12 Kasım 2011

Sünnət - Nuhun (aleyhissələm) gəmisi kimidir.


İmam Məlik (rahiməhullah) buyurur:

- Sünnət - Nuhun (aleyhissələm) gəmisi kimidir: minən qurtular, arxada qalan isə həlak olar. Budur haqq! Çünki Nuhun (aleyhissələm) gəmisinə Peyğəmbəri təsdiq edən və ona tabe olanlar minmişdilər. Gəmiyə minməyənlər isə Peyğəmbəri yalan sayanlar idi. 
Sünnətə tabe olmaq- Allah qatından gələn risalətə tabe olmaqdır. Yəni, risalətə tabe olan, Nuhla (aleyhissələm) birlikdə gəmiyə minən kimsənin misalındadır. Risalətə tabe olmayan kimsə də, Nuha (aleyhissələm) tabe olmayan və onunla birlikdə gəmiyə minməyən kimsə misalındadır.

[ Məcmu'ul Fətəva, 4/137 ]

_________
əz-Zubeyr

Hiç yorum yok:

Yorum Gönder