"...Yuxu..."
10 Muhərram 1433 - 05 December 2O11
Diri meyyitdi, o an ki olur İnsan yuxuda,
Yuxu əslən Ölümün qardaşıdır dərk eləsən,
Görünür sadəcə çox şey Sənə əlvan yuxuda.
Ölümü inkar edən kəslərə heyran qalıram,
Verilirmi belə insanlara imkan yuxuda..?!
Önümüzdə uzanıb yatmış olan insanı biz,
Bilmirik ki, bürüyüb hansı güzəran yuxuda.
Onu sakit görürəm, gözləri bağlı, dili lal.
Demə işgəncə çəkirmiş baxdığım an yuxuda.
Nə qədər mömin olan bəndəyə nemət edərək,
Yerini Rəbbim edim gülü-gülüstan yuxuda.
Sənə Şamil, yuxunu təlqin edən Rəbbinə dön.
Yoxsaki yurdun olar qap-qara zindan yuxuda.
[ sheyx shamil abdul-jaleel ]
------------------------------ ------------------------------ -------------------
P.S :
I - Müəllifdən icazəsiz şeirin paylaşılmasına HALALLIQ verilmir...!
II - Müəllifin adı və yuxarıdakı şərtin bildirilməsi ilə paylaşmağda HALALLIQ var.
Hiç yorum yok:
Yorum Gönder