Bundan əvvəlki siğəylə bağlı qadağan olunan rəvayətlərlə, qadağandan əvvəlki icazəni də ifadə edən rəvayətləri birlikdə açıq-aşkar qeyd etdik. Bu barədə Allahın izni ilə siğənin iki dəfə icazəli, iki dəfə isə haram edilməsi məsələlərini dəlilləri və sənədləri ilə ortaya qoyduq. Əslində belə böyük ifadələr işlətmək cürəti mənə yaraşmaz.
Çünki bu şəriətdə siğəylə bağlı gələn açıq dəlilləri və məsələləri öz-özlüyümdən çıxarıb yazmamışam. Mən sadəcə ortada olan məsələləri oxucu gənclərimizin asan oxuması üçün öz dilimizə çevirmişəm və sizin diqqətinizi bu məsələyə yönəltmişəm. Bu gün həqiqətən də bizim gəncləri çaşdıran və zəlalətə aparan ən böyük məsələ siğə məsələsidir. Çünki onlar bu məsələdə həqiqəti bilməyən kimsələrin sözlərinə uyaraq özlərini təhlükəyə atırlar. Ona gvörə təhlükə deyirəm ki, hər bir kiçik günah insanı ondan daha böyük bir günaha aparır. Həmçinin hər bir kiçik savab iş də insanı daha böyük savab və xeyirli işlərə yönəldir. Doğru yola müvəffəq edən isə Allahdır. Allah bizim gəncləri doğru yola müvəffəq etsin. Amin! Hər birimizin bütün kiçik və böyük günahlarımızı bağışlasın. Amin! İnsanı kiçik günahlardan böyük günahlara aparacaq və hər iki dünyada günahlara görə çəkiləcək cəzalar və bu barədə alimlərin ibrətli nəsihətləriwww.islamevi.az saytında dərc olunub. Orada günahlar barədə oxuya bilərsiniz. Biz siğəyə keçək.Beləliklə növbəti araşdırmada əvvəlkilərində olduğu kimi “Kutubu Sittədə” (Altı hədis kitabı) “Nigah” fəslində olan qadağan edici hədislərin hamısını qeyd edəcəyik. Əbu Hüreyrənin (r.a) bir rəvayətində Allahın rəsulu (s.ə.s) belə buyurmuşdur: “Siğəni talaq, iddət (gözləmə) və miras haram etmişdir” (Daraqutni). Yəni, əvvəl siğə müharibə şəraitində icazə verilirdisə, artıq o məsələ haram elan olundu və siğənin yerini talaq – boşadıqdan sonra qadının haqqını vermək, iddət və qadınlara verdiyiniz mirasın onlarda qalması icra olunmağa başladı. Əbu Zərr (r.a): “İki mütə (yəni təməttu həcci və siğə nigahı) ancaq biz səhabələrə halal idi, sizə halal deyildir” demişdir (Müslm, Həcc, Tahavi). Beyhaqinin rəvayətində “Qadınlarla siğə nigahı Allah rəsulunun (s.ə.s) biz səhabələrinə yalnız üç gün halal edildi, sonra Allah rəsulu (s.ə.s) onu qadağan etdi” deyilir (Beyhaqi).
Abdullah ibn Ömərin (r.a) yanına bir nəfər gələrək siğə nigahı haqqında soruşur. Abdullah: “Haramdır!” dedikdə soruşan insan İbn Abbası nəzərdə tutaraq: “Axı bunu filankəs icazəli görür!” deyir. Abdullah ona belə cavab verir: “Allaha and olsun! Hamı bilir ki, Allahın peyğəmbəri (s.ə.s), Xeybər döyüşü ərəfəsində onu haram etdi. Artıq biz zinakarlardan deyilik” (Tahavi). Başqa bir rəvayətdə Abdullah ibn Ömər, özünə İbn Abbasın siğə nigahına icazə verdiyini deyincə: “Subhanallah (Allaha təriflər olsun)! İbn Abbasın belə bir fətva verəcəyini zənn etmirəm!” deyir. Ancaq orada olanlar xəbəri dəqiqləşdirdikdə, İbn Ömər dedi: “Allahın rəsulu (s.ə.s) həyatda olarkən İbn Abbas kiçik bir uşaq idi. Allahın peyğəmbəri (s.ə.s) siğəni bizə qadağan etdi. Artıq zinakarlardan deyilik” (Heysəmi, Məcmau'z-Zəvaid 4, 265).
Digər bir rəvayət İbn Ömərin bu sözünü qüvvətləndirir: “Bir kişiyə, sadəcə İslam nigahıyla evləndiyi qadın halaldır. Bu nigahda mehir vardır, kişinin qadına, qadının kişiyə miras haqqı vardır. Qadını müəyyən bir müddətə ala bilməz. Əgər alsa, artıq onun xanımıdır. İkisindən biri ölərsə digəri ona varis olar” (Beyhaqi).
Abdullah ibn Zübeyr, siğə məsələsinə şiddətlə qarşı çıxan səhabələrdəndir. Müslimin bir rəvayətində, onun xütbədə siğənin icazəli olmasını mənimsəyən bir adama etiraz edərək: “Bu şübhəsizdir ki, Allah bəzi insanların gözlərini kor etdiyi kimi, qəlblərini də kor etmiş ki, siğə nigahına fətva verirlər!” dediyini görürürk. Rəvayət hücuma uğrayan şəxsin “Sən həqiqətən çox nəzakətsiz, qeyri-ciddi birisən. Ömrümə and içirəm ki, siğə müttəqilərin imamı olan Allahın rəsulu (s.ə.s) zamanında edilirdi!” şəklində olan cavabına İbn əz-Zübeyr meydan oxuyaraq belə cavab verir: “Elə isə başla sınamağa! Əgər sən bu əməli etsən, Allaha and olsun ki, səni daşlarla rəcm edərəm!” (Müslim). Alimlər, Abdullah ibn Zübeyrin (r.a) bu açıq-aşkar və cürətli davranışını, özünə siğənin nəsxi ilə bağlı xəbərin çatmış olması və bununla da onun haramlığı barəsində zərrə qədər də tərəddüdünün olmamasıyla izah edirlər (Nəvəvi Müslimin şərhində belə deyir).
Bir daha topladığımız şəriətdə olan səhih və dolğun dəlillər siğənin haram olmasını ortaya qoyur. Hansı zinakar və günahkar iddia edə bilər ki, siğə halaldır. Bunu nəfsinə, şəhvətinə və şeytana aldaanlardan başqası iddia edə bilməz. Ən doğrunu bilən Allahdır. Biz Allaha pənah aparırıq. Dönüşümüz Onadır.
Ardı inşəAllah olacaq...
Əkrəm Həsənov
Hiç yorum yok:
Yorum Gönder