Namaz vaxtının girdiyinə baxmayaraq, Facebook da (chatda) əyləşən və işlərinə davam edən qardaşlarım!
Azan səsini eşidib, əhəmiyyət verməyən qardaşlarım!
Bu bilirsizmi nə deməkdir?
"Qalx ayağa, dəstəmaz al, gözəl libasını geyin və Rəbbinin görüşünə çıx, Rəbbin artıq səni gözləyir"- deyən birinə, "Hələ işim var, bacı ilə söhbətimi bitirməmişəm, qoy işimi bitirim gələrəm."- deməkdir!
Ey bu halları ilə özünü sələfi adlandıran qardaşlarım!
Sizmi sələfisiniz, yoxsa namaz vaxtı girdiyini eşidib, rəngi qaçan və titrəməyə başlayan Əli ibn Əbu Talib idimi?
Sizmi sələfisiniz, yoxsa müəzzinin "həyyə aləl fələh (nicat tapmağa tələsin)" sözlərini eşidib, iflic olmuş bədəni ilə, ayağı yerlə sürünə-sürünə, əlləri tələbələrinin çiynində namaza gedən Rabii ibn Huseym idimi?
Sizmi sələfisiniz, yoxsa döyüşdən yaralı halda qayıdıb məsciddə oturub, Rasulullahı (sallAllahu aleyhi və səlləm) gözləyən və Rasulullahın (sallAllahu aleyhi və səlləm) onların bu namaza bağlılığını görüb, göz yaşı axıtdığı səhabələr idimi?
Sizmi sələfisiniz, yoxsa azan səsini eşidib, bütün işlərini ataraq namaza qaçanlar idimi?
_________
əz-Zubeyr
Hiç yorum yok:
Yorum Gönder