28 Temmuz 2011

Son anında Rasulullahı düşünən səhabə...


Onun adı Sa'ad ibn ər-Rabi idi. 
Uhud günü müşriklər onu bədəninin 70 yerindən nizə, ox və qılınc zərbəsi ilə ölümcül yaralayır.

Zeyd ibn Sabit (radıyAllahu anhu) deyir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) məni Sa'ad İbn ər-Rabini tapmaq üçün göndərdi və buyurdu:
- Onu tapsan, məndən ona salam söylə və özünü necə hiss etdiyini soruş.

Mən cəsədlər arasında dolaşmağa başladım və nəhayət onu son nəfəsində tapdım. Bədənində nizə, qılınc və ox zərbələrində 70 yarası vardı. Ona dedim:
- Ey Sa'ad, Rasulullah (sallAllahu aleyhi və səlləm) sənə salam göndərdi və soruşdu ki, özünü necə hiss edirsən?

Sa'ad ibn ər-Rabi dedi:
- Rəsulullaha və sənə salam olsun. Rasulullaha (sallAllahu aleyhi və səlləm) de ki, indi Cənnətin qoxusunu alıram. Ənsarlara isə söylə ki, onlarda gözlərini qırpacaq qədər gücləri olsa və Peyğəmbərə (sallallahu aleyhi və səlləm) bir zərər toxunsa Allah dərgahında heç bir üzrləri qəbul edilməz.

O bu sözləri dedi və dünyasını dəyişdi. Allah ona rəhmət etsin.[1]

SubhənAllah. O həyatının son dəqiqəsini yaşayırdı. Ailəsindən, var-dövlətindən və hər bir şeyindən ayrılırdı. Lakin vidalaşarkən belə, nəyi düşündüyünə və ənsarlara nəyi etdiyi nəsihətə baxın. 

_____________
[1]- Mustədrək 3/201, əz-Zəhəbi, ət-Təlhis, 3/201, İmam Məlik,əl-Muvatta, 2/465-466, İbn Hişəm, Siyratun Nəbəvi, 3/29. 

əz-Zubeyr

Hiç yorum yok:

Yorum Gönder