Sual:
“Dövrümüzdə xəvaric ideyasının dasıyıcıları mövcuddurmu?”
Cavab:
“Sübhənallah! Hal-hazırda xəvariclər mövcuddur. Müsəlmanlara kafir damğası
vurmaq, bundan daha təhlükəlisi - müsəlmanları qətl etmək xəvariclərin əməlləri
deyilmi?! Bu xəvariclərin məzhəbidir!” [Şəriət elmləri doktoru Şeyx Fovzan Salih Fovzan, “Qlobal məsələlər dair alimlərin fətvaları”, səh. 9.]
------------------------
Sual:
Xəvariclər qiblə əhlindən (yəni müsəlmanlardan) sayılırlarmı? Onların arxasında
namaz qılmaq olarmı?
Cavab:
“Xəvariclərin kafir olmaları və ya sadəcə zəlalət əhli olmaları barəsində alimlər
arasında iki rəy vardır. Xəvariclərin kafir olması rəyi həqiqətə daha yaxın bir rəydir.
Çünki dəlillər onların kafir olmasına dəlalət edir. Amma xəvariclərin arxasında namaz
qılmağa gəldikdə isə onların arxasında namaz qılmaq olmaz”
[Şəriət elmləri doktoru Şeyx Fovzan Salih Fovzan, “Qlobal məsələlər dair alimlərin fətvaları”, səh. 10.]
Xəvariclərin kafir olmaları rəyini Islam alimlərindən: Buxari, Qadi Əbu Bəkr,
Subki, Qurtubi dəstəkləmisdirlər [Bax: Fəthul Bari, cild 12/300.]
---------------------------
Əl-Ə”curi demisdir:
“Xəvariclərin sərli bir qövm olduqları barəsində keçmis və müasir alimlər ixtilaf
etməmisdirlər. Xəvariclər Uca Allah və onun elçisi Məhəmmədə (sallallahu aleyhi va sallam) asi olanlardır.
Onlar namaz qılsalar da, oruc tutsalar da və çoxlu ibadət etsələr də onlara faydası
yoxdur. Onlar insanları yaxsı islərə çağırsalar və pis islərdən çəkindirsələr də bunun
onlara yenə də bir faydası yoxdur. Çünki onlar pis insanlardır, Qurani Kərimi öz arzu və
istəklərinə görə yozarlar və müsəlmanların üzərində tətbiq edərlər. Allah, onun elçisi,
rasidi xəlifələr və əshabələr onların yolundan bizləri çəkindirmislər”.[“Şəriət kitabı”, cild 1/325.]
Hiç yorum yok:
Yorum Gönder