27 Ocak 2012

Qəbir əzabı kafirlər üçün nə vaxta qədər davam edəcək?


Bir adam dünyasını dəyişdikdə qəbirdə sorğu-sual mələkləri olan iki mələk adamın yanına gəlirlər və Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) haqqında soruşurlar. Əgər insan bu suallara cavab verə bilməsə ona əzab Qiyamətə qədərmi veriləcək, əbədimi veriləcək, yoxsa müvəqqəti əzab çəkdikdən sonra əzabdan xilas olacaq?

Ayə və hədsilərdə bildirildiyinə görə şübhəsiz ki, kafirlərə və kafir olduğu halda yalandan özünü imanlı göstərənlərə, Allaha şərik qoşanlara, yəni müşriklərə münafiqlərə əzab əbədi olacaqdır. Bu barədə Allah təlanın aşağıdakı ayələrini dəlil gətirə bilərik: “O zaman (bütpərəstlərə) tabe olanlar: “Əgər bir də (dünyaya) qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq”, - deyərlər. Beləcə (qiyamətdə) Allah onların əməllərinin yalnız həsrətdən (peşmançılıqdan) ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər” (Bəqərə surəsi 167).  “Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!” (əl-Əraf (Sədd) surəsi, 40). “Kafir olanları şiddətli əzab, iman gətirib yaxşı işlər görənləri isə bağışlanma və böyük bir mükafat (Cənnət) gözləyir!” (Fatir (Yaradan) surəsi, 7). Qurani Kərimdə kafirlərin, müşriklərin və münafiqlərin əbədi əzab çəkməsi haqqında ayələr həddən artıq çoxdur və bütün bunları yazmağı məsləhət görmədik.
Əhməd ibn Hənbəlin Bəra bin Azibdən rəvayət edib Əbu İvananin “Qəbir sualları haqqında” adlı kitabında səhih dediyi uzun hədisin sonuncu cümləsi belədir: “Sonra onun (qəbirdə əzab görən adam) üçün oddan (Cəhənnəmdən) bir deşik (yol) açılır. Qiyamətə qədər bu deşikdən o adama duman və əzab gələr”. Allah bizi qorusun. Amin! Başqa bir rəvayətdə belə gəlib: “Sonra onun (qəbirdə əzab görən adam) üçün kar, lal və kor bir adam gəlir. Onda dəmirdən bir çubuq vardır. Əgər onunla bir dağa vursa dağ un kimi toz cərrəciyi olar.  Bu çubukla ölüyə elə bir zərbə vurular ki, ölü parça-parça olar. Sonra qəbirdəki adam əvvəlki vəziyyətinə dönər. Əzab belə təkrar-təkrar davam edər”.
Əhməd və Tirmizinin Əbu Hüreyrədən rəvayət etdiyi və İbn Hibbanın “Qəbir sualları haqqında” adlı kitabında rəvayət edib səhih dediyi hədis belədir: “Torpağa “sıx” deyilir. O, ölünün üstünə qapanır və ölünün üzvləri bir-birinə keçər. Allah onu yatdığı yerdən dirildənə qədər ona bu şəkildə əzab edər”.
O qədər bu barədə gələn hədislər və rəvayətlər vardır ki, onları qeyd etmirik. Bütün bu xəbərlər bizə onu deməyə əsas verir ki, hər bir kəs üçün xüsusi əzab növləri vardır.

İbn Həcər əl-Əsqalaninin etiqada aid fətvalarından türkcədən istifadə edərək tərcümə etdim. Allah təala faydalı etsin. Amin!
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi).

Hiç yorum yok:

Yorum Gönder