15 Ekim 2011

50 SƏHABƏ SAVABI QAZANMAQ İSTƏYƏN VARMI?

Peyğəmbərimiz (صلى الله عليه وآله وسلم) belə buyurdu:


" ...İrəlidə çox çətin günlər gələcək... Səbr etməli olacağınız bir dönəmə baş vuracaqsınız... Həmin (çətin) günlərdə Mənim SUNNƏ`mə (Şərətimə) sarılan hər bir kəs 50 İNSAN`ın savabını qazanacaqdır... "



Səhabələrdən bəziləri dedilər:

- Onlardan 50 İNSAN`ın?.. [ yəni, həmin dövrün 50 insanının (səhabələr fəzilət baxımından daha üstün olduğundan, onlardan 50 insanın savabı daha üstündür), yoxsa, gələcək dövrdə olacaq müsəlmanlardan 50 nəfərin savabını qazanacaq? (sıravi bir müsəlmanla səhabənin fəziləti, yuxarıda qeyd etdiyimiz kimi fərqlidir).. ]


Peyğəmbərimiz (صلى الله عليه وآله وسلم) buyurdu:


" ...Əksinə, sizlərdən 50 İNSAN`ın SAVABINI QAZANACAQ... "



_______________________________________________________
4341 - أبي داود
Əbu Davud (4341) [ həmç. bax: Şeyx Albani "əs-Sahihə" (no-494) ]

Hazırladı: Ayxan Məmmədəlioğlu

Hiç yorum yok:

Yorum Gönder