17 Aralık 2011

"..Tövbə elə.."


Çalış hər bir günaha tövbə elə,
Qoyma qalsın sabaha, tövbə elə.

Demə şeytan məni yoldan çıxarır,
Haqqa gəl bəsdi daha, tövbə elə.

İşdi gördün ki gəlir vəsvəsələr,
Tez tüpür sol cinaha tövbə elə.

Tövbə etsən səni Rəbbin qoruyar,
Nə gərək var izaha, tövbə elə..!

O İlah ki səni yoxdan yaradıb,
Sən də O tək İlaha tövbə elə.

Nə qədər ki sənə fürsət verilib,
Alnı qoy səcdəgaha tövbə elə.

Osman öz nəfsivə zülm etmə belə,
Haydı, güc gəl tamaha tövbə elə.

[ Imza - Osman Khalilov ]

Hiç yorum yok:

Yorum Gönder