Gözəl bir üst geyimi geyinmişdi. Oradakı insanlardan biri
yanındakılara belə dedi:
- Bu geyimini onun əlindən (İbn Ömərdən) alsam mənə nə verərsiniz?..
Oradakılar da, həmin adama veriləcək olanı aralarında
qərarlaşdırdılar.. Beləliklə, həmin adam İbn Ömərin yanına gələrək
belə dedi:
- Ey Əbu Abdurrahmən!.. Geymiş olduğun bu paltar mənimdir.. Bunu
eşidərək təəccüblənən İbn Ömər (رضي الله تعالى عنهما):
- Axı mən onu dünən almışam.. -dedi. Həmin adam:
- Mən sənə sözümü dedim, artıq çətinki onu bir daha geyinəsən.. -dedi.
Bundan sonra İbn Ömər geyimini dərhal çıxardı.. Bunu görən ətrafdakılar, gülməyə başladılar. İbn Ömər (رضي الله تعالى عنهما):
- Niyə gülürsünüz? -deyə soruşdu. Onlar da:
- Bu adam boşboğazın biridir, səninlə zarafat edir.. -dedilər. Bunun üzərinə İbn Ömər (رضي الله تعالى عنهما) üzünü həmin adama çevirərək belə dedi:
- Ey qardaşım!.. Ölümün önündə olduğunu bilirsənmi?.. Ölümün nə zaman - səhər, axşam, gecə vəya gündüz gələcəyini bilmirsən.. Bunlardan sonra isə, qəbir, qorxunc mənzərələr, Münkər və Nəkir (mələkləri) var.. Sonra isə, Qiyamət günü gələcək.. Boşboğaz insanlar şübhəsiz ki, o gün Allahın hüzurunda duracaqlar..
İbn Ömərin bu sözləri oradakı insanları ağlatdı, sonra isə, yoluna davam etdi.."
_______________________
Beyhəqi (864)
Hiç yorum yok:
Yorum Gönder