11 Eylül 2011

Evlərinizdə qərar tutun! (Əhzab surəsi, 33)


Allah (subhənəhu və təalə) bu əmri müsəlman qadınlara etmişdir. Və bununla da onların maddi cəhətdən təmin edilməsini atasının və ərinin üzərinə buraxmışdır. Bu o deməkdir ki, müsəlman qadın zərurət olmadığı halda evindən kənardan işləməməlidir. 

XX əsrdə ikinci dünya müharibəsindən sonra müharibənin dağıntılarını aradan qaldırmaq üçün vəziyyətin çıxılmaz olduğu bir vaxtda kişilərin sayında olan çatışmamazlığın yerini doldurmaq üçün dünya ölkələri qadınların işləməsinə ehtiyac duyulduğunu bildirdilər. Bu zaman qadını, sonra da cəmiyyəti əxlaqsızlaşdırmaq və korlamaq məqsədilə hazırlanmış “Qadın azadlığı” adlı yəhudi planı get-gedə inkişaf etməyə başladı. Nəticədə də qadının cəmiyyət içində fəaliyyət göstərməsi məsələsi birdən-birə ortaya çıxdı. Bu plan nəticəsində iş elə həddə çatmışdır ki, ilk olaraq qadının təhsil alması üçün xaricə göndərilməsi, sonra isə bu diplomların hədər getməməsi üçün onların işlə təmin olunması tələbləri səslənilməyə başlanmışdır. 

Lakin müsəlman qadınların belə geniş miqyasda işləməsinə ehtiyac yoxdur. Çünki qadınlar üçün davamlı iş yerlərinin açılmasına baxmayaraq işsiz kişi kütlələrinin olması bu ehtiyacın olmamasını göstərən amillərdəndir.

Onun üçün müsəlman qadın Allahın (subhənəhu və təalə) bu ayəsindəki əmrə riayət etməlidir:
- Evlərinizdə qərar tutun! (Əhzab surəsi, 33)

Lakin zərurət halda qadın evini tərk edə bilər. Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:
- Ehtiyac duyduğunuz hallarda evdən bayıra çıxmanıza icazə verildi. (Buxari, Muslim)

Həqiqətən, qadının işləməsi üçün zərurət ola bilər. Yəni qadının əri öldükdən, atası yaşa dolduqdan və ya buna bənzər hadisələrdən sonra ailənin yükü onun üzərinə düşür və onun işləməsi zərurətə çevrilir. 

Zərurər olmadığı halda evindən kənarda işləyən- bacım, dünya malı səni haqq yoldan sapdırmasın. Allahdan qorx və Onun əmrinə itaət et. 
_________
əz-Zubeyr

Hiç yorum yok:

Yorum Gönder