Dua qədəri və əvvəlcədə qədərdə yazılı olan bir şeyi dəyişmir. Qədər iki cürdür. Biri dəyişməz qədər, yəni qismət, alın yazısı, nəsib olan, burada dəyişmə yoxdur. İkincisi dəyişən qədər, yəni müvəqqəti qədər, məchul olan, aqibəti bəlli olmayan qədər. Buna nədənsə asılı olan qədər də demək olar. Həmçinin bunu bilmək lazımdır ki, Allah bu qədərləri dəf edən səbəblər qoymuşdur. Buna misal olaraq: dua, sədəqə, dərmanlar, maşına minərkən ehtiyat kəmərini bağlamaq və s. Bunların hamısı Allahın qəza və qədərindəndir, hətta acizlik və gözüaçıqlıq. Bəzən qədər dua etməklə dəyişə bilir, bu məhz qədərin ikinci növünə aid olan qədər, dəyişən qədər, məchul qədər, aqibəti sənin əməllərindən asılı olan qədərdir. Artıq Allah təalaya tövbə edib bağşlanmaq istəmək, namaz qılmaq, oruc tutmaq, buna bənzər saleh əməllər etməklə uca Allah insanı yüksəldir, çünki insanın etdiyi yaxşı əməllər Allaha yüksəlir, bu əməllərdən uca Allah razı qalır və insanın dərəcəsini yüksəldir. Onun qədərini xeyirə doğru dəyişir. Dua etmək də insanın qədərində müəyyən qədər rol oynayır. Qədərin dəyişməsi ilə bağlı bir hədis gəlmişdir. Həmin hədisdən də belə nəticəyə gəlmək olar ki, əgər qədərində hansısa dəyişə biləcək bir bəla varsa dua etməyin bəla gəlməzdən əvvəl ondan qorunmaq üçün ən böyük səbəbdir. Sövbən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Qədəri yalnız dua dəyişir” (Sunənu İbn Macəh, hədis 90, Musnədu Əhməd 5/277. Albani hədisin «Səhih» olduğunu bəyan etmişdir). Bu hədis dua etməyin qədərinə müəyyən qədər təsir etməsinə işarədir. Ən düzünü bilən Allahdır.
Hazırladı: Əkrəm Həsənov (İlahiyyatçı, elmi işçi)
Hiç yorum yok:
Yorum Gönder