12 Haziran 2011

Camaatı yaxşılığa çağırana imkan verək!


Artıq cəmiyyətmiz böyük bir uçurumun kənarında dayanıb. Həqiqətən də uçurumun içindəyik. Budur artıq hər şey göz qabağındadır. Hər gün televizor xəbərlərində sellərin və suların məmləkətimizin basmasının şahidləriyik. “Təbii fəlakət” adlandırdığımız bu hadisələr hələdə bizim camaatımızın bir çoxunu özünə qaytarmır. Fikirləşmək, ibrət almaq, ölümü düşünmək yoxdur. Bu böyük fəlakətdir. İnsanlar bu gün bir-birinə acıqla, hirslə cavab verir, bir-birinin nailiyyətinə mane olurlar.
Bu uçurumun içərisində olmağımızın bir göstəricisidir. Bu gün insanları islama dəvət edənlər var. İnsanları qurtuluşa, nicata çağıranlar var. Amma buna mane olan böyük kütlə və axın da var. Bu gün bütün küçələrdə, bazarlarda, yollarda, şəhər və rayonlarda saysız-hesabsız müğənnilərimzin diskləri gənclərimizə satılır. Onlar həvəslə, böyük istəklə bu cür müxtəlif müğənnilərin disklərini alıb böyük məbləğdə pul xərcləyirlər. Amma bu gün o cür insanlar qəlbən çox sıxıntı və darıxdırıcı həyat sürürlər. Çox maraqlıdır ki, xüsusi ilə gənclərmizin bir çoxu sıxıntıda, stressdə və əsəb gərginliyi içərisindədirlər. Bunun böyük səbəbləri var. Xüsusi ilə ən əsas səbəbi bu cür dəyərli gənclərimizin boş vaxt keçirməsi, musiqiyə qulaq asması, küllü miqdarda Allahın onlara verdiyi malı boş-boş şeylərə xərcləyib israf etmələrdir. Bunlar hamısı qiyamətin əlamətləridir. Allah tərəfindən bizə xəbərdar edici gəlmişdir. Bu xəbərdar edici peyğəmbərdir. Ən son elçidir. Bütün peyğəmbərlərin xatəmdir. Yəni peyğəmbərlərin axırıncısıdır. Onun adı Məhəmməddir (Ona və ailəsinə salam olsun). Allahın elçisi, rəsulu (ona və ailəsinə salam olsun) Səhl b. Səd - radıyallahu anhunun – rəvayət etdiyi bir hədisdə belə buyurmuşdur: «Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir». Biz: «Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu (İbn Macə). Başqa bir rəvayətdə  Ənəs b. Məlik, İmran b. Huseyn - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu ümmətin içərisində yerə batırılma (yəni zəlzələ), göydən daş yağma və surət dəyişməsi (heyvana çevrilmə) olacaqdır. Səhabələr: «Nə zaman Ey Allahın Rəsulu?» deyə soruşdular. Nə vaxt ki, içki içiləcək, qadın müğənnilər (cariyələr) və musiqi alətləri (Ud) (Bərabit – Uda bənzəyən (simli alət) bir çalğı alətidir. Buna səbəb bunu çalan kimsənin bu aləti köksünün üzərinə qoymasıdır. Köks də Bər deməkdir) zühur edəcəkdir» (Tirmizi). Bəs nə edək, necə edək? İndi məgər müğənnlərə oxuması üçün icazə verməyəkmi? Yox. Onlara bir-bir məktub göndərəkmi? Yox. Onların disklərinin satılmasına qadağa qoyaqmı? Yox. Niyə, çünki, biz bunları edə bilmərik. Bunu etmək üçün heç bir qanun yoxdur. Amma maraqlıdır ki, görəsən islam mağazalarında insanları yaxşılığa, Allahın yoluna dəvət edənə mane olmaq üçün bir qanun varmı? Yoxdur. Belə bir qanun yoxdur. O zaman islam dəvətçlərnə mane olmaq olar ki, onlar insanları üsyana, dövlət eleyhnə çağırışa səsləyirlər. Amma insanları dövlətin bütün qayda-qanunlarına riayət etməyə çağıran, svetoforda qırmızıdan keçməyin böyük günah olduğunu deyən, insanları dövlət başçısının bütün əmr və göstərişlərini yerinə yetirməyə səsləyən, gəncləri öz valideynləri ilə mehriban münasibətlərə səsləyən elm tələbələrinin, elm xadimlərinin, dini doğru-dürüst yolla insanlara çatdıran elm adamlarının diskləri, səsyazmaları islam dükanlarından yığışdırırlır. Onlara qadağa qoyulur. Nə edək? İndi artıq yeni bir üsula əl atılmışdır. Müxtəlif yerlərdə fəaliyyət göstərən müsəlman mağazalarında disklər, faydalı söhbətlər və dərslər yığışdırırlır. Heç bir televizor ekranında dinimizi öyrənməyimiz üçün ən azı 20 dəqiqəlik bir veriliş getmir. Bunun əksinə uca Allahın bu ölkənin güc strukturlarına verilən dəyərli televizor avadanlıqları və alətləri, bütün güclü texniki cihazlar və radio dalğaları yalnız və yalnız müğənniləri reklam edir. İnsanları Allahın yolundan yayındırmaq üçün müxtəlif boş-boş verilişlər yayımlayır. Bu cəmiyyət də bu uçurumun tam astanasında onları müzakirə edir, onlardan danışır və onlara baxırlar. Bizi səhv anlamayın. Mən demirəm baxmasınlar. Onsuzda baxırlar. Mən demirəm almasınlar boş-boş sözləri, çünki onsuzda alırlar. Mən onu istəyirəm ki, gənclərmizin ürəyindəki sıxıntı və darıxma getsin. Artıq qurşandıqları və tərk etmək stəyib, tərk edə bilmədikləri vərdişləri tərk etsinlər. Hər birimiz sabah fərdi olaraq Rəbbimizin hüzurunda dayanacağıq. Hər birimizin bu işdə böyük məsuliyyətimiz var. Allah təala hər birimizdən bunu soruşacaq. Bütün kütləvi informasiya vasitələrinə müraciət edirəm: Gəlin hər gün bir neçə dəqiqəmizi bizi yaradıb, bizə ruzi verən, bizi yaşadan və bizi öldürən, sonra Qiyamət günü bizi drildən Rəbbimizə, Onun dininə tərəf dönək. Gəlin heç olmasa həftədə bir dəfə belə bir mövzularda verlişlər hazırlayaq. Saatlarla müğənnilərə ayrlılan bu qədər maddi və mənəvi vaxtlarımızı elmə, elm əhlinə də ayıra bilək. Hər bir ölkədə camaatı günaha, deyib-gülməyə, yeyib-içməyə çağıran adamlar olduğu kimi, camaatı Allahdan qorxmağa, günahdan çəkinməyə, yaxşılıq etməyə çağıran şəxslər də vardır. Gəlin birlikdə həmin şəxslərə televizor və radiolarda yer verək. Dönüşümüz Allahadır.  

Əkrəm Həsənov 

Hiç yorum yok:

Yorum Gönder