Allah təala insanları sevdiyi üçün yaradır. Onların artmasını və çoxallmasını istəyir. Bununla bağlı olaraq eyni zamanda uca Rəbbimiz insanların Özünə qarşı hörmətli və ədəbli olmasını istəyir. Buna görə də insanları yaradanda onları başlı-başına tərk etmir.
Onlara qoruyucu mələklər təyin edir, onların yaxşı olması üçün onlara peyğəmbərlər və kitablar nazil edir. Onları pis işlərdən çəkindiirb, onlara xeyirli olan işləri əmr edir. Uca Rəbbimiz yaxşı əməl sahiblərinin çoxlasmasını artmasını istəyir. Uca Rəbbimiz Rum surəsi 21-ci ayədə bizə belə buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!". Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) belə deyib: "Sevib evlənin, çoxlu övladlarınız olsun, həqiqətən də mən Qiyamət günü digər peyğəmbərlərin yanında sizin çoxluğunuzla fəxr edəcəyəm" (Hədisi Əhməd, Tabarani və İbn Hibban həsən və səhih isnadla Ənəsdən rəvayət ediblər). Evlənmək insanı başqa günahlardan və haramlardan qoruyur. Buna görə də Allah təala günahlardan qorunmaq üçün gənclərin evlənməsini əmr etmişdir.
Allaha iman edən müsəlmanlara Allah təala öz peyğəmbəri vasitəsi ilə bu duanı öyrətmişdir. Subay müsəlmanlar bu duanı çox edərək evlənməyə meyilli olmalıdırlar: "Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər (Furqan surəsi 74). Həmçinin uca Allah Allahdan qorxanların sonunun gözəl olması barədə bizə belə buyurur: "Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında, İstədikləri meyvə içində olacaqlar! (Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için! Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!” (Əl-Mursalat 41-44). Allah təala Allahdan qorxaraq, haramlardan çəkinmək üçün evlənənləri mükafatlandıracağını bizə xəbər verir. Ona görə də Allaha imanımızı artırmaq üçün, haramları tərk eləmək üçün gənclərimiz evlənməyə üstünlük verməlidirlər. Gənc müsəlmanlar! Evlənin!
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...
Hiç yorum yok:
Yorum Gönder