15 Ocak 2012

Musiqi haramdır və qəlbi fəsad edir.


  Ömər (radiallahu anhu) öz övladlarına nəsihət edərək deyərdi ki, etiqadında, ədəbində ilk etiqad etdiyin şey musiqiyə qəzəb olsun. Yəni, həmişə musiqiyə qəzəb et. Çünki, onun başlanğıcı şeytandandır, sonluğu, nəticəsi Allahın qəzəbinə gəlməkdir. Çoxlu elm əhli (yəni Allah Rəsulunun elmini alan şəxslər, onun yanında olanlar, onun əhli-beyti) mənə xəbər verdi ki, onlardan eşitdim ki, musiqi alətlərinə qulaq asmaq qəlbdə nifaq yetişdirir, necə ki, su otu yetşdirir. Həmçinin görərsiniz ki, musiqi  olduğu yerlər Allahın haram etdiyi yerlərdir, yəni Allahın haram buyurduğu şeylərin yerinə yetirildiyi yerlərdir. Məsələn: içki içilən yerlərdə, qumar oynanılan yerlərdə, boronlarda, bir sözlə Allahın haram etdiyi yerlərdə musiqi var.

  Bəziləri deyir ki, musiqi halaldır və musiqi ruhun qidasıdır. Osman (radiallahu anhu) bu cür sözlər deyənlərə aid olan bir söz demişdir: “Allaha and olsun ki, əgər qəlbimiz təmiz olsaydı Rəbbimizin sözlərindən (yəni Quranı oxumaqdan) doymazdıq”. Siz təsəvvür edin ki, bunu qəlbi təmiz olan böyük bir şəxsiyyət demişdir.
  Musiqi şeirin növlərindən biridir. Necə ki, şeirdə  lüğət kitablarında, ərəb dili kiablarında belə ifadə olunur ki, əruz vəznlərindən ibarət olan qafiyələrdən ibarət olan sözlərdir ki, buda şerdir. Şeir iki hissəyə bölünür:
1. Halal olan şeir (Mübah)                 2.Haram olan şeir
1. Halal olan şeir şairlərin Allahın yerləri və göyləri yaratması haqqında dediyi şeirlər. Hacıların həcc vaxtı dediyi şeirlər.
2. Haram olan şeir. Allahın qədərinə etiraz olunan şeirlər, üsyana aid şeirlər, fəxr, lovğalıq olan şeirlər, yəni şeirlərdə  Allaha deyilən tərifləri insana  deyirlər.
“Şeir söz kimidir, onun gözəli gözəl, pisidə pisdir”.
“Kim haram olan şeirlərdən yazarsa, onun namazı qəbul olunmaz”.
Haramın dəlilləri: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir. Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə arxasını çevirər. (Ya Rəsulum!) Sən də ona şiddətli bir əzabla (axirətdə cəhənnəm odunda yanacağı ilə) müjdə ver!” (Loğman surəsi, 6;7).  Ləvhəl hədis - boş-boş sözlər təfsilatı. Həsən əl-Basri (radiallahu anhum): Səni Allahın zikrindən, Allaha ibadətdən ayıran hər bir şey, boş-boş sözlərdir. Bəziləri deyirlər ki, boş-boş sözlər şirkə aid sözlərdir, şirk qoşmağa aid sözlərdir. Üç səhabə, Abdullah ibn Məsud, Abdullah ibn Abbas, Abdullah ibn Ömər bu ayənin təfsirində deyiblər ki, “ləvhəl-hədis” boş-boş sözlər musiqidir. Sözsüz ki, Allahın ayələri ən yaxşı, başa düşən səhabələrdir. Onlar Allah Rəsulunun tələbələridir. Abdullah ibn Məsud 3 dəfə Allaha and içir ki, ləvhəl-hədis musiqidir. Həmçinin bu ayə 2 kişi haqqında nazil olub. Onlardan biri öz cariyələrinə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əleyhinə mahnı oxutdururdular və insanları öz cariyələrinin mahnılarına dəvət edirdi. İkinci  şəxs Abdullah ibn Xalal  Məkkə müşriki: müğənni olur və bu müğənni  öz musiqilərində İslamı və müsəlmanları təhqir edərdilər. Hər iki  şəxsi sonrakı döyüşlərdən birində Peyğəmbər (sallallahu aleyhi və səlləm) öldürmüşdü.
  İmam Qurtubi belə deyir: “Abdullah ibn Məsudun bu sözü deyənin təfsirində dediyi ən düzgün sözdür”. İmam Qurtubi  bu dəlillərə söykənərək belə deyir: “Musiqi Quran və sünnətdə qadağandır”. Müasir elm əhli isə əlavə edib bildirilər ki, musiqi  Quran, Sünnə və alimlərin icması ilə  haramdır”. Üç nəsildən musiqi barəsində soruşublar: səhabədən, tabiundan və ətbaut-tabiundan: Səhabələrdən ibn Abbas,  tabiunlardan Qasim ibn Məhəmməd, ət-tabiundan isə İmam Malikdən musiqinin hökmü barəsində soruşublar : Üçüdə soruşan şəxslərə eyni cavab veriblər. Yəni başqa-başqa sözlə eyni sözü deyiblər: Üçünündə müxtəsər cavabı bu olub ki: “Ey soruşan! Əgər qiyamət günü haqla batil gətirilsə musiqi hansında olacaqdır! Haqq tərəfdə , ya batil tərəfdə? Soruşan tərəf cavab verib ki, Batildə. Onda  alıcı yenə soruşub: Batil Cənnətdə olacaq ya Cəhənnəmdə? Soruşan: Əvvəla batil Cəhənnəmdədir. Alimlər ona deyiblər cavabı sən artıq özün-özünə vermisən? Özün öz sualına cavab aldın”.
Allah təala buyurur: “İndi siz bu kəlama (Qurana) təəccübmü edirsiniz? Həm də gülürsünüz, heç ağlamırsınız! Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona etina etmirsiniz). (Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!)” (Ən-Nəcm surəsi 59-62). İbn Abbas bu ayənin təfsirində və ərəbcə “və əntum samitun” sözünün mənasını deyir ki, yəni “siz mahnı oxuyub əylənirsiniz” deməkdir. Allahın Kəlamı nazil olanda siz Allahın kəlamından təsirlənməkdən, ayələri oxuyub ölümü, axirəti xatırlamaqdan və ayələrdən ibrət götürməkdənsə gülür, mahnı oxuyub əylənirsiniz. “Sumut” himyar dilində mahnı oxumaq deməkdir. Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) peyğəmbərlik veriləndə müşriklər mahnı oxumağa, gülüb əylənməyə başladılar. Bu ayələr onlara görə nazil oldu.
Allah təala buyurur: “Yenə yadına sal ki, bir zaman mələklərə: “Adəmə səcdə edin!” – deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. (İblis: ) “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!” – demişdi. (İblis) həmçinin: “(Pərvərdigara!) Bir de görək (məni oddan, bu Adəmi torpaqdan yaratdığın halda) nə üçün onu məndən üstün tutdun? Əgər (məni öldürməyib) qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram (və ya yoldan çıxarıb kökünü kəsərəm)”. (Allah) buyurdu: “Çıx get! (Sənə qiyamətə qədər möhlət verdim!) Onlardan hər kəs sənə uysa, (bil ki) cəzanız Cəhənnəmdir. Özü də tamam-kamal bir cəza! Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər! Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması (sənin şərindən və vəsfəsəndən onları qoruması) kifayət edər!” (İsra surəsi-61-65-ci ayələr). “Onlardan kimi bacarırsansa səsinlə oynat”. Təfsir alimlərindən olan Mücahid deyir ki, şeytanın səsi musiqi və musiqi alətləridir. Şeytanın səsi-musiqi və  xüsusəndə ibn Abbas bu ayənin təfsirində deyir ki, Allaha üsyana çağıran  hər bir şey şeytanın səsidir. İbn Qəyyum deyir ki,. musiqi Allaha üsyanda ən böyük şeylərdəndir.
  Qurtubi bu ayənin təfsirində deyir ki, musiqi və musiqi alətlərinin haram olmasında bu ayə ən böyük dəlillərdəndir.
  İmam Qurtubi bu ayənin təfsirində İmam Əhmədin Müsnədində və Əbu Davudun  Sünnənində  keçən bir hədisi dəlil gətirir: Hədis həsəndir. Əl-Nafi bu hədisi rəvayət edir, deyir ki: İbn Ömərlə yol gedirdim. Bu zaman  mən və ibn Ömər bir çobanın tütək səsini eşitdik, o vaxt da mən balaca idim. İbn Ömər bu çobanın tütək səsini eşitdikdən sonra barmaqlarını qulaqlarına qoydu. Yəni barmaqları ilə qulaqlarını bağladı və məndən soruşdu:
- Ya Nafi!  Eşidirsənmi  həmin səsi?
Oradan uzaqlaşana kimi yol getməyə başlayırlar. Nafi (rəhmətullahi aleyhi) o zaman balaca idi. 
Məndən soruşdu:
- Eşidirsənmi?
- Bəli eşidirəm. Sonra müəyyən vaxtdan sonra  yenə soruşdu:
 - O səsi eşidirsənmi? Xeyli yol getdikdən sonra yenə soruşdu:
 - Ey Nafi, eşidirsənmi?
- Bəli eşidirəm. Üçüncü dəfə ibn Ömər soruşanda Nafi deyir:
 - Xeyir, artıq eşitmirəm. İbn Ömər barmaqlarını qulaqlarından çıxarıb mənə dedi ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər idik. O da bu səsi eşitdi və mənim etdiyim kimi etdi. Bu hədis ən böyük dəlillərdən biridir.
  İmam Qurtubi bu hədisi zikr etdikdən sonra deyir ki, bu tütək səsi kimi musiqi səsi peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında idi, gör indi bizim zamanda hansı alətlər çıxıb. Müasir elm əhli isə belə deyirlər, baxın görün bu gün musiqi alətərinin haramlığı və böyüklüyü nə dərəcədədir.
  Başqa bir hədis Səhih Buxaridə keçir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: “ Mənim ümmətimdən insanlar olacaq, o insanlar ki, onlar zinanı, ipəyi, içkini və musiqini və musiqi alətlərini halal edəcəklər”. Necə ki, doğrudan da bir bu gün bəzilərindən bu sözləri eşidirik. İbn Həsən  Fəthul-Baridə bu hədisin şərhində deyir ki: “Musiqi (məazis) sözü əyləncə və musiqi alətləridir”. İmam Zəhəbi məazis sözünü şərh edəndə deyir ki, bütün nağara alətləri və nəfəs alətləri hamısı bu məazis hökmündədir.
Bəxtiyar Turabovun “Musiqinin Hökmü” adlı dərsindən istifadə edilmişdir.
Hazırladı: Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi).
Kompyuter tərtibatı: Elsevər ŞAHBAZOV.

5 yorum:

  1. sizin bu movzuya toxunmaginiz cox yaxsi oldu, beleki bezi ozune selefi deyenlerede bunu anlatmaq isteyende usyan edib deyir:musiqisiz heyatmi var?!.

    YanıtlaSil
  2. salam aleykum. men musiqinin haram oldugunu bile-bile ondan uzaq dura bilmirem.Mene bu veziyyetden cixis yolu gosterin,en azi REBBIMIZE menim ve menim kimiler ucun dua edin.ALLAH sizden razi olsun.ALLAH menim ve cumle musalmanlarin gunahlarini bagislasin.AMIN.

    YanıtlaSil
  3. Allah razi olsun.
    yolda ve yaxud bawqa yerde istemeden ewitdiyimiz musiqi de haram qebul edilirmi?

    YanıtlaSil
  4. Aleykum Salam va rahmatullah! Dualara Amin! Esasen hemise calisin telefonlerinizda, evinizde, avtomobilinizde ancaq faydali dersleri, Qurani Kerimi dinleyesiniz. ozunuz da dua edib Allahdan isteyin ki, siizi halal sesler esitmeye yoneltsin! Eger avtobusda, yolda, hardasa olanda siz de istemeden, qelben meyliniz olmadan bele musiqi esidersinizse size gunah olmaz. Allah Resulu sellellahu aleyhi ve sellem bele halda qulaqlarini tutardi.Allah daha duuznu bilir.

    YanıtlaSil
  5. Amin Amin Amin
    Allahumə salli alə Muhammadin və alə ali Muhəmməd.

    YanıtlaSil