12 Temmuz 2011

Ənsarların fəzilətləri və üstünlükləri ( Allah onlardan razı olsun ).

Əbu Hureyra ( radıyallahu anhu) rəvayət edir ki: Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir : “Əgər ansar bir vadiyə və ya dərəyə üz tutsaydı,məndə ənsarın vadisinə gedərdim.Əgər hicrət olmasaydı,mən,əlbəttə ki,ənsardan olardım!” ( əl-Buxari,3779)

Bəra ( radıyallahu anhu) rəvayət edir ki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir : “Ənsarı yalnız mömin sevər və onlara yalnız münafiq nifrət edər.Kim onları sevsə,Allah onu sevər.Kim onlara nifrət etsə,Allah onlara nifrət edər!” ( əl-Buxari,3783)

Ənəs ( radıyallahu anhu ) demişdir ( Bir fəfə ) Peyğəmbər (sallallahu aleyhi və səlləm) ənsarlı qadınların və uşaqların toydan qayıtdığını gördü və ayağa qalxıb üç dəfə (onlara) dedi : “Ay Allah! Siz mənim ən çox sevdiyim insanlarsınız” ( əl-Buxari 3785)

Ənəs ibn Malik ( radıyallahu anhu) demişdir: Ənsarlardan olan bir qadın uşağı ilə birlikdə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldi.Peyğəmbər onunla danışdı və iki dəfə ona dedi : “Canım Əlində olan Allaha and olsun ki,siz,həqiqətən də, mənim ən çox sevdiyim insanlarsınız” (əl-Buxari,3786)

Əbu Humeyd (radıyallahu anhu) rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Ənsar evlərinin ən xeyirlisi Nəccar oğullarının evi,sonra Abduləşhəl oğullarının,sonra Haris oğullarının,sonrada Saidə oğullarının evləridir.Bununla belə ənsardan olan hər kəsin evi xeyirlidir.”(əl-Buxari3791)

Ənəs ibn Malik ( radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ənsara demişdir : Mən ( sizin aranızdan getdikdən ) sonra ( qənimətləri paylayan kəslərin digər insanları sizdən ) üstün tutacaqlarını görəcəksiniz.Mənə qovuşanadək səbr edin.Sizə vəd edilən yer hovuzumun başıdır.(əl-Buxari,3793)

Rəvayət edilir ki, Ənəs ibn Məlik ( radıyallahu anhu) demişdir : ( Bir dəfə ) Əbu Bəkr və Abbas ənsardan olan və bir yerə yığışıb ağlayan bir toplumun yanından keçərkən ( ikisindən biri onlardan ) soruşdu : “Sizi ağladan nədir?” Onlar dedilər : “Peyğəmbərlə keçirdiyimiz günlər yadımıza düşüb.”Sonra Abbas Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib bunu ona xəbər verdi.( Bunu eşidəndə ) Peyğəmbər başı bürüncəyin haşiyəsi ilə sarınmış halda (evdən ) bayıra çıxdı və gəlib minbərə qalxdı.(Peyğəmbər ) o gündən sonra bir daha minbərə qalxmadı.O Allaha həmd-səna edib təriflər dedikdən sonra buyurdu : “Mən sizə ənsara qayğı göstərməyi buyururam.Çünki onlar mənim can-ciyərim və sirdaşlarımdır.Onlar artıq öz borclarını yerinə yetirmişlər.Bundan sonra onları qazanacaqları mükafat gözləyir.Odur ki onların yaxşı işlərini qəbul edin və onların təqsirlərindən keçin!”( əl-Buxari,3799)

Zeyd ibn Arqam ( radıyallahu anhu) belə rəvayət edir : “Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur : “Allahım! Ənsarları, ənsarların övladlarını və ənsarların övladlarının övladlarını bağışla!” ( Səhih Muslim,53-cü fəsil 106-cı hədis )

Ənəs ibn Malik ( radıyallahu anhu) belə rəvayət edir : “Cərir ibn Abdullah əl-Bəcəli ilə səfər çıxdım.Mənə xidmət edirdi.Mən ona “Belə etmə!” deyə buyurduqda belə dedi : “Mən ənsarların Peyğəmbərə (sallallahu aleyhi və səlləm) bir şey etdiklərini görmüşəm.Onlardan biriylə yoldaşlıq etsəm,mütləq ona xidmət edəcəyimə and verdim.Başqa rəvayətdə isə belə deyilir : “Cərir Ənəsdən daha böyük idi.” (Səhih Muslim,55-ci fəsil,112-ci hədis )


Hazırladı : Abduz – Zahir Əhməd.

Hiç yorum yok:

Yorum Gönder