24 Mayıs 2011

Unudulmaz camaat namazı


Rəhman və Rəhim olan Allaha həmd olsun və Allahın salat və salamı özündən sonra peyğəmbər olmayan Mühəmmədin üzərinə olsun


Məscid.. Zöhr namazı qılan qadın camaatı təmirdən çıxan məscidə sevinərək dərsi gözləyirlər.. Elm almağa çalışan camaat bugünkü dərsin "Cihad" barədə olduğunu eşidərək maraqla sona qədər dinləyirlər.. məscidin imamı Cihadın şərtlərindən və növlərindən danışır.. Elan olunan Qafqaz Əmirliklərin doğru iddia olmadığını vurğulayır.. Və dərsdən sonra camaat məscid imamına suallar ünvanlayır.. Kimisi dərsdə başa düşmədiklərini dəqiqləşdirir, kimisi fiqhi məsələləri soruşurdu.. Daha bir sual səsləndi.. 


"Namazdan hansı hallarda çıxmaq olar?"
"Nəsə bir təhlükə olarsa və ya fəlakət baş vərərsə.."
"Əgər bu adam namazdan çıxmazsa halı necə olacaq?"
"Bunu Allah bilir.."

Bu camaat hardan biləydi ki, bu axşam onlar Allah tərəfindən məhz bu sualla imtahan olunacaqlar..

Həmin  gün məğrib namazı.. Bacılardan biri namaz vaxtı fatihadan sonra səslənən Amin sədalarından təsirlənir..O sədalar ki, onlar haqqında Peyğəmbər sallallahü aleyhi vəsəlləm demişdir ki, yahudilər sizin ümmətdə bu sədalara və salamlarınıza həsəd apardığı kimi heçnəyə həsəd aparmır...Bacı səfdə duraraq düşünür ki, MaşAllah nə qədər çox camaat var, ayaq üstə güclə durmaq olur.. "Ya Rabbi, camaatımızı həmişə belə sıx et.." Üçüncü rükətin təşəhhüdü.. dua zamanı.. Sakitliyi pozan qəfil gələn səs və titrəyiş.. Zəlzələ? Axirət? Içlərini vahimə bürüyən qadın camaatı qaçmağa tələsmir.. Namazdan çıxmağa dəyər ya bu halda can verməyə? Nəhayət səslənən " ƏstağfiruLLAH,  ƏstağfiruLLAH " ,  "Qaçın.." səslərindən sonra məscidi qışqırıq və göz yaşları bürüyür..Körpələrin ağlamağı məscid divarlarina yayılır.. Camaat dar məscid qapısından sanki on - on çıxmağa çalışır.. Canlarından öncə Allah qorxusunu xatırlayan bacılar üz örtüklərini səbrlə taxıb çölə üz tuturlar.. SübhanaLLah.. zəlzələni xatırlayır bacı.. o vaxt camaat yarıçılpaq vəziyyətdə çölə atılırdı.. Bu bacılar nə edir?.. Kimsə körpələri çölə çıxartmağa kömək edir.. Camaatın çətin vaxtları və yenə fədakarlıq.. Özündən öncə digərlərini düşünənlərə bax.. SübhanAllah.. Məscidin həyətinə çıxanlar elə nəfəs alırdılar ki, elə bil o çox sevdiyi divarlardan çölə çıxa bilməyəcəkdirlər..
Bir birilərini salamat görüb gözlər məscid həyətinə və pilləkənlərə dikilir.. və.. SübhanAllah.. Gözləmədikləri mənzərə.. Qan.. Və yaralılar.. Arxaya baxmayaraq qaçan azlıq.. Və içəridən yaralıları daşıyan çoxluq.. La Ilahə IlləLLah sədaları ətrafı bürüyür.. Bacılar gözləri ilə qardaşlarını, atalarını, yoldaşlarını axtarır..  Qardaşlar qəlpə zədələrindən yaralananların qanını saxlamağa çalışır.. Lakin onlar artıq dillərində şəhadət üsyansız və fəryadsız göz yumurlar.. Məscidin ən fəzilətli ilk səflərinə tələsən qardaşları indi qan içində həyətə çıxarırlar.. SübhanAllah.. Buna kimin əli gəlib? Allah qarşısında səcdə edən camaata kim qıyıb? Allahı zikr etmək üçün toplaşan və əcr qazanmağa çalışan camaata.. Fitnədən fəsaddan uzaq durmağa çalışan və islamı olduğu kimi çatdırmağa çalışan camaata qarşı, onların Allah qarşısında aciz vəziyyətlərində bunu edən yəqinki Allah qorxsunu itirmiş bir vəhşidir.. Bu insan Allahın sözlərini duymadımı? Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, onun üçün böyük əzab hazırlar.. Bu yaratığın məqsədi isə bir mömini öldürmək deyildi.. Allahın kəlmələri yazılan müqəddəs kitablarına, Allaha yaxın olmağa çalışan qulların səcdə izləri ilə örtülən xalçalara, içərisində dünya həyatından ayrılıb Allahı zikr etməyə toplaşan məscid divarlarına, hüşu ilə namaz qılan bəndələrə məhəl qoymadan onlarla müsəlmanın canına qəsd etməyi niyyət etdi.. Indiyə qədər bu camaata lağ edən qonşuluqda yaşayan cahillər əslində terrorçu fanatiklərin bu camaatdan uzaq olduğunu anlayaraq hönkürtü ilə ağlayırdılar.. Müsəlmanların dərdlərinə şərik olüb təcili yardım çağıranlar, elə bil bu günə qədər maşınların çoxluğundan şikayət edənlər deyildi.. Həmişə qaranlıqda nuru ətrafa yayılan məscidi indi səs küy və vahimə bürüyürdü.. Məscidə Allahın dediyi kimi qorxa qorxa girməli olan bu vəhşidə Allaha iman yox idi yəqinki.. Necə ki, Allah buyurur, Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalim kim ola bilər? Əslində onlar oraya qorxa- qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır...
Allahım, sən bugün dünyasını dəyişən o qardaşları şəhid zirvəsinə ucalt..
Yaralı olanların şəfasini tezləşdir və onların günahlarının təmizlənməsinə səbəb et.. Allahım kafirlərin və bütün məxluqatın şərindən sənə sığınırıq.. Bizlərə rehm et.. Camaatımızı möhkəmləndir.. Fitnədən və fitnə əhlindən qoru.. Amin

 
hərhansı sayta yərləşdirməyə halallıq vərilir
AmatulĞaffar

Hiç yorum yok:

Yorum Gönder