17 Eylül 2011

Firqələrə


Firqələrə

Bu qədər yol çıxarıb ümməti avarə qoyan,
Görməzmi qövmi-Sələfdə olan işarələri!?
Biri “hu...” kəşf eləyib, işbu əməldən nə qanır,
Elə bil ki, tapacaq “hu...” ilə tüm çarələri.[1]
Biri də tazə şəriətlə qanır öz babını....
Rəsulun inkarıdır “başayaq” ibarələri.[2]

Biri də bircə ilahı hələ qəbul eləmir,
Özünə yoldaş edibdir o üzü qarələri.[3]
Biri də təkfir edir qardaşının hər əməlin,
Çıxara çünki, gərək qəlbimizə yarələri.
Yeni bir azəri peyğəmbəri[4] peyda olunub,
Ümməti-Mustafa ilə yoxdur heç arələri.
Biri də Cənnəti dünyayə gətirmək diləyir,
Qapılar gəzmədə qalmış o Rus avarələri[5].
Təzə bir xəbər deyir “İblis enib yer üzünə,”
Yəqin, o əmr eləyib restoran icarələri.[6]
Hələ var dağla ilahı qarışıq salmış adam,
Balaca bir nəzir ilə qurub idarələri.[7]
Yüzümü bilməyirəm, əllisimi Mehdi çıxıb?[8]
Barəsindən danışan bilməli dübarələri.
Çoxu da bir bu qədər zadları gözardı edir,
Məscidlə yox arası, xoşlamır minarələri.[9]
İlişir tövhidi minhəc eləyən bəndələrə,
Pisləyir məzluma dönmüş belə biçarələri.
Elə məzlum ki, duası neçə zalımlar üçün,
Qəm çıxardar, kömək etməz daha zərxarələri.[10]
Biləsən, haqqı tapan geniş hüzura qərq olar,
Çıxarar zəkası ilə neçə fəvvarələri![11]........
Yaşadıqca görünən dəhrə fikir ver necədir,
Hələ çox göstərəcəkdir bizə dünya nələri!..

8 fevral. 2010.





________________________________________
[1] Sufilərə.
[2] Bəhailərə.
[3] Rafizilərə
[4] Ələskər Kəzzabi.
[5] Yeqova Şahidləri sektası.
[6] Yenə Yeqovalardan söhbət gedir.
[7] “Lə iləhə illallah”ın mənasını bilməyən, Zəncirvuran məşədilər.
[8] Bəhailərin dəvətlərində Mehdi adından istifadə etmələri nəzərdə tutulur.
[9] Namərdcəsinə böhtan atıb möminləri pisləyənlərdən söhbət gedir. Yəni əsil təhlükə onların möminlərin yolunu bilmədən möminlərə düşmən olmalarıyla Allahın düşmənliyini qazanmalarından...
[10] Dünya naz-nemətləri.
[11] Yəni haqqı tapanın başı yaxşı işləyər. Dünyasını və axirətini qazanmağın yolunu da bilər.

Sahib Əsədov

Hiç yorum yok:

Yorum Gönder