ƏBU HƏNİFƏN'İN GÖRÜŞÜ:
“Allah rəsulu’nun səhabələrini yalnız xeyirlə yad edərik (övərik)”
...
“Allah rəsulu’nun səhabələrin’in heç birindən üz çevirmərik, heç birini digərinə qarşı qoymarıq”
( əl-Fikhu’l Əsbat səh / 40)
“Onlardan Allah rəsulu ilə bir saat bərəbər olan bir kimsənin dərəcəsi bizlərdən hər birinin ömür boyu işləmiş olduğu bütün əməllərdən daha xeyirlidir”
( Mənəkibu Əbu Hənifə səh / 76)
“Allah Rəsulu’ndan sonra bu ümmətin ən xeyirlilərinin Əbu Bəkr, Ömər, Osman və Əli olduğuna şəhadət edirik”
( Vəsiyət Şərhi səh / 14 )
“Allah Rəsulundan sonra insanların ən fəzilətlilərinin Əbu Bəkr, Ömər, Osman və Əli ibn əbu Talib olduğuna inanırıq.Digərlərini də gözəlliklə anırıq”
( ən-Nur əl-Lami səh / 119)
• İMAM MALİK’İN GÖRÜŞÜ :
“Əbu Nuaym, Abdullah əl-Ənbəri’dən rəvayət edir ki,Malik ibn Ənəs deyib ki : “hər kim Allah Rəsulunun səhabələrindən birini küçümsər və ya qəlbində onlara qarşı bir kin duyarsa, o kimse üçün müsəlmanların əlinə keçən xeyirdən heçbir pay yoxdur. Sonra isə bu ayələni oxudu : “(Səhabələrdən) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (Həşr-10)
( əl-Hilyə c:6 səh / 327)
“Əbu Nuaym əz-Zubeyr’in oğullarından birindən rəvayət edilir ki,Biz Malik’in yanında idik.Allah Rəsulunun səhabələrindən bəzilərini küçümsəyən onlara dil uzadan birindən söz etdilər. İmam Malik bu ayəni oxudu : “Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər.” (48.29) Daha sonra İmam Malik belə dedi : “Qəlbində Allah Rəsulunun əshabından hər hansısa birinə kin bəsləyərək sabahlayan kimsəyə ayətin hökmü isabət etmişdir”
( əl-Hilyə c:6 səh / 327 )
-Qadı İyad, Əşhəb ibn Əbdüləziz’dən nəql edir,biz Malik’in yanında otururduq. Bir də baxdım ki Rafizilərdən bir adam onun yanına gəldi.
Adam : “Ey Abdullah’ın atası ! dedi. Malik səsin gəldiyi yönə döndü. Biri onu çağırdığında adətən başını çevirərək ona baxardı. Adam ona dedi ki “ Mən seni özüm ilə Allah arasında hüccət qılmaq istəyirəm. Sabah O’nun (Allahın) hüzüruna çıxdığımda bunu mənə Malik söylədi deyəcəyəm” dedi.
İmam Malik də o adama : “Danış dedi”
Adam : “Allah Rəsulundan sonra insanların ən xeyirlisi kimdir ?” dedi.
Malik : “Əbu Bəkirdir dedi sonra Ömərdir, dedi.
Rafizi: “daha sonra kimdir?” dedi.
Malik: “məzlum olaraq öldürülən Osmandır”dedi.
Rafizi : “Vallahi əsla səninlə bir məclisdə oturmayacağam” dedi.
İmam Malik də : “Sən bilərsən (özün bilərsən)” deyə cavab verdi
(Tərtibu’l Mədarik c:2 səh / 44-45 )
• İMAM ŞAFİİN’İN GÖRÜŞÜ :
Beyhəqi İmam Şafii’dən rəvayət edir : “Allah Subhənu və Təalə, Rəsuluna tabe olan əshabı Quran, Tövrat və İncil’də tərifləmişdir.Onlardan sonra da bu şərəfə nail olacaq heçbir kimsə olmayacaqdır. Bundan dolayı Allah onlara rəhmət etmiş, onları sıddıqların, şəhidlərin və salehlərin mərtəbələrinə yüksəltmişdir”
( Mənəkibu-ş Şafii c:1- səh / 442 )
Yenə İmam Şafii’dən : “Allah Rəsulunun sünnəsini bizə onlar çatdırmışlar və vəhyin nazil olmasına şahid olmuşlar.Onlar Allah Rəsulunun,bizim bildiyimiz və bilmədiyimiz hər sünnəni bilirdilər. Onlar hər cür elm və içtihada,təqva və əxlaqda bizdən daha üstündürlər.Anladığımız və idrak edib içtihadla hökm çıxardığımız hər mövzuuda onların anlayış və idrakları bizə yol göstərmişdir. Bizim üçün onların görüşləri bizim öz görüşlərimizdən daha çox tərifə layiqdir.Doğrusunu isə Allah bilir”
( Mənəkibu-ş Şafii c:1 – səh / 442 )
Beyhəqi ər-Rabi ibn Suleyman’dan rəvayət edir ki : “Şafii’yi belə deyərkən gördüm: “Fəzilətdə öncə Əbu Bəkr, sonra Ömər, sonra Osman, sonra da Əli gəlir”
( Mənəkibu-ş Şafii c:1 – səh / 432 )
Haravi,Yusif ibn Yəhyə əl-Buveyti’dən rəvayət edir, Şafii’yə Rafizi İmamın arxasında namaz qılınarmı? deyə soruşdum. O “Xeyr” dedi.
Mən : “onları mənə tanıdsan deyə soruşduğumda bele cavab verdi : “Əbu Bəkir və Ömər imam deyildir deyən Rafizi’dir”
( Zəmmul kəlam k -213 )
• İMAM ƏHMƏD'İN GÖRÜŞÜ :
İmam Əhməd deyib ki : “ Allah Rəsulunun səhabələrinin hamsının xeyir əməllərini saymaq və buraxdıqları xətalarından söz etməmək, aralarında baş verənləri (fitnələri) pisləməmək də sünnədəndir .Allah Rəsulunun səhabələrinə dil uzadan kimsə bidətçi olub,pis və gobud bir Rafizi’dir.Allah onun nə nafiləsini nədə fərzini qəbul etməyəcəkdir”
(əs-Sünnə səh : 77/78 )
İmam Əhməd : “ Heçbir kimsənin onlardan sonra hər hansısa birisinin xətasını söyləyib onları pisləyib,azarlayıb əksik görməyə haqqı yoxtur. Kim belə edərsə,sultan’a onları cəzalandırmaq vacib olar.Belə kimsələri bağışlamaqda caiz deyildir”
(əs-Sünnə səh : 77/78 )
İmam Əhməd’in oğlu Abdullah rəvayət edir ki,atamadan imamlar haqqında soruşdum.Mənə : “Əbu Bəkir, Ömər, Osman və Əli dedi”
(əs-Sünnə səh : 235)
Abdullah rəvayət edir ki : “ Ataça Əli’nin xəlifə olmadığını söyləyənlər haqqında soruşdum. Dedi ki : “Bu çox pis və axmaq bir sözdür”
(əs-Sünnə səh : 235 )
___________________________
Çevirdi : Abduz-Zahir.
Hiç yorum yok:
Yorum Gönder