17 Mayıs 2011

QMİ-nin Tiflis nümayəndəsi: “Gürcüstan müsəlmanlarına Qafqaz Müsəlmanları İdarəsi rəhbərlik edəcək”


Əli Əliyev: “Gürcüstanda yaranan Müsəlmanlar İdarəsi QHT-dir”
“Gürcüstanda yaradılmış Müsəlmanlar İdarəsi Qeyri Hökümət Təşkilatıdır və dövlət strukturu deyil. Gürcüstanda yaşayan müsəlmanlara əvvələr olduğu kimi, yenə də Qafqaz Müsəlmanları İdarəsi rəhbərlik edəcək”.
Modern.az-ın məlumatına görə, bu sözləri QMİ-nin Tiflisdəki nümayəndəsi Əli Əliyev qonşu ölkədə müsəlmanlarla bağlı yaradılmış idarə barədə jurnalistlərə danışarkən deyib. 
Onun sözlərinə görə, bu İdarə Gürcüstanda fəaliyyət göstərən yüzlərlə QHT-dən biridir.  Ə.Əliyev vurğulayıb ki, QMİ-nin Gürcüstan üzrə nümayəndəliyi fəlaiyyətinə 1996-cı ildən başlayıb. 

“Bu illərdə bizim rəsmi rəsmi Tiflislə heç bir problemimiz olamyıb. Əksinə Gürcüstan hakimiyyəti bizim fəaliyyətimiz üçün hər cür şərait yaradıb”-deyə qazi bildirib. Onun sözlərinə görə, Gürcüstanda bu illər ərzində 30 məscid tikilib. 

“Gürcüstan yeganə ölkədir ki, burada "Din haqqında" qanun yoxdur. Bu isə Gürcüstanda yaşayan digər dinlərin nümayəndələrinin statusunu qeyr-müəyyən edir. Görünür rəsmi Tiflis status məsələsinin həlli üçün addımlar atmaq istəyir”-deyə Əli Əliyev vurğulayıb.  
Qazi qeyd edib ki, Qafqaz müsəlmanları həmişə Tiflisdə oturan Qafqaz Şeyxulislamı tərəfindən idarə olunub. 
“Bu indi də belə davam edir. Heç bir problem yoxdur”-deyə Ə.Əliyev vurğulayıb. 

Mail Ağaxanov


Hiç yorum yok:

Yorum Gönder