İbn Əbu Muleykə Zəkvan ibn Əbu İmranın belə dediyini rəvayət edir:
-Aişə can verəndə ibn Abbas onun yanına gəldi və içəri girmək üçün izn istədi.Mən onun yanına girdim. Onun başının üstündə qardaşı Abdurrahmənin oğlu Abdullah oturmuşdu. Mən ona dedim ki, İbn Abbas girmək üçün icazə istəyir.
O, cavab verdi:-Mənim yaxamı ibn Abbasdan qurtar. Mənim nə ona, nə də onun təriflərinə ehtiyacım yoxdur.O, zaman Abdullah dedi:-Ey anamız! Həqiqətən ibn Abbas sənin mömin oğullarından biridir. O, sənin üçün dua etmək və səninlə vidalaşmaq istəyir.Aişə (Allah ondan razı olsun) fikrindən daşınaraq buyurur:-O zaman buraxın, gəlsin.İbn Abbas (Allah ondan razı olsun) daxil oldu və əyləşdi. Sonra isə buyurdu:-Sevin! Allaha and olsun ki, sənin ruhun bədənini tərk etdikdə sən bütün çətinlikləri və əzabları unudub Məhəmmədlə və dostlarınla görüşəcəksən.Aişə (Allah ondan razı olsun) dedi:-Daha sonra nə olacaq, ya İbn Abbas?-Sən Allahın Rəsulunun ən sevimli həyat yoldaşı idin, o isə yalnız gözəlliyi sevirdi. Sən əl-Əbvdə gecə öz boyunbağını itirmişdin və Allahın Rəsulu onu tapmaq qərarına gəldi. Bunun nəticəsində insanlar susuz qaldı və Allah bu ayəni göndərdi:“....pak bir torpaqla təyəmmüm edin...” (Nisa surəsi, 43)Sən Allahın bu icmaya bu cür rahatlıq göndərməsinin səbəbisən. Sonra Uca Allah göyün yeddi qatının yüksəkliyindən üzərindən dinsizlərin iftirasını götürərək, səni təmizə çıxardı. Elə bir məscid yoxdur ki, Allahın adını anaraq gecə və gündüz sənin günahsızlığın haqda ayələr oxunmasın.Aişə (Allah ondan razı olsun) ağlamağa başlayır və buyurur:-Deyilənləri qəbul edirəm, lakin bir gün cəhənnəmi xatırlayıb ağladım və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dan soruşdum: - “Ey Allahın rəsulu Qiyamət günü bizi xatırlayacaqsanmı?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu:- “Üç an vardır ki, o zaman heç kim, heç kimi xatırlamaz: Əməl dəftərləri veriləndə, hətta sağ və ya sol əlinə çatana qədər; Əməllər tərəzidə çəkilməyə başlayandan qurtarana qədər və Sirata ayaq qoyandan, hətta keçib qurtarana qədər”(Əbu Davud)Sonra Aişə (Allah ondan razı olsun) hönkürərək sözünə davam edir:-Kaş ki, bir ağac olardım. Məni yandırardılar, külüm havaya sovrulaydı, amma Aişə adı dəftərlərə yazılmayaydı. Kaş ki, yaradılmayaydım. Ya ibn Abbas, məni rahat burax. Allaha and olsun ki, dalğınlığa təslim olub həmişəlik unudulmaq istərdim və sonra bu ayələri oxudu:ياليتني مت قبل هذا وكنت نسيا منسيا -“Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” (Məryəm surəsi, 23)Al-Faruq_____________İstifadə etdiyim mənbələr:Muhəmməd Həsən Aqıl Musa: (Nuzhət-ul-Fudalə Təhzib Siyər A’ləm ən-Nubələ)Xalid ibn Abdurrahmən əş-ŞayiSultan ibn Fəhd ər-Raşid
Hiç yorum yok:
Yorum Gönder