Quran əhli Allahın əhlidirlər.
Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) belə buyurdu:
"- Həqiqətən də İnsanlardan Allahın əhli vardır".
Dedilər:
- Ya Rəsulullah. Onlar kimlərdir?
Dedi:
"- Onlar Quran əhlidirlər, onlar xalis (xüsusi olaraq) Allahın əhlidirlər" (Səhih əl-Cami, 2165).
Düşünün dostlar! Siz hal-hazırda kimin əhlindənsiniz. Allahın əhlindən olmağa, ucalmağa, kiminsə yox, Allahın hörmətini qazanmağa nə vaxtdan başlamaq istəyirisniz. Kiminsə razılığını qazanmaq üçün çox şeyləri qurban verə bilirisniz. Məsələn, küçələrə çıxanda insanların razılığını qazanmaq üçün özünüzə xüsusi vaxt ayırıb fikir verirsiniz. Kiminsə razılğını qazanmaq üçün çox uzaq məsafələrə gedib, bir çox əziyyətlərə qatlaşa bilirsiniz. Bəs Allah!?
Allahın razılığını qazanmaq üçün nələrdən keçirisniz əziz dostlar! Sizə verilən bu qədər imkanlardan Allahın razılığını qazanmaq üçün nələr edirsiniz? Bu suala cavab tələb olunmur sizdən. Sizə düşünmək üçün alternativ verilir.
Təsəvvür edin ki, böyük vəzifədə olan, çoxlu pulu olan bir adama bu qədər insanlar nə qədər xüsusi dəyər verib hörmət edir. Onun əhlindən olmağa çalışır. Onun razılığını qazanmaq üçün hər cür çətinliyi çiyinlərinə alır. Bəs Allahın razılığını qazanmaq əsas deyilmi? Əsas budur dostlar!
Çünki, bütün mülk Allahın əlindədir. İstədiyinə ondan verir və istəmədiyinə vermir. Bu qədər sizdə olan nemətlərin hamısını sizə verən Allahdır. Elə isə Allahın əhlindən olmağa çalışın! Quranı oxuyub başa düşməyə və əməl etməyə çalışın!
Əkrəm Həsənov...
Hiç yorum yok:
Yorum Gönder