04 Aralık 2011

"..Tövbə ilə Rəbbinə dön.."


09 Muherram 1433 - 04 December 2O11

Nə qədər sağdı canın, tövbə ilə Rəbbinə dön,
Sora olmaz amanın, tövbə ilə Rəbbinə dön.

Elə bilmə sənə qıymaz Yaradan haqq ölümü,
Daha azdır zamanın, tövbə ilə Rəbbinə dön.

Elə zənn etmə ibadət varını məhv eləyər.
Qəti səhvdir gümanın, tövbə ilə Rəbbinə dön.

Nə qədər fəlsəfəyə meyl edəcək gənclərimiz..?
Səni gözlər Quranın, tövbə ilə Rəbbinə dön.

Namazı qılmaq ilə sanma - işim bitdi demək, 
Hələ naqis İmanın, tövbə ilə Rəbbinə dön.

Bilirəm yaxşı əməl sahibisən, ama yenə,
Nə qədər var yamanın, tövbə ilə Rəbbinə dön.

Hələ Şamil özünü çək hesaba. İndiyədək,
Daha çoxdur ziyanın. Tövbə elə Rəbbinə dön.

[ sheyx shamil abdul-jaleel ]

Hiç yorum yok:

Yorum Gönder