Uca Allah buyurur:
"ثُمَّ أَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَنْزَلَ جُنُودًا لَمْ تَرَوْهَا وَعَذَّبَ الَّذِينَ كَفَرُوا ۚ وَذَٰلِكَ جَزَاءُ الْكَافِرِينَ"
“Sonra Allah Öz Elçisinə və MÖMİNLƏRƏ əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası.” (Tövbə, 26)
Müaviyyə (Allah ondan razı olsun) ayədə qəsd olunan möminlərdəndir, o möminlər ki, Hüneyn döyuşündə Peyğəmbər (salllallahu aleyhi və səlləm) ilə birlikdə olublar və Allah onların üzərinə öz sükunətini nazil edib.
Səhl bin Hənzəliyyə əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki Uyeynə və əl-Əqraə Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) bir şey barədə soruşdular. Peyğəmbər Müaviyyəyə əmr etdi ki, soruşulan şeyi onlar üçün yazsın, Müaviyyə yazdı və Allah Rəsulu (s.a.v) öz möhürünü qoyub əmr etdi ki, bu onlara verilsin.
Şeyx Albani (Allah ona rəhmət etsin) deyir ki, hədisin sənədi Müslimin şərtinə görə səhihdir (Səhih-sünən Əbi Davud 332/5).
Şeyxulisləm İbn Teymiyyə (Allah ona rəhmət etsin) Minhəcu Sünnə əsərində (4/439) deyir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu güvənilən və təcrübəli şəxs olduğu üçün özünə katib etdi. Müaviyyə bütün möminlərin dayısıdır.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) Müaviyyənin bacısı Ummu Həbibə bint Əbu Süfyanla evlənib. Necə ki, bu İmam Əhməddən gəlir: "Mən deyirəm ki, Müaviyyə və ibnu Ömər möminlərin dayisıdır"
Ömər bin Xəttab (Allah ondan razı olsun) vəfatından az öncə deyib: Allahım mən səni şəhərlərin əmirlərinə şahid edirəm ki, mən onları insanlarla yalnız ədalətli olmalarını, onlara dinlərini və peyğəmbərin sünnətini öyrətmələrini, həmçinin qənimətin onların arasında bölməsini və işlərində olan çətinliklərini mənə çatdırılması üçün göndərdim. (Səhih Müslim, 567).
Ömər (Allah ondan razı olsun) vəfat etdikdə Müaviyyə Şamın əmiri idi.
İmam Şəfii (Allah ona və digər üç imama rəhmət etsin) əl-Umm kitabında (4/87) deyir: Həqiqətən Müaviyyə dərin bilik və elm sahibi olub.
Bir kişi İmam Əhməddən soruşdu: Ey Əbu Abdullah mənim bir dayım var. O, Müaviyyəni alçaldır və hərdən onunla razılaşmıram. İmam Əhməd təşəbbüslə dedi: Onunla yemək yemə." (Məcmuul fətəva 3/406).
Həsən əl-Basriyə deyilir: Bəzi insanlar Müaviyyə və dostlarının cəhənnəmdə olmasına şəhadət gətirir! Həsən əl-Basri deyir: Allah onlara lənət etsin, onlara kim bildirdi ki, o cəhənnəmdədir." (Əsəd ibn Musa "əl-İstiyəb" 10/149, Bəğavi "Mucam" 5/368).
Allah ondan razi olsun.
Allah bizləri oxuyub fayda alanlardan etsin....
Assalamu Aleykum, qardashim Allah senden razi olsun, hemcinin bu yazini tercume edenden, hazirlayandan da. Amin.
YanıtlaSil