmazdı.
Dünya TV ekranlarında hər gün göstərilən qulağı sırğalı erkəkləri sizlər
də yəqin ki, görmüsünüz. Hətta, bunları xoş qarşılamasanız da, milli və İslami
dəyərləri itirə-itirə, ekrandakı qərb musiqisi və seialları sizi buna
öyrəşdirsə, sonra deməyin ki, istəmirdik, oldu belə...Unutmayın, nə qədər İslam
mədəniyyəti bizə qəribə görsənəcəksə, o qədər də qərb doğmalaşacaq. Axı
ata-babalarımızın əqidəsi zərdüştlükdən sonra uzun müddət İslamla bağlı olub.
Hamımız da inkişaf edən qərbin gözəl cəhətlərini istəyirik. Amma sırğalı
qulaqlar və.........çoxlu nöqtələr nəyə və kimə lazımdır? Müsəlman görkəmi isə
bizdə qəribə görünür, amma, Avropa və Amerikada qəribə deyil. Bu sahəni də
inkişaf etdirsək, əla olar! Mənim yadımdadır ki, on il bundan əvvəl yubkası
dizdən olan xanımlara yaşlı təbəqə heyrətlə baxar və nifrət edərdilər. İndi isə
dizdən olanı normal, dizdən yuxarı olanı annormaldır (Bir çoxları üçün sonuncusu
da normaldır). İldən-ilə bu əxlaq məsələləri unudulsa, belə təsvir olacaq:
Ana övladına qandırmasa İslamından,
Ona bir başqa şeyi qandıracaq Fransızlar!
Amma, neyləyəsən ki, serial elə məfhumdur
ki, yalanı, azğınlığı əziz, əziz olan dəyərləri isə yalan göstərsə, göz
gördüklərini yenə beyinlərə ötürəcək!
Kişinin övrət yeri, yəni görülməsi özü və həyat yoldaşı istisna olmaqla
haram olan, ayıb sayılan yerləri şəriətə görə göbəkdən dizə qədər olan
hissədir. Qadının (görülməsi haram olan bədən üzvləri) isə əl və üzü istisna
ayıb yerləri sayılır. Məqsədim kiməsə tənə etmək deyil. Lakin, topuqdan
geyinilərək şalvarın yerlə sürünməməsi qəribə sayılan bir beyində təbii ki,
yubkası dizdən və daha yuxarı olan qadınlar qəribə deyil, normal qarşılanacaq! Hələ mən məntiqlə danışdım, ey baş sahibi
insan!...Hələ hədis və ayə demədim. Axı şairdən məntiqə söykənməyi gözləyirlər.
Məntiq də elə zaddır ki, ona söykənən çoxdur, əsil mənbə olan quran və sünnəyə
söykənən isə azdır. Özü də çox az! Ey əziz oxucu! Məntiqə əsaslanan batil
fikrin elə məntiqlə də cavabını verən həqiqət cinahları var! Müasirliyi əxlaq
sahədən götürsək, məncə xalqımızın həyasını bir çox xalqlardan yaxşı saymaq
olar. Amma, boşluqları düzəltməyə geciksək.......................
Əgər müasirliyi elmi və texniki cəhətdən
bəhrələnmə saysaq, bütün dünya da bunu bizim kimi beşəlli dəstəkləyir. Bəziləri
də müasirliyi ekranlara ekstraseansları və falçıları çıxartmaqla həyata
keçirmiş olduqlarını zənn edirlər. Nə isə.....
Müasirlik söyləmir heç dön həyasız canlara,
İmansızlıq zərbəsi hazırdır müsəlmanlara!
Bir müsəlman kimi mənə felyeton, bəhri-təbil və sair üslubların dili
çətin gəlsə də, şair olduğumdan müasirliklə uyğunlaşmışam, bu sahələrdə əxlaqi
və islami dəyərləri gözləyərək yazmağa çalışmışam. Deməyim odur ki, ey millətin
xoşbəxt həyatını, gözəl və parlaq gələcəyini istəyən əziz vətəndaşlarımız,
islam bizə vətəni sevməyi, insanlara xeyir verməyi və bir əqidədə olmağı əmr
edərkən, niyə düşünək elmlə müasirləşməyin ziddinə? Amma, qərbin əxlaq
müasirliyi bizə nə verəcək, onu özünüz düşünün!
Çılpaq geyinən qızlara susmuşsa böyüklər,
Lütləşmədəki qızlara çox saç yolacaqlar!
11.02.09.
Hiç yorum yok:
Yorum Gönder