28 Temmuz 2011

O gün Təlhənin günü idi


Sələfin həyatından ibrət

Əbubəkr ağlayaraq deyirdi: 'O gün Təlhənin günü idi.'

Uhud günü gəlmişdi...

İnsanlar geriyə qaçarkən Peyğəmbər (sallallahu aleyhi və səlləm) on iki səhabə ilə birlikdə qalır. Müşriklər də Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) və bu on iki səhabəyə yaxınlaşırlar.
Onlar arasında Təlhə ibn Ubeydullah da var idi.
Müşriklər onlara hücüm etdikdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) geri çevrilib buyurur:
- Bunlara qarşı kim bizi qoruyar?

Təlhə (radıyAllahu anhu) deyir:
- Mən, ya Rasulullah!

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:
- Sən yerində qal!

Bu an Ənsardan bir nəfər deyir:
- Mən, ya Rasulullah.

Peyğəmbər(sallAllahu aleyhi və səlləm) buyurur:
- Sən çıx!

Bu ənsar ölüncəyə qədər müşriklərlə vuruşur. Şəhid edildikdən sonra Rasulullah (SallAllahu aleyhi və səlləm) bir daha geriyə çevrilib, eyni sualı verir. Yenə də ilk olaraq Təlhə: "Mən, ya Rasulullah!"- deyir, Rasulullah isə ona icazə verməyərək: "Sən yerində qal"- deyirdi. Və ənsarlardan biri çıxıb, muşriklərlə vuruşurdu.

Beləcə 11 səhabə muşriklərlə döyüşüb şəhid olur. Bu dəfə Rasulullah (sallAllahu aleyhi və səlləm) geri çevrilir və təkcə Təlhənin qaldığını görür. Və bir daha sualı təkrarlayır:
- Bunlara qarşı kim bizi qoruyar?

Təlhə (radıyAllahu anhu): "Mən, yə Rasulullah!"- deyərək, irəli çıxır və muşriklərlə vuruşur. Nəhayət əli yaralanır və barmaqları kəsilir. Təlhə ağrıdan "Ah" deyir. Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:
- Əgər "Bismilləh" desəydin, insanların gözü önündə mələklər səni yuxarıya doğru yüksəldərdilər.[1]

Qeys ibn Əbu Həzm (radıyAllahu anhu) buyurur:
- Mən Təlhəni (radıyallahu anhu) Uhud günü çolaq əli ilə Peyğəmbəri (sallallahu aleyhi və səlləm) qoruduğunu gördüm. [2]

Onun təkcə əli deyil, bütün bədəni yaralanmışdı. 

Əbu bəkr (radıyAllahu anhu) buyurur:
- Çuxurların birində Təlhəni (radıyallahu anhu) tapdıq. Mizraq, ox və qılınc zərbələrindən 70 yara aldığını gördük.[3]

Sonralar ƏbuBəkr (radıyAllahu anhu) Uhud gününü xatırlayanda, ağlayaraq deyərdi:

- O gün Təlhənin günü idi.[4]

________________
[1]- Sahih əs-Sunən Nəsəi, 2/661, hədis-2951
[2]- Buxari, 4063, 7/359, Fəthul Bəri 7/365. 
[3]- Minhətul Məbud Fi Tərtibi Musnədi Təyəlisi Əbu Davud, hədis-2346, 2/99, 
Fəthul Bəri, 7/82-83. 
[4]- Minhətul Məbud, 2/99. 


əz-Zubeyr

Hiç yorum yok:

Yorum Gönder