XXl əsrdə yaşayırıq..... günlər qısa, interaktiv, sürətli sıxıcı dərəcədə eynitipli keçir. Yəqin ki, aramızda yuxarıda yazılanlarla razı olmayan tapılmaz. Həyatımızı gündəlik öhdəliklərlə, ürəksiz salamlaşmalarla, mənasız dialoqlarla, ..... israf edirik. Bəzən bu bizə boğucu və bezdirici gəlir və hətta aramızda yaşamaqdan bezdiyini, həyatın mənasız olduğunu deyən də tapılır. Lakin, həqiqətən mi həyat bu qədər mənasızdır? Həqiqətən mi keçirdiyimiz günlərin dəyəri yoxdur?
Bəlkə də bu sualı çoxumuz özümüzə vermişik. Gəlin bu sualı cavablandırmaqdan ötrü insan varlığının bəlkə də ən güclü silahı olan təxəyyülümüzü işə salaq.
Təssəvvür edək ki, bankda hesab sahibi olmuşuq, hesabımıza hər səhər 86.400 dollar pul yatırılır, lakin bu pul axşama qədər xərcləməlidir çünki bir günün hesabı növbəti günə köçürülmür. Pul xərclənsə də xərclənməsə də axşam sıfırlanır. Nə edərdik? Təbii ki, hamısını, son qəpiyinə kimi. xərcləməyə çalışardıq. Indi gəlin təsəvvür edək ki, bu “hesab” bizim həyatımızdır, bizim günlərimizdir. “hesaba” yüklənən “86.400 dollar” isə hər gün bizə bəxş olunan 86.400 saniyədir. Həmin 86.400 saniyə ki, hər gün düşünmədən israf edirik, dəyərini anlamadan, dərk etmədən, hesab aparmadan xərcləyirik, bu gün aldığımız saniyələri, anları sabah təkrarən almayacağımızı düşünmədən itiririk.
Əlimizdə, yanımızda, ətrafımızda olanları qiymətləndirmirik. Bizi əhatə edən insanları, əşyaları, işi, havanı, suyu, qidanı və s. olmalı kimi qəbul edirik. Əslində bu insan xislətinə aid xüsusiyyətdir: dəyərini itirəndə anlamaq. Bir şeyin qədrini ancaq itirdikdə və ya olmadıqda hiss edirik halbuki, hər birimizin ətrafında əvəzolunmaz, təkrarsız xəzinələr var. Gəlin zamanın dəyərini ətrafdakılardan soruşaq:
- Bir ilin dəyərini sinifdə qalmış şagirddən
- Bir ayın dəyərini 8 aylıq körpə dünyaya gətirən anadan
- Bir həftənin dəyərini həftəlik dergi çıxaran redaktordan
- Bir saatın dəyərini qovuşmaq həsrəti ilə yaşayan sevgillilərdən
- Bir dəqiqənin dəyərini qatarını ötürən sərnişindən
- Bir saniyənin dəyərini qəzadan qaça bilməyən sürücüdən
- Bir saniyənin yüzdə birinin dəyərini olimpiadada gümüş medal almış qaçış üzrə atletdən soruşaq
Həyatın dəyərini anlamaq üçün ilk növbədə əlimizdə olanı dəyərləndirməliyik. Içdiyimiz suyu, yediyimiz qidanı, aldığımız nəfəsi, dostlarımızı, ailəmizi, doğmalarımızı, işimizi, qonşularımızı, təbiəti dəyərləndirməliyik.
Çalışaq ALLAH SUBHANE VE TEALENIN bizə bəxş etdiyi, dəyəri bilinməli, qiymətləndirilməli, bərpaolunmaz inci olan həyatımızın qədrini bilək, onu layiqli bir şeyə həsr edək, ailəmizə diqqətli, işimizdə dürüst, valideynlərimizə layiq, dostlarımıza sadiq, vətən qarşısında üzü ağ, ALLAH hüzurunda rəhmə layiq həyat yaşayaq.
Layiqli və hörmətli yaşayaq, şərəflə ölək..
Hiç yorum yok:
Yorum Gönder