11 Ağustos 2011

ONLARIN BARƏSİNDƏ MÜMKÜN OLAN BİR ŞEYİ, ÖZÜNƏ MÜMKÜN SAYMAYANA ALLAH RƏHM ETMƏSİN!


Əbu Abdir-Rahmən Abdullah b. Muhamməd b. İshaq əl-Əzrami (رحمه
الله), bidət söz söyləyən və insanları da, öz bidətinə dəvət edən bir
nəfərə (1) belə dedi:
" - Allahın Elçisi, Əbu Bəkr, Ömər, Osman və Əli bunu bilirdi, yoxsa
bilmirdilər?.."
..Həmin adam cavab verir:
" - Onlar bilmirdilər..."
..Şeyx əl-Əzrami, soruşur:
"..Onların bilmədiyi bir şeyi sənmi bildin?.."
..Adam belə deyir:
" - Onda mən deyirəm ki - onlar bunu bilirdilər..."
..Sonra, əl-Əzrami belə deyir:
" - Bu barədə (həmin insanın söylədiyi söz/bidət haqda) danışmamaqları
və insanları buna dəvət etməməkləri onlar barəsində mümkündür, yoxsa
yox?.."
..Həmin adam:
" - Bəli, mümkündür..." - deyə cavab verir...
..Buna cavab olaraq Şeyx belə dedi:
" - Allahın Elçisi (صلى الله عليه وآله وسلم) və Xəlifələri (رضي الله
عنهم) barəsində mümkün olan şey, SƏNİN ÜÇÜN MÜMKÜN DEYİLDİRMİ?!.."
..Adam söz tapmayaraq, susdu... Onların hüzurunda olan xəlifə isə,
belə dedi:
" - ONLARIN BARƏSİNDƏ MÜMKÜN OLAN BİR ŞEYİ ÖZÜNƏ MÜMKÜN SAYMAYANA
ALLAH RƏHM ETMƏSİN!.." (2)
______________________________​________________________
(1) - Şeyxin münazərə etdiyi şəxsin adı (İbn Həcər`in “ət-Təhzib”-də
bildirdiyi kimi) - Əhməd bin Əbi Duad`dır… O, zamanında böyük qazi
işləmiş, İmam Əhməd`in duşməni olaraq tanınan Əbu Abdilləh Əhməd b.
Fərac b. Hariz əl-İyyədi əl-Basri əl-Bağdadi əl-Cəhmi`dir… Quranın
məxluq olduğunu soyləyir və insanları da, bunu söyləməyə məcbur
edirdi… əl-Mə’mun, əl-Mutəsim və əl-Vasiq kimi xəlifələrin yanında
xüsusi bir məqama sahib idi… Xəlifədən İmam Əhməd`i öldürməsini tələb
edirdi...
(daha ətraflı bax: “ət-Təhzib” , əs-Səyyar`ın “əl-Əlqab” adlı kitabı
və s.)
(2) – Bu, məşhur bir hekayədir.. Bir çox alim bunu öz kitabında qeyd
etmişdir... Bunlardan bəziləri:
İbn əl-Qeyyim əl-Cəwziyyə - “Mənaqibul-İmam Əhməd” [səh. 431-436]
Xatib - “Tarixu Bağdad” [10-cu / 75]
İbn Qudamə əl-Hənbəli - “ət-Təwwabin” [səh. 194]
əl-Əcurri - “əş-Şəria” [səh. 91-95]
İmam əz-Zəhəbi - “Sıyər Aləm`un-Nubələ” [11-ci / 313]
İbni Kəsir - “əl-Bidəyə wan-Nihəyə” [10-cu cild / 335]
Ayxan Məmmədəlioğlu

Hiç yorum yok:

Yorum Gönder