09 Ocak 2012

:: KİŞİNİN EVİNƏ GEC GƏLMƏSİ ::


Əhməd ibn Hənbəl və Əbu Davud, Cabir b. Abdullah`ın belə buyurduğunu rəvayət edirlər: "Rəsulullah (عليه الصلاة والسلام) kişinin evinə, ailəsinin yanına gecə gəlməsini bəyənməmişdir.." (Əhməd`in rəvayətindəki ləfz isə, belədir: "..Rəsulullah (عليه الصلاة والسلام) kişinin evinə gecə vaxtı gəlməsini nəhy etmişdir..") Başqa bir rəvayət isə, belədir: "..Sizdən birinizin (evindən) ayrılığı uzun çəkərsə, gecə vaxtı ailəsinə (evinə) getməsin.." (1)


Həmçinin, Əhməd, Sa`d b. Əbi Vaqqas`dan belə rəvayət edir:
"Şübhəsiz ki, Rəsulullah (عليه الصلاة والسلام) evindən uzun müddət ayrılan kimsənin Məğrib namazı vaxtından sonra evinə dönməsini nəhy etmişdir.."

BU HƏDİSLƏRİN SƏBƏBİ (2):

Abdur-Razzəq İbn Cüreyc`dən, o da Muhəmməd ibn İbrahim ət-Təmimi`dən belə rəvayət edir:

"Bir gün İbn Ravaha evinə çox gec qayıtdıəlində qılınc var idi. Birdən evində işıq yandığını gördü, şübhəyə düşdü və pəncərəyə qalxıb içəri baxdı.. Bir də nə görsün.. xanımı yataqda yanı üzərinə uzanmış, saçları dağınıq bir insanla yatırdı. Əvvəlcə xanımını döyməyə niyyətlən, sonra özünü cilovladı, xanımına səsləndi, o da oyandı və belə dedi:
"..üzünü çevir və gizlən!.."

İbn Ravahə: "vay sənin halına! Bu yanındakı kimdir?" - dedi.
Xanımı: " - Bu bacımdır. Gecə saçlarını yudu və yanımda qaldı.." deyə cavab verdi..

Bu hadisə Rəsulullah`a gəlib çatdıqda, O (عليه الصلاة والسلام) gecə yoldan gələnlərin xanımlarının yanına gəlməsini nəhy etdi..
Günlərin bir günü iki səhabə eynilə bu hərəkəti təkrar etdilər.. Evlərinə gəldikdə xanımlarının yanında birisini görərək şübhəyə düşdülər.. Bu hadisə Peyğəmbərə çatdıqda belə buyurdu:
"Mən sizi gecə səfərdən dönərkən xanımlarınızın yanına  getməkdən çəkindirmədimmi?!"

Bununla yanaşı, Əhməd başqa bir səbəbi də, Əbu Sələmə tariqilə Abdullah ibn Ravahadən rəvayət etmişdir: "O, gecə bir səfərdən qayıdarkən evinə gedir.. Evinə çatdığı zaman birdən işığın yandığını və xanımıyla birlikdə birinin olduğunu gördü, qılıncını çəkdi.. Xanımı (vəziyyəti görüncə) dedi ki: "- Çəkil, o saçlarımı darayan filan qadındır.."

İbn Ravahə, bu hadisəni Peyğəmbərə xəbər verdikdə, Rasul (عليه الصلاة والسلام) belə buyurdu:
"..Səfərdən qayıdanların, gecə vaxtı ailəsinin yanına getməsi qadağandır.."

Sonda toxunmaq yerinə düşər ki, bu hal 14 əsr bundan əvvəl baş vermişdir.. O dönəmdə texnika (məs, telefon və s.) inkişaf etmədiyi üçün, kimin evə gələcəyindən ailənin xəbəri olmurdu və beləliklə bu cür hadisələr baş verir, anlaşılmamazlıqdan dolayı fitnə çıxır, bəzən də ailə "evə gələn kimdir" - deyə qorxuya düşürdü.. Lakin, indiki dövrdə telefon və s. buna bənzər xəbərdarlıq vasitələri olduğu üçün, bu hədis bütün hallara şamil edilmir, yalnız xəbər vermədən səfərdən dönənlərə aid edilə bilər.. (məsələnin geniş təhlili üçün aşağıdakı notlara diqqət yetir!) Daha doğrusunu Allah bilir..





_________________________________________________

(1) -  Birinci hədisin ləfzi Əhmədə aiddir. (3/299).
Əbu Davud, "Kitəbu'l-Cihəd" (2/81),
Buxari, "Kitəbun-Nikəh" (7/50),
Əhməd, "Musnəd" (2/299).

"Başqa bir rəvayət isə, belədir:" -  şəklindəki hədis Buxarinin ləfzidir. Həmçinin bax:
Əhməd, "Musnəd" (3/335, 395, 399),
Tirmizi, "Əbvabu'l-İstizən" (4/166),
Muslim, "Kitəbu'l-İməra" (4/587),
Abdur-Razzəq, "Musannəf"-də (7/495) Abdurrahmən ibn Hərmələnin belə dediyini rəvayət edir: "Rasulullah (), bir səhabəyə: "qadınlarınızın yanına gecə getməyin" - deyə əmr etdi." (Ravi) deyir ki: "İki nəfər bu mövzuda tələsik davrandılar.. Qadınlarının yanına getdilər onların yanında başqa bir adam gördülər.. Bu vəziyyət Rasulullah`a (عليه الصلاة والسلام) verilincə: "gecə vaxtı qadınlarınızın yanına dönməkdən nəhy etmədimmi?" - deyə buyurdu.


(2) - Abdur-Razzəq, "əl-Musannəf" (7/496).
İkinci hədis:
Ləfz Əhmədə aiddir (3/451)

Bu hədisdə zikr edilən səbəb əvvəlki səbəbə görə, daha güclüdür.
Peyğəmbərin səfərdən qayıdan birisinin gecə evə dönməsini nəhy etməsinin səbəbi, zənn edilməsin ki, günahkarı qorumağa və onun cgünahını gizlətmək məqsədlidir. Bunu belə izah edə bilərik:
Şəriət hər nə qədər bəzi mövzularda sətr (günahın üstünü örtməyə) təşviq etmişsə də, buradakı sətr, gecə gələn yolçunun haqqına riayəti təmin etmək üçündür. Necə ki, Buxarinin rəvayət etdiyi bir hədisdən də, aydın olduğuna görə səfərdən gələn kimsənin xanımı özü üçün daransın, təmizlənsin deyə, gecə getməsi nəhy edilmişdir.. Yoxsa günahı ifşa etmək üçün evə getmək nəhy edilməmişdir. (Buxari, "Kitabun-Nikəh", "Bəbu Taləbi'l-Valəd" 7/50).

Səfərdən dönən insanın, bütün arzusu ailəsini görməkdir..  Qadınlar əgər xəyanət əhlindəndirlərsə onların bu vəziyyəti uzun müddət gizli qalmaz. Əgər xəyanət əhlindən deyillərsə, sevgi bə məhəbbətlərini artırmaq üçün bəzənmələri lazımdır.
"Fəthu'l-Bəri" sahibi İbn Həcər belə buyuur:

"Nəhyin, uzun müddət ayrılma qeyd altına alınması, bu işin səbəbinin özü olduğuna dəlalət edir. Əks halda hökm - illətinə görədir. İllət varsa, hökm də, var, illət yoxdursa, hökm də, yoxdur. Əgər səbəb - uzun müddətlik ayrı qalmaq`dırsa, bu halda gecə evə getmək nəhy edilmişdir. Əks halda nəyh`dən (qadağadan) danışıla bilməz. Məsələn, bir ehtiyacı üçün gündüz evindən ayrılan, gecə evinə dönə bilər. Bu hökm, onun üçün deyil.." (Ətraflı məlumat üçün bax: "Fəthu'l-Bəri" 9/340).

"Səhih Muslim"in şərhində də, bu mövzuya toxunulmuşdur:
"Aynlığı qısa müddət çəkən insanın, gecə evinə dönməsində bir problem yoxdur. Necə ki rəvayətlərin birində belə buyurulur:
"Bir insanın səfəri uzun çəkib, böyük bir karvanla, yaxud əsgər və buna bənzər bir topluluq ilə geri döndüyünün xəbəri ətrafa yayılarsa və geri qayıtdıqları, hər kəs tərəfindən aydın olsa, qadın öz ərinin də, onlarla döndüyünü bilərsə, belə halda kişinin dilədiyi zaman evinə dönməsində bir problem yoxdur. Çünki nəhyin səbəbi ortadan qalxmışdır. Başqa bir hədis toxunduğumuz mövzuya aydınlıq gətirir: "Xanımlann daranması və təmizlənmələri üçün (onlara) zaman verin.." (İmam ən-Nəvəvi, "Şərhu`l-Muslim" 4/588)






Tərtib və tərcümə: Ayxan Yaquboğlu (dekabr 2011)

1 yorum: