24 Temmuz 2011

‎'Yasini ölüləriniz üçün oxuyun!' hədisi...


Qurani-Kərimi hər hansı bir vəfat etmiş şəxsin bağışlanmasını, oxuyub savabının ona verilməsi və onun əzabının yüngülləşdirilməsi üçün oxumaq haqda səhih bir dəlil varid olmamışdır. 

Bəziləri Yasin surəsini ölülər üçün oxuyur və dəlil olaraq bu hədisi gətirirlər:

- 'Yasini ölüləriniz üçün oxuyun!' [1]

Bu hədisin keçdiyi mənbələrdə 'zəif' olduğu isbat edilmişdir. Zəif bir hədislə isə şəri hökm verilməz.

Şeyx Albani də (rahiməhullah) bu hədisin 'zəif' olduğunu söyləmişdir. [2]

Bu hədisin zəif olması rəyini qüvvətləndirən bir məsələ də Allahın (subhənəhu və təalə) Yasin surəsi 70-ci ayəsində buyurduğudur:

وما علمناه الشعر وما ينبغي له إن هو إلا ذكر وقرآن مبين 
لينذر من كان حيا ويحق القول على الكافرين

- Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki, diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin.
(Yasin surəsi, 69-70)

Başqa ayədə Allah (subhənəhu və təalə) buyurur:

إنك لا تسمع الموتى ولا تسمع الصم الدعاء إذا ولوا مدبرين

Sözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən.
(Nəml surəsi-80)

Həmçinin Peyğəmbər (sallAllahu aleyhi və səlləm) insan öldükdən sonra üş şey istisna olmaqla, onun əməl dəftərinin bağlanacağını bizə xəbər vermişdir:

حدثنا إسماعيل هو ابن جعفر عن العلاء عن أبيه عن أبي هريرة أن رسول الله قال: إذا مات الإنسان انقطع عنه عمله إلا من ثلاثة إلا من صدقة جارية أو علم ينتفع به أو ولد صالح يدعو له

- Bir insan öldüyü zaman onun əməli kəsilir. Yalnız üç şey istisnadır:
• Müntəzəm olaraq davam edən sədəqə
• Fayda əldə edilən elm
• Onun üçün saleh övladının etdiyi dua. [3]

___________
əz-Zubeyr

İstifadə etdiyim mənbə: "Şeyx Albani, Əhkəmul-Cənəiz və Bidə'uhə" kitabı.

[1]- Əbu Davud, əs-Sunən-Kitəbul Cənəiz-hədis 3121; İmam Əhməd, əl-Musnəd-Musnədul-Kufiyyin-hə​dis-20316, 20329; İbn Hibbən, əs-Sahih-Kitəbul Cənaiz-hədis 3002; Albani, əl-Cəmius-Sağir və Ziyədətuh-hədis 2997
[2]- Şeyx Albani, Əhkəmul-Cənəiz və Bidə'uhə, səh. 11
[3]- Muslim, əl-Cəmius-Sahih, Kitəbul Vasıyyə, hədis 1631; Əbu Davud, əs-Sunən, Kitəbul-Vəsayə, hədis 2880; ət-Tirmizi, əs-Sunən, əl-Əhkəm, hədis 1376; ən-Nəsai, əs-Sunən, Kitəbul-Vəsayə, hədis 3561; İmam Əhməd, əl-Musnəd, Musnədul-Muksirinə minəs-Sahəbəti, hədis 8831; əd-Darimi, əs-Sunən, əl-Muqaddimə, hədis 559; İbn Hibbən, əs-Sahih, Kitəbul-Cənaiz, hədis 3016

4 yorum:

  1. Əxi bunu götürdüm icazənlə

    YanıtlaSil
  2. Salam Aleykum, Əxi icazənlə bunu götürdüm.

    YanıtlaSil
  3. Məlumata görə təşəkkür edirəm.

    YanıtlaSil
  4. Aleykum Salam. Buyurun. Paylaşın. Allah teala her birimize faydalı elm bəxş etsin. Amin!

    YanıtlaSil