27 Mayıs 2011

Qusardan gələn şikayətlər.


18 May 2011-ci ildə mən Qusar rayonu, M. Həbibov küçəsi 27-də yaşayan Məhərov Cəmil əziz oğlu saat 17-00 radələrdində Qusar rayonunun məscidinə əsr namazına gəldiyim vaxt, rayonda həmişə pivəxanalarda olan, daima içkili və piyan vəziyyətdə olan polis mayoru Firuddin mənim qarşımı kəsib təhqir edici sözlər deməyə başladı. Sonra yaxınlaşıb mənim saqqalımdan tutub dartmağa başladı.
Mən dedim ki, saqqalımı burax, əlini çək, saqqalımdan niyə dartırsan? Mənə dedi ki, bu zibili qırx. Deyirəm niyə axı? Bu Allahın əmridir. Həmdə qanunda belə şey yoxdur ki, mən saqqal saxladığıma görə məni incidəsiniz. Saqqalımı qırxasınız. Sonra başladı ağzına gələn pis sözləri deməyə. Mənə dedi ki, indi səni şöbəyə aparıb başına oyun açacağam.Evindən silah çıxaracağam. Mən də dedim ki, axı qanunda belə bir şey yoxdur ki, mən saqqal saxlamağa görə sən mənə belə əziyyət verəsən. Sonra başladı qanuna söyməyə. Qanuna söyə-söyə mənə dedi ki, səni bu filan (ədəbsiz söyüşlə) qanunu şöbədə başa salaram. Məndə dedim ki, heç olmasa qanuna söymə. Mən savadsız ola-ola qanunlara hörmət edirəm, qanunlara söyməyin nə qədər ağır cinayət olduğunu bilirəm. Amma sən qanunlara söyürsən. Sonra yenə qanunlara və hökümətə söyməyə başladı. Bu insan normal insan deyil. Belə anormal insanların polis işləməsi bizim hamımızı çox-çox təəccübləndirir. Məni şöbəyə aparıb hədə-qorxu gəlməyə başladı. Dedim ki, gedib sizdən şkayət edəcəyəm. Dedi ki, get kimə istəyirsən şikayət et, mən heç kimdən qorxmuram. Kimə nə demək lazımdır deyərəm. Sonra dedi ki, sənin kimi biri də var idi, gedib məndən ANS kanalına şikayət etdi, sonra bilirsənmi nə oldu? Onun evindən silah çıxdı, onun evindən nəşə çıxdı, biz həmişə ehtiyatdan nəşə saxlayırıq ki, sənin kimi şikayət edənlərə sırıyaq, necə ki, biz ona ən ağır cinayətləri yüklədik. Beləlklə məni qorxutmağa və hədə qorxu gəlməyə başladı. Artıq evdəkilər də qorxuya düşüb mənə deyirlər ki, saqqalını qırx. Məndə saqqal Allahın əmri olduğu üçün qırxmıram. Mənim üçün ölmək saqqalı qırxmaqdan daha xeyirlidir. Çünki saqqalı qırxmaqla böyük bir haram iş görmüş oluram. Hörmətli ədalətli insanlar bu adam həmişə bizi saxlayıb incidir, ən təhqiredici söyüşləri söyür, camaatın gözü qabağında saqqalımdan tutub dartır, üzümə vurur, məni və bu rayonda olan müsəlmanları çox incidir. İndi vəziyyət çox pisdir. Saqqal saxlayan müsəlmanların saqqallarını tutub əlləri ilə yolurlar. Orada cavan polislər də Firuddin adlı reketdən qorxurlar. Elə bil ki, oranın yiyəsi odur. Bir sözlə bu barədə aidiyyatlı orqanların məşğul olmasını, bizim haqqımızda aidiyyatlı qorqanlara xəbər vermənizi sizdən istəyirik. 

5 yorum:

  1. Mən özüm, 15-06-1980 – ci il təvəllüdlü, Qusar rayonu F. Hesretov 29-da yaşayan Hacıağayev Zaur Məhəmməd oğlu keçən həftənin 3-cü günü, polis işçisi Firuddin iqoloni rozik, məni bölməyə aparıb vəhşilik edib. Nalayiq sözlər, söyüşlər, alçaltmaq, təhqir etməklə hücumlar, saqqalı yandırmaqla təzyiq göstəriblər. Bizə deyilib ki, saqqal nədir, bu nə viddir, bunu qırx getsin. Səbəbsiz yerə, saqqal saxlamağa görə mənə hücumlar olub. 102-ye xeber verilib, heç bir məlumat verilməyib. İstəyən mənə müraciət edə bilər. 070 727 26 19. Qusar rayon polis işçiləri bizə hədə qorxu gəldilər və sonra bizə dedilər ki, siz bizdən şikayət etsəniz, biz də sizin evinizdən avtomat və bir çox silahlar çıxaracayıq. Xahiş edirik bizim başımıza bu tipli hadisələr gələrsə bilin ki, bu Qusar rayon polis işçilərinin işidir. Sizdən xahiş edirik ki, bizə belə hədə qorxu gələn insanlardan qoruyun. Çünkü bunlar bu hərəkətləri ilə bizim həyat yoldaşımızı, anamızı, atamızı incidir, bu hərəkətləri ilə heç nədən onların göz yaşlarını tökürlər.

    YanıtlaSil
  2. Mən, Baqişev Kamal Nadir oğlu 1985, 13 Fevral tarixində dünyaya gəlmişəm. Qusar rayonu Atabala Ağabalayev küçəsi ev 2-də yaşayıram. 11 May 2011, saat 12-ə on dəqiqə qalmis, polis serjantları yaxınlaşdı, evdən 200 metr kənarda, şəxsiyyət vəsiqəsini soruşdu, dedim üstümdə yoxdur. Sonra araşdırmağa görə şöbəyə apardılar. Serjantlardan biri Mayor Mövlud çağırdı, sonra 15 deqiqədən sonra mayor dedi ki, men sənə demedim o zibili (başqa nalayiq sözyüşlər) qırx. Mən soruşanda dedi ki, bu cinayətdir. Dedim ki, niyə qırxmalıyam, mayor Movlud da dedi ki, sən avtomat atmagi öyrədirsən, bilandajlar qazmağı öyrədirsən. Mən dedim sübut ele, dedi mən sənə sübut edərəm. Şikayət edən olsa, evinizdən də avtomat da çıxa bilər. Səhərə kimi polis idarəsində saxladı. Axşam evə buraxdı. Evə zəng eləməyə buraxmayıblar ki, evdəkilərə harada olduğumu xəbər verim. Evdə də bilməyiblər mən haradayam. Evimdə hamilə qadın var, yaşlı adam var, anam xəstədir. Guya mən onlardan qaçırdım. Səhər ağzına gələn pis sözləri dedi. Firuddin özü saqqalından dartıb və çox nalayiq söyüşlər söyüb və deyib get kimə istəyirsən şikayət elə. Məhkəmə 25 manat pul cəriməsi etdi. Təzyiq göstərlir və başqa müsəlmanları da incitməyə davam edirlər. Polis Firuddin deyir ki, kim şikayət edibsə onun evindən avtomat çıxıb. Bununla bağlı mənə zəng edə bilərsiniz. 070 742 42 27.

    YanıtlaSil
  3. Mən Kərimov Mais Əmirullah oğlu 1982-ci il 19 Avqust dünyaya gəlmişəm. Qusar rayonu Quxuraba kəndində doğulub və həmin kənddə yaşayıram. Kənddə öz işlərimlə məşğul olan vaxt ele belə polis aparıb, kənd sovetinin katibi, uqolovnik, Laçın, ucoskovu, mənə təzyiqlər və nəlayiq söyüşlər söyərək dedi ki, azyaşlı usaqlara dini təbliğ edirsən, bacın oglu var, məktəbdə dini təblig edir. Saqqallı gördüyünə görə böhtan atmağa başladı. Sonra mənə 3 sutka verdi. Sonra da saqqalı qırxıb buraxdı. 12 May -2011, texmini saat 5 radələrində. Dünən də başqa qardaşları aparıb saqqalını qırxırlar. Reisin adı Ədalət, baş leytanant Ceyhun sözler atır, söyüş söyür deyir ki saqqalınıza od vuracam. Saqqalımdan tutub dartdı, sonra qırxdı. Samur bölmə rəisi Ədalət saqqalı dartdı, yumruqla vurdu. Xahiş edirəm ki, bizim hüquqlarımızın pozulmasına imkan verməyəsiniz. Əlaqə üçün 070 603 06 33.

    YanıtlaSil
  4. Mən, Kerimov Azər Əmrullah oğlu, 1975 13 Mart Qusar rayonunun Quhurba kəndində dünyaya gəlmişəm və orada yaşayıram. Hadisə 12 May 2011-ci ildə baş verib. Baş leytinant Cumatov Ceyhun həmin gün yolda məni saxlayıb, yanında üç polis olub, deyib ki, bu nə saqqaldır saxlamısan. Saqqallılara pis söyüş söyüb, dedi dişlərini tökəcəm, mən dedim öz yolunuzla gedin. Özümdə velisoped sürürdüm. Dünən də 23 Mayda qara volqada Samur polis rəisi maşını saxlayıb dedi ki, sumkada nə var, dedim toyuq var. Dedi ki, nə toyuğu, dedi ki, bax gör bloyerdir nədir. Dedim ki, buzdadır, dedi ki, yox sən yolun ortasinda bizə qəza vəziyəti yaradırsan. Dedim yalan danısma da, niyə böhtan atırsan. Polis dedi ki, bizim siyasəti bəyənmirsən məgər,sonra təhqiredici sözlər deyib növbətçi maşınını çağırtdırdılar. Məni şöbəyə apardı, Vuqar adlı kapitan boş kağıza qol çəkdiməyi xahiş elədi. Mən öz hüquqlarımı tələb edib vəkil istədim. Lakin mene inzibati xetalar və s böhtanlara qol çekdirmək istəyirdilər. Burada söhbət saqqal söhbətindən gedir. Dedim qanunda qadağa deyil axı. Dedilər ki, qadağandır saqqal. Sonra rəis axşam gösteriş verib ki, bunları apar saqqalını qırxın. Mən dedim Allahdan qorxun, qanunu pozmayın. Bu da dedi ki, ya şöbədə qırxmalıyıq saqqalı ya STK (Sərhəd Yoxlama Məntəqəsi). Sərhəd bölgəsində saqqalın qırxılması Rəisin göstərişidir. Biz sənin saqqalını qırxmalıyıq. Başqa bir leytinant da məni yumurqla vurdu. Orada nalayiq söyüşlər də söydü və dedi səni işdən də çıxraram. Mən özüm də dövlət işində Samur kanalında fəhlə işləyrəm. Elə eləmə ki, səni işdən çıxarım. Sonra dəlləkxanaya apardılar STK-da dəllək toxunmadı mənə. Kapitan baş qırxan maşınla üstümə gəldi, yerə yıxdı, köynəyimi cırdı, serjanaytlara da dedi ki, gəlin kömek edin bunu yıxaq, mən serjantlara dedim Alahdan qorxun, serjantlar yaxınlaşmadı. Allahdan qorxun, saqqal Allahın əmridir. O da dedi ki, gedin hara isteyirsiz sikayet edin. Biz hec kimden qorxmuruq. Məndə dedim ki, evə gedib qısaldaram. Məndə təzyiqə görə saqqalın üstündən götürdüm. Gecə məni saat 12-də evə gətirdilər. Anam da kəndləri gəzib məni axtarırdı. Ətraflı məlumat üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. 070 939-50-33.

    YanıtlaSil
  5. Mən, Ağabeyov Ramal Veysəl oğlu 1986 20 Yanvar. Qusar rayon Quxurba kəndində doğulmuş və həmin kəndin skainiyəm. Dünən yox sırağa gün 22 May, bazar günü Qusar bazarının sahə müvəkkili bazara girəndə mənə dedi ki, saqqal niyə saxlayırsan. Harada gəlib ki, saqqal saxlamaq? Sonra mənə böhtan atmağa başladı. Üstümə hücuma keçdi. Məndə şəxsiyyət vəsiqəsində saqqala şəkil çəkdirmişəm. Bunu ona dedim. Mənə dedi ki, get Qubada yaşa. Yasamağa imkan vermir. Bizə sataşır, bu nə viddir gəzirsən. Aptekdən çıxanda çağırdı, bir dəfə də öz otağına çağırmışdı. Mənə deyir ki, sən cinayətkarsan. Mən deyirem cinayatkar deylem. Deyir yox sen cinayetkarsan. İncidir. Bizə bu zalimlərə qarşı yardım edin. Kim istəsə əlaqə saxlasın. 070 923 16 34.

    YanıtlaSil