23 Ekim 2011

ALLAH`ın RƏSULUNU (صلى الله عليه و سلم) SEVİRİKMİ?


:::ALLAH`ın RƏSULUNU (صلى الله عليه و سلم) SEVİRİKMİ?:::
:::SEVDİYİMİZİ İDDİA EDİRİKSƏ, BU *6 ƏLAMƏT* BİZDƏ MÜTLƏQ OLMALIDIR:::


...


...Sələf`dən (bizdən öncəkilərdən) bəziləri belə demişdir:

Uca Allah (سبحانه تعالى) Peyğəmbərimizi (صلى الله عليه وآله وسلم) sevməyi fərz/vacib etmişdir... Bu vacibiyyət yalnız müsəlmanlara xasdır... Müsəlman bir şəxs isə, Allah`ın Rəsulunu sevdiyini iddia edirsə, bu 6 əlamət həmin insanda mütləq olmalıdır... Bu 6 əlamətlər bunlardır:


1|.. Tam olaraq Onun (عليهم الصلاة والسلام) getdiyi yol ilə getmək... Çünki, Peyğəmbərimizin yolundan başqa bütün yollar batildir:

إنّ الّذين كفروا وصدّوا عن سبيل اللّه وشاقّوا الرّسول من بعد ما تبين لهم الهدىٰ لن يضرّوا اللّه شيئًا وسيحبط أعمالهم

Şübhəsizki, kafir olanlar, (insanları) Allah yolundan azdıranlar və HİDAYƏT YOLUNU TANIDIQDAN SONRA Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər... (Allah) onların bütün əməllərini PUÇA ÇIXARACAQDIR...
(Muhəmməd surəsi, 47-ci ayə)

2|.. Onu (عليهم الصلاة والسلام) görməyi çox arzulamaq...
Səhabələr Allah`ın Rəsulunu az bir müddət görməyincə, halları pis olur, sıxılırdılar... İnsan`ın ən çox düşündüyü/arzuladığı şeyi həqiqətdə görməsi bəzən mümkün olmasa da, ən azından yuxusunda görməsi mümkündür... (hətta, psixoloqlar da, bunu təsdiq edirlər. İnsanın çox düşündüyü şey, onun yuxusuna gələr.) 

İNDİ SİZƏ SUAL VERİRƏM: HANSI BİRİNİZ ALLAH`IN RƏSULUNU YUXUSUNDA GÖRMÜŞDÜR?..


3|.. Quran oxumaq...
Necəki, İbn Məs`ud buyurur:
"Kim ALLAH (عز وجل) və RƏSULUN`u (عليهم الصلاة والسلام) sevib-sevmədiyini bilmək istəyirsə, o zaman (hansı səviyyədə/gözəllikdə) QURAN oxuduğuna baxsın.."


4|.. Peyğəmbərimizin sevdiyi kəsləri sevib, nifrət etdiklərinə nifrət etmək...


5|.. Allah`ın Rəsuluna sevgidə ifrata varmamaq...
Necəki, Peyğəmbərimiz (صلى الله عليه و سلم) buyurur:
"Məni xristianların Məryəm oğlunu ilahlaşdırdıqları kimi kimi ilahlaşdırmayın... Sözsüz ki, mən qulam... Elə isə mənə - Allah`ın qulu və elçisi deyin.."
(Hədisi İmam Buxari rəvayət etmişdir. Səhihdir.)


6|.. Dində olmayan, sonradan əlavə olunmuş yeniliklərdən/BİDƏT`lərdən uzaq olmaq...
Necəki, Peyğəmbərimiz Vida Həccində buyurdu:

وكل بدعه ضلله وكل ضلله في النار
"Hər bir yenilik/bidət zəlalətdir və hər bir zəlalət OD`dadır.."





. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
Uca Allah (جل و جلاله) bizləri Hz. Muhəmməd Mustafa`nı (صلى الله عليه وآله وسلم) həqiqi sevənlərdən və Qiyamət günü Onun hovuzu ətrafında olanlardan etsin!...

Hazırladı: Ayxan Məmmədəlioğlu

Hiç yorum yok:

Yorum Gönder