26 Mayıs 2011

Bacımın ölüm anı


Ərəb ölkələrinin birində olmuş hadisə
Bacımın ölüm anı
Bacım solğun və yorğun görünürdü, fəqət hər zaman olduğu kimi Quran 
oxuyurdu.
Nə zaman axtarsan səccadəsində rüku və səcdə vəziyyətində və ya əllərini 
göyə açaraq dua edən görərdin. Səhər- axşam və ya gecəyarısı fərq 
etməzdi. Hər zaman bu cür idi.
Mən isə jurnal, kitab oxumağa həvəskar idim. O qədər çox videoya 
baxırdım ki, bununla məşhur olmuşdum. Vəzifələrimi tam olaraq yerinə 
yetirə bilmirdim. Namazda da çox nizamlı deyildim.
Bu gün də həmişəki kimi üç saat müddətində müxtəlif filmlərə tamaşa 
edib, videonu söndürdüm. Yaxınlıqdakı məsciddən azan səsi gəlirdi. 
Yatağıma döndüm.
Bacım otağından məni səslədi.
-“Nə istəyirsən?”- deyə soruşdum.
Hiddətli səslə :
-“Sübh namazını qılmadan yatma!” –dedi.
Sonra da yanıqlı səslə:
-“ Aaa, sübh namazına hələ bir saat var, bu birinci azandır!” söylədi.
Bacım, ölümcül xəstəliyə tutulub, yatağa düşənə qədər bu cür idi.
Məni yanına çağırdı:
-“Qardaşım, bir yanıma gəl!”
-“Nə istəyirsən?”- deyə soruşdum.
-“Otur!”
Oturdum:
-“Bacım, nə olub axı?” – deyə soruşdum.
Xoş və yumşaq səslə dilləndi:
-“Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız 
qiyamət günü tamamilə veriləcəkdir.” (Ali İmran surəsi, 185)
Bir an susdu və məndən soruşdu:
-“Ölümə inanırsanmı?”
-“Əlbəttə, inanıram.” – deyə cavab verdim.
-“Etdiyin hər şeyə görə bir-bir hesaba çəkiləcəyinə inanırsanmı?”
-“Bəli, amma... Allah böyükdür və rəhmlidir. Həm də həyat daha 
uzundur... Bacım, ani bir ölümdənmi qorxursan? – deyə soruşdum.
-“Qardaşım bax! Filankəs səndən də yaşca kiçik idi, amma yol qəzasında 
öldü. Sonra filan, filan... Ölüm ömür diləməz. Ölçüsü də yoxdur.” –deyə 
cavab verdi.
Bacımın bu son sözləri eşitcək otağın qaranlığı qəlbimi sıxdı:
-“ Mən qaranlıqdan qorxuram, sən də məni ölümlə qorxutdun, indi mən necə 
yatacağam. Həm də mən bu tətildə sənin də bizimlə gəlməyə qərar 
verdiyini sanırdım.”
Bacımın səsi anidən boğuqlaşdı və boğuq səslə:
- “Mən bəlkə bu il uzun bir səfərə çıxdım. Bəlkə başqa bir məkana, 
bəlkə... Ömürlər Allahın əlindədir.”
Ağlamağa başlamışdım.
Onun bu amansız xəstəliyini düşündüm. Həkimlər atama bəlkə də bu 
xəstəliyin çox vaxt almayacağını söyləmişdilər. Amma bunu bacıma kim 
demiş ola bilərdi? Yoxsa bunu özü də hiss etmişdimi?
-“Nə düşünürsən?” – bacım bu dəfə güclü bir səslə soruşdu – “bunları 
xəstə olduğum üçünmü söylədiyimi sanırsan? Əsla yox! Bəlkə sağlam 
adamlardan uzun bir ömrüm olacaq və sən nə zamana qədər yaşayacaqsan? 
Bəlkə 20 il, bəlkə 40 il, bəs sonra ?! Bir-birimizdən fərqimiz yoxdur. 
Hamımız köçəcəyik. Ya Cənnətə, ya Cəhənnəmə. Allahu təalənin bu 
sözlərini heç eşitmədinmi? : “Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, 
Cənnətə daxil edilən kimsə muradına çatacaqdır.” (Ali İmran surəsi, 185)
-“Allah rahatlıq versin!” –deyib otaqdan çıxdım. Bacımın səsi isə 
qulağımda əks səda verdi:
-“Namaz qılmağı unutma!”
Səhər saat 8 idi. Qapının döyüldüyünü eşitdim. Hələ qalxmaq vaxtı 
deyildi. Ağlaşma səsi gəlirdi. “Axı nə olub?”. Sualın cavabı özünü çox 
gözlətmir. Bacımın vəziyyəti ağırlaşmış və atam onu xəstəxanaya 
aparmışdı.
O il tətilə gedə bilmədik. Yəqin qədərimizə evdə oturmaq yazılıbmış. 
Uzun bir gözləmədən sonra...
Saat günorta 1-i göstərəndə atam xəstəxanadan evə zəng etdi:
-Onu indi ziyarət edə bilərsiniz. Tez olun!”
Anam atamın həyəcanlı olduğunu, səsinin dəyişdiyini dedi. Paltomu əlimə 
götürdüm. Tələsik maşına mindik. Hər zaman gəzməyə çıxdığımız yol xeyli 
uzun görünürdü. Nə olub bu gün bu yola? Qurtarmaq bilmirdi. Bu gün nə 
boğucu və sıxıcı idi. Anam yanımda bacım üçün dua edirdi. Axı o, yaxşı 
və dürüst bir qız idi. Bir gün belə vaxtını boş yerə keçirdiyini 
görməmişdim.
Xəstəxanın çöl qapısına çatdıq.
Budur, ah-vay içində bir xəstə. Yol qəzasında yaralanmışdır. Üçüncünün 
gözləri çıxmışdır. Bilinmir ki, bu dünya əhlidir, yoxsa Axirət ?!
Əvvəl heç görmədiyim mənzərəydi. Sürətlə pilləkəni çıxdıq. Bacım ciddi 
nəzarət altında idi. “Sizi onun yanında aparacağam”, -deyə tibb bacısı 
bizə yaxınlaşdı və anama təsəlli verdi: “Huşu indi-indi özünə gəlir.”
Bir nəfərdən artıq adamın girməsi qadağan idi.
Bax budur, ciddi nəzarət otağının qapısının pəncərəsindən, həkimlərin 
arasından bacımın mənə baxan gözlərini görə bildim. Anam yanında 
durmuşdu. İlk dəqiqədən sonra göz yaşlarını gizləyən anam otaqdan çıxdı. 
Çox danışmamaq şərti ilə yanına girməyimə icazə verdi: “İki dəqiqə sənə 
bəs edər!”
Daxil oldum:
-“Bacım necəsən?”
Əlimi sıxdıqdan sonra cavab verdi:
-“”Əlhəmdulilləh, indi yaxşıyam.”
Əlhəmdulilləh. Amma əlləri buz kimiydi. Yanında oturmaq istəyəndə, 
bilmədən ayağına toxundum, ayağını çəkdi.
-“Bağışla, səni narahat etdimmi?” – soruşdum.
-“Əlbəttə yox. Sadəcə Allahu təalənin bu sözünü xatırladım: ”Qıçı-qıçına 
dolaşacağı zaman, aparılacağı yer Rəbbinin hüzuru olacaqdır ! (Qiyamə 
surəsi, 29-30)” Mənim üçün dua et, qardaşım. Bəlkə yaxında Axirət 
günlərinin birincisinə salam deyəcəyəm. Yolum uzun, tədarüküm isə 
azdır.”
Dediklərini eşitdikdən sonra gözlərimdən damla-damla yaş axmağa başladı. 
Ağladım.
Və bu sözlər bacımdan eşitdiyim son sözlər oldu. O artıq danışmırdı.
Mən isə harada olduğumu artıq unutmuşdum. Hönkürtü ilə ağlayırdım. Atam 
mənim üçün daha çox narahat olurdu. Bu cür ağlamağıma və otağıma 
çəkilməyimə öyrəşməmişdilər.
O həzin gün... Günün batması ilə evimizdə uzun bir səssizlik hökm sürdü. 
Qohumlar gəldi. Söhbətlər. Gəlib-gedənin səsi bir-birinə qarışırdı. 
Mənimsə bildiyim tək bir şey var idi: “Bacım artıq vəfat etmişdi”.
Kim gəldi, nələr dedi, artıq ayırd edə bilmirdim. Allahım, haradayam, 
nələr baş verir?
Ağlamaqdan yorulmuşdum. Bacımın kədərlənmiş halını düşünüb, ölüm 
barəsində söylədiklərini xatırladım: “Və qıçın-qıçına dolaşacağı zaman” 
və həqiqəti anladım ki, “o gün aparılacağın yer Rəbbinin hüzuru 
olacaqdır !”
O gecədən etibarən bacımın namaz qıldığı yerə getmədim. O zaman anladım 
ki, kim anamın bətnini mənimlə bölüşdürüb, çünki biz əkiz idik. Kim 
üzüntülərini mənimlə bölüşdürüb. Kim sıxıntılarımı uzaqlaşdırıb. Kim 
hidayətim üçün dua edib. Kim mənə ölümdən, hesabdan bəhs edərkən gecələr 
boyu göz yaşı töküb...
Bu gün onun qəbrdə ilk gecəsidir. Allahım, ona mərhəmət et, qəbrini 
nurla doldur.
Bu onun oxuduğu Qurani-Kərim... Bu onun səccadəsiydi. Onunla 
yaşadıqlarım günləri bir-bir xatırladım və boş keçən günlərimə ağladım.
Göz yaşlarımın arası kəsilmədi. Mənə mərhəmət etməsi və məni bağışlaması 
üçün Allaha dua etdim. Allahın onu qəbrində nemətləndirməsi üçün dua 
etdim. Və birdən özümdən bunu soruşdum:
-“Əgər mən ölsəydim? Sonum nə cür olacaqdır?
Üstümə bir qorxu çökdü və bu suala cavab belə axtarmadan yerimdən 
qalxdım.
“Allahu Əkbər, Allahu Əkbər” Sübh azanı.. Fəqət bu dəfə nə qədər 
şirin.. Bir hüzur və rahatlıq hiss etdim. Müəzzinin dediklərini bir-bir 
təkrarladım. Sevinirdim.. Axı Allahu təalə mənə rəhm edib, möhlət 
vermişdi. Sübh namazına qalxdım və hüzur içində namaz qıldım.
Daha öncə bacımın qıldığı və onun son namazı kimi...
Daha səhər açıldıqda axşamı gözləmirəm, axşam olduqda isə səhərə 
çıxacağımı düşünmürəm...
--
al-faruq.4shared.com

Hiç yorum yok:

Yorum Gönder