İbn Məsud`dan (radıyallahu təalə anhu) hikmətli sözlər:
- Sözlərin ən doğrusu - Allahın kitabıdır.
- Ən möhkəm düyün - təqva kəlməsidir.
- Ən xeyirli din - İbrahim`in (əleyhissəlam) dinidir.
- Ən gözəl sunnə - Rasulullah`ın (səlləllahu aleyhi və səlləm) Sunnəsidir.
- Ən gözəl yol - peyğəmbərlərin yoludur.
- Sözlərin ən şərəflisi - Allahı zikr etməkdir.
- Ən xeyirli hekayə - Qurandır.
- Bütün işlərin ən xeyirlisi - dindən olanlardır, bütün işlərin ən pisi isə - dinə sonradan əlavə olunanlardır (bidətlər).
- Az olub kifayət olan - çox olub, işə yaramayan şeydən daha xeyirlidir.
- Nəfsin xilas olması - xeyirsiz nəfsi istəklərdən daha xeyirlidir.
- Üzrlərin ən şərlisi - ölüm anında edilən üzrdür.
- Peşmanlığın ən pisi - Qiyamət günü olan peşmanlıqdır.
- Zəlalətin ən şərlisi - hidayətdən sonra olan zəlalətdir.
- Zənginliyin ən xeyirlisi - könül zənginliyidir.
- Azuqənin ən xeyirlisi - təqvadır.
- Qəlbdə olan ən xeyirli şey - yəqindir.
- Şübhə isə - küfrdəndir.
- Ən şərli korluq - qəlbin korluğudur.
- İçki - bütün şərlərin anasıdır.
- Azğın qadınlar - şeytanın ipləridir.
- Pis gənclik - dəliliyin bir şöbəsidir.
- Ölülərə həddindən artıq ağı demək - cahillikdəndir..
İbn`ul Qeyyimin “əl-Fəvaid” kitabından faydalandım.
Ayxan Məmmədəlioğlu...
Hiç yorum yok:
Yorum Gönder