28 Şubat 2012

- Ey cavan!.. Sənə bir neçə kəlmə öyrədəcəyəm..

Abdullah ibn Abbas (رضي الله تعالى عنهما) rəvayət edir:






"...Bir gün Rəsulullahın (عليه الصلاة والسلام) yəhərinə qalxdım.. Mənə belə dedi:




- Ey cavan!.. Sənə bir neçə kəlmə öyrədəcəyəm;



- Allahın əmr və qadağalarına diqqət yetirərək yaşa ki, Allah da səni qorusun..


- Allahın (sənin üzərindəki) haqqını qoru ki, hər an dəstəyində olsun..


- İstədikdə yalnız Allahdan istə..


- Yardım tələb edərkən, Allahdan yardım istə..


- Bil ki, bütün insanlar sənə hər hansı bir mövzuda fayda vermək üçün bir yerə toplaşsalar, yalnız Allahın (Qədər`ində) yazdığı qədər fayda verə bilərlər..


- Əgər bütün insanlar sənə zərər vermək üçün bir yerə toplaşsalar, yalnız Allahın (Qədər`ində) yazdığı qədər zərər verə bilərlər..


- (Qədər`i) yazan qələmlər (yazmaq üçün) qalxmış və (yazılan) səhifələr artıq qurumuşdur..."




___________________________


سنن الترمذي/كتاب صفة القيامة
Sunən ət-Tirmizi/Sifət`ul-Qiyəmə (2516) 
(tərcümə: Ayxan Yaquboğlu)



1 yorum:

  1. salam aleykum. hec ola bilermiki, insanin reftarindan dolayi ALLAH o,insanin qederini deyissin?

    YanıtlaSil