16 Mayıs 2011

Hər bir isdə Peyğəmbər (sallallahu aleyhi va sallam) örnək götürməyə cagiran aye ve hedisler


Hər bir isdə Peyğəmbər (sallallahu aleyhi va sallam) örnək götürməyə cagiran aye ve hedisler 

Əbu Hureyrə (r.a.) Peyğəmbərin (sallallahu aleyhi va sallam) belə buyurduğunu deyir: "Mənim ümmətimin hamısı cənnətə daxil olacaq. Yalnız cənnəti istəməyənlər müstəsnadır." Səhabələr dedilər: kimlər istəməz? Peyğəmbər (sallallahu aleyhi va sallam) dedi: "Kim mənə itaət edərsə cənnətə daxil olar. Cənnəti istəməyənlər isə mənə asilik edənlərdir"

(Buxari: Etisam kitabı).

--------------------------
Peyğəmbər sizə nə verirsə, onu götürün nəyi qadağan edirsə, ondan əl çəkin [əl-Həşr surəsi, 7]

--------------------------
Cabir Ibn Abdullah (r.a.) deyir: Peyğəmbər (sallallahu aleyhi va sallam) yuxuda olarkən mələklər onun yanına gəldilər. Onların bəziləri dedilər: O yatıb. Digərləri isə dedilər: Onun gözləri yatıb, qəlbi isə oyaqdır. Sonra bir-birlərinə dedilər: Sizin bu dostunuz haqda bir məsəl vardır. O, bir ev tikmiş kişiyə bənzəyir. Evi tikdikdən sonra orada qonaq süfrəsi açır. Sonra qonaqları çağırmaq üçün bir nəfər göndərir. Kim bu çağırışa cavab verərsə evə daxil olar və yeməkdən yeyər. Çağırışa cavab verməyənlər isə evə daxil olmaqdan və yemək yeməkdən məhrum olarlar. Onlar dedilər: Yuxunu açıqlayın ki, o başa düşsün. Digərləri isə dedilər: Onun gözləri yatmış, qəlbi isə oyaqdır. Sonra yuxunu açıqlayaraq dedilər: Ev cənnətdir. Çağıran isə Məhəmməddir. Kim Məhəmmədə itaət edərsə Allaha itaət edər, Məhəmmədə asi olan isə Allaha asi olar. Məhəmməd (mömin ilə qeyri mömin) insanları bir-birindən fərqləndirir"

(Buxari)
--------------------------
…Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar [əl-Əhzab surəsi, 71]

--------------------------
Əbu Musa (r.a.) Peyğəmbərin (sallallahu aleyhi va sallam) belə buyurduğunu rəvayət edir: "Mən və Allahın mənimlə göndərdiyinin misalı, bir tayfa arasına gəlib: "Ey Qövmim! Mən öz gözlərimlə qoşun gördüm. Mən sizləri açıq-aşkar xəbərdar edirəm. Özünüzü qurtarın. Qövmünün bir hissəsi onun sözünü dinləyib, arxayınlıqla həmin yerdən uzaqlaşır, digər hissəsi isə onun bu xəbərini təkzib edir və olduqları yerdə qalırlar. Deyilən qoşun da gəlib onların hamısını məhv edir" - deyən kişiyə bənzəyir. Bu misal mənə itaət edən və mənim buyurduqlarıma tabeçilik göstərən və mənə asi olub buyurduğum haqqı yalan hesab edən adama bənzəyir" 

(Buxari və Müslim).
--------------------------

Sənə də Zikri [Quranı] nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr! [Nəhl surəsi, 44]

--------------------------
Əbu Rafi (r.a.) Peyğəmbərin (sallallahu aleyhi va sallam) belə buyurduğunu rəvayət edir: "Oturacağına dirsəklənmiş hər hansı birinizə mənim əmr etdiyim və ya qadağa qoyduğum bir iş barəsində söylənilərsə, onu: Belə bir şey bilmirəm! Biz yalnız Allahın kitabında gördüklərimizə tabe oluruq" - deyən görməyim"

(Əhməd, Əbu Davud, Tirmizi, İbn Macə və b.).
--------------------------
…Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!» [ən-Nur surəsi, 63]
--------------------------

Miqdəm İbn Mədikərb (r.a.) Peyğəmbərin (sallallahu aleyhi va sallam) belə buyurduğunu rəvayət edir: "Həqiqətən mənə Quran və onun misli qədər verilmişdir. Qarnı tox olan bir kişinin dirsəklənərək: "Siz yalnız bu Quranı götürün. Orada tapdığınız haramları haram edin" – deməsinə az qalıbdır. Həqiqətdə isə Peyğəmbərin (sallallahu aleyhi va sallam) haram buyurduğu Allahın haram buyurduğu ilə eynidir. Məgər ev eşşəkləri, yırtıcı dişli vəhşi heyvanlar və müəyyən adamın tapdığınız haqqı sizlərə haram deyilmi? Yalnız həmin adam öz haqqından keçdikdə bu sizə halal ola bilər. Kim bir qövmin qonağı olarsa ona yemək, içmək verməlidirlər. Əgər onlar onu qəbul etməsələr onda həmin qonaq da onlara qarşı baxımsızlıq edə bilər" 

(Əbu Davud, Tirmizi, Hakim və Əhməd).
--------------------------
De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir!» [Ali-Imran surəsi, 31]

---------------------------
Əbu Hureyrə (r.a.) Peyğəmbərin (sallallahu aleyhi va sallam) belə buyurduğunu rəvayət edir: "Mən sizə iki şeyi, Allahın kitabı və mənim sünnəmi qoyub gedirəm və siz onların ikisindən sıx tutsanız heç vaxt zəlalətə düşməzsiniz. Bu iki şey hovuzda mənə yetişənə qədər bir-birindən ayrılan deyildir"

(Malik və Hakim).

Zelaletden, bidetlerden, sapikliqdan cekinmek ve bunlara dusmemek ucun zemanet yalniz Quran ve Sunnedir.Bu qiyamete qeder bizi aparan ve yaxsi emel sahiblerinden olmaq ucun bir yoldur, buna gorede Peygemberin (sallalahu aleyhi va sallam) Sunnesini Qurandan ayirmaq olmaz ve bunlara mohkem sarilmaq bu emelede Haqq hesab gunune qeder davam etmeliyik!
Allah bizi her bir cirkin emelden bidetden, zelaletden fitne fesaddan qorusun AMIN.Allaha hemd senalar olsun !
-----------------

Abdul-Azim Salafy

Hiç yorum yok:

Yorum Gönder